Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № e-2(058)-608/2025 12.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı, İddiaçı “X3” Publik Hüquqi şəxsin Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” Publik Hüquqi şəxsi Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 25 avqust tarixli 2022/ÖM/08903 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT- R3), 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı-16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822),1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82), 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi və mavi, X6 1620) və 1 ədəd PVC kreslonun (rənglər: qara, sarı, qəhvəyi və mavi, X6 1620) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2025-ci il tarixli qərardadında göstərilir ki, inzibati münasibətlər tərəflərin qeyribərabərliyinə əsaslandığından fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin daha səmərəli müdafiəsini təmin etmək məqsədilə qanunvericiliklə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur. İnzibati müqavilələr də inzibati hüquq münasibətlərini əmələ gətirdiyinə görə, bu hal belə müqavilələrdən yaranan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını zəruri edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.1ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X3” Publik Hüquqi şəxsin Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, hazırkı tələblə əlaqədar aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardadan, həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-608/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(058)-608/2025
12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver