Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № e-2(058)-560/2025 04.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, depozit seyfinin açılaraq əmlakın saxlanc verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı “müqavilənin ləğvi, depozit seyfinin açılaraq əmlakın saxlanc verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2021ci il tarixli BPM**********30 nömrəli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilənin” ləğv edilməsi, 501 saylı depozit seyfinin açılaraq orada olan əmlakın "xxxx" ASC-nin saxlancına verilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 600 AZN (altı yüz manat) manat depozit seyfinin icarə haqqının, 30 AZN (otuz manat) dövlət rüsumunun və 0.40 AZN (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, tələbi təsdiq edən sənədlər təqdim olunmadığından, ərizə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC-ti tərəfindən iddia ərizəsində xahiş olunan tələblə bağlı iddia ərizəsinə həmin tələbi sübut edəcək hər hansı sənəd əlavə edilməmiş, həmçinin iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən, ərizəyə iddia icraatı qaydasında baxılmalı olmasına baxmayaraq, kiçik iddialara dair sadələşmiş icraat qaydasında ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, depozit seyfinin açılaraq əmlakın saxlanc verilməsi və icarə haqqının ödənilməsi” tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, depozit seyfinin açılaraq əmlakın saxlanc verilməsi və icarə haqqının ödənilməsi” tələbi barədə kiçik iddialara dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" ASC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-560/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(058)-560/2025
04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver