Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1181/2024 18.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, Samux rayonu Salahlı kənd bələdiiyəsinin Dövlət Sosial Müdafiə Fonduna olan 2303,5 manat, işsizlikdən sığorta fonduna olan 13,08 manat, icbari tibbi sığorta fonduna olan 162,64 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix xx xxxxxx 1966-cı il, doğulduğu yer – Azərbaycan, Samux rayonu, Salahlı kənd, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Samux rayonu Salahlı bələdiyyəsinin (VÖEN: **********) işsizlikdən sığorta fonduna 13,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 2303,5 manat, İcbari Tibbi Sığorta Fonduna 162,64 manat olmaqla, ümumilikdə 2479,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********408800, xx.xx.2024-cü il tarixli **********627100, xx.xx.2024-cü il tarixli **********304000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması və ərizənin təmin edilmə barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə, ərizəyə ərizəçinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta fonduna vergi borcu mövcuddur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Salahlı kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi xx.xx.2000-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri Cavabdeh xx.xx.1966-cı il tarixdə Samux rayonu Salahlı kəndində doğulmuşdur. Samux rayonu, Salahlı kəndində qeydiyyatdır. Xəbərdarlığın surətindən görünür ki, Cavabdeh məcburi Dövlət Sosial Sığorta haqqı üzrə 2345.61 manat, İşsizlikdən Sığorta haqqı üzrə 13.92 manat, icbari tibbi sığorta fonduna 170.83 manat olmaqla, ümumilikdə 2530.36 manat borcunu ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Samux rayonu Salahlı kəndində doğulmuş, Samux rayonu Salahlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh (FİN– xxxxxxx) ölkədən getmək hüququ, Samux rayonu Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna olan 2303,5 manat, işsizlikdən sığorta fonduna olan 13,08 manat, icbari tibbi sığorta fonduna olan 162,64 manat olmaqla, ümumilikdə 2479.22 (iki min dörd yüz yetmiş doqquz manat iyirmi iki qəpik) manat məbləğində vergi borcu üzrə vergi öhdəliyinə xitam verilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-1181/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1181/2024
18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver