Məhkəmə qərarları › İş №e-2(058)-668/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-668/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-668/2024 12.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oba Market” MMC-nin əmlakına vurulmuş ziyana görə 3037,18 pulun, mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi İddiaçı mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləğinin cəmi 4784,95 manat olduğu məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 3037,18 (üç min otuz yeddi manat on səkkiz qəpik) təşkil edir. Yoxlamadan keçən dövrdə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı mediasiya prosesində heç bir razılıq əldə olunmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X6 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona görə də tələbin təmin olunmaı xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh marketdə malların təhvil götürülməsi, satışı və kassaya nəzarəti həyata keçirmək səlahiyyətində olmuşdur, bununla bağlı cavabdehlə “X6” haqqında müqavilə imzalanmışdır. Lakin aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə maddi zərər vurması müəyyən edilmiş, Cavabdeh həmin inventarizasiyanın aparılması və nəticələrinin araşdırılması üçün dəvət olunsa da iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Ona gör də iddia tələbi əsaslıdır, tələbin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il 585-K saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli 289-K saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 364 saylı əmrdən çıxarışın surətindən görünür ki, OBA MARKET” MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə sayımda iştirak etdiyini, həmin məhsullara görə cavabdehlik daşımasını imzası ilə təsdiq etmişdir. 25 iyul 2022-ci il tarixli imtina aktının surətindən görünür ki, İddiaçı MMC-nin ünvan 1i ünvanında yerləşən OBA -SAMUX 2 (878) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Elçin oğlunun iştirakı ilə xx.xx.2022-ci il tarixdə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilərək müvafiq sənədlər toplanılmış və maddi məsul şəxs Cavabdeh Elçin oğlu inventarizasiyanın aparılması və nəticələrin araşdırılmasını üçün dəvət olunsa da iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin (-2006.62 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də çalışdığı OBA-SAMUX 2 (878) mağazasında xx.xx.2022-ci il tarixdə inventarizasiya yoxlaması (təhvil-təslim) aparılacağı barədə məlumat verilərək maddi məsul səxs kimi (təhvil verən) inventarizasiya prosesində iştirakının mütləq olduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh OBA MARKET” MMC-yə vurulmuş ziyanın əvəzinin 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda müvafiq hüquqi tədbirlərin həyat keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. 31 yanvar 2023-cü il arayışın surətindən görünür ki, Cavabdeh Elçin oğlunun 31 yanvar 2023-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 3.037,18 (üç min otuz yeddi manat, 18 qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli, MŞB/4/2023-0002 saylı mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışdan görünür ki, OBA MARKET” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. OBA MARKET” MMC tərəfindən 55 (əlli beş) manat məbləğində mediasiya xərcini tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlə əmək müqaviləsi, həmçinin onun üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlanmış, tərəflər aralarında mövcud olan əmək münasibətlərində qarşılıqlı maddi məsuliyyət daşımışlar. Cavabdehin işəgötürən qarşısında X6 daşıdığı müddət çərçivəsində işəgötürənə maddi ziyanın dəyməsi müəyyən edilmiş, belə ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiya nəticəsində işəgötürənin əmlakında çatışmazlıqlar aşkar olunmuş, bu səbəbdən maddi məsul şəxs Cavabdeh Elçin oğlu həmin inventarizasiyanın aparılması və nəticələrin araşdırılmasını üçün dəvət olunsa da iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmiş, eyni zamanda iş üzrə mediasiya prosesində və məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurduğu ziyana görə iddiaçı qarşısında tam həcmdə maddi məsuliyyəti yarandığından və iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirildiyindən iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcindən ibarətdir. İddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-yə vurulmuş maddi ziyanın əvəzi qismində 3037.18 (üç min otuz yeddi manat on səkkiz qəpik) manat pul və ödənilmiş 55 manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar