Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № e-2(058)-365/2025 17.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, İddiaçı Dövlət Məşğulluq X1 Şəxsin Cavabdeh qarşı “istifadəyə verilmiş əmlakın natura şəklində geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Dövlət Məşğulluq X1 Şəxsin Cavabdeh qarşı “verilmiş əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 25 avqust tarixli 2022/ÖM/08903 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3) 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822),1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82,)1 ədəd PVC masa(rənglər: qara, sarı, qəhvəyi, və mavi, X2 1620) və1 ədəd PVC kreslonun(rənglər: qara, sarı, qəhvəyi, və mavi, X2 1620) natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı Dövlət Məşğulluq X1 Şəxsin Cavabdeh qarşı “istifadəyə verilmiş əmlakın natura şəklində geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-365/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(058)-365/2025
17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver