Məhkəmə qərarları › İş №e-2(059)-148/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-148/2025

24.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-148/2025 24.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı Cavabdeh qarşı "avtomobilə dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "avtomobilə dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 480 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18:00 radələrində, Mətbuat prospekti istiqamətində “Mercedes C 180” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə əsasında, İddiaçı oğlu Zöhrab Əmrahovun idarəçiliyində, hərəkətdə olarkən, Cavabdeh tərəfindən icarəyə götürülməklə, sonuncu tərəfindən etibarnamə əsasında idarə edilən “Mercedes Benz-Sprinter Mikroavtobus” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində vurulmuş, nəticədə, iddiaçının etibarnaməli idarəçiliyində olan avtomobilə zərər dəymişdir. Bundan sonra, Bakı şəhər BPİ-nin DYPİ-nin 04 noyabr 2024-cü il tarixli TP ******* nömrəli elektron qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, “X1”dən alınan 15 noyabr 2024-cü il tarixli qüsur aktına əsasən, avtomaşına cəmi 480 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Məhz cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına maddi zərər dəymiş və hazırda avtomobili istifadə üçün tam yararlı vəziyyətdə deyildir. Bundan başqa, cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, sonuncu, öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Habelə, yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdehin idarə etdiyi “Mercedes Benz-Sprinter Mikroavtobus” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası olmadığına görə dəymiş zərər sığorta şirkətlərindən tələb oluna bilmir. Ona görə də iddiaçıya dəymiş zərər ödənilməyərək qalmaqdadır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddia ərizəsini və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, cavabdehə bildiriş vərəqəsini təqdim etmək mümkün olmamış və bildiriş vərəqəsi aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən 25 dekabr 2024-cü il tarixdə təsdiq edilməklə geri qaytarılmışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, 30 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18:00 radələrində, Mətbuat prospekti istiqamətində “Mercedes C 180” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə əsasında, İddiaçı oğlu Zöhrab Əmrahovun idarəçiliyində, hərəkətdə olarkən, Cavabdeh tərəfindən icarəyə götürülməklə, sonuncu tərəfindən etibarnamə əsasında idarə edilən “Mercedes Benz-Sprinter Mikroavtobus” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində vurulmuş, nəticədə, iddiaçının etibarnaməli idarəçiliyində olan avtomobilə zərər dəymişdir. Bundan sonra, Bakı şəhər BPİ-nin DYPİ-nin 04 noyabr 2024-cü il tarixli TP ******* nömrəli elektron qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, “X1”dən alınan 15 noyabr 2024-cü il tarixli qüsur aktına əsasən, avtomaşına cəmi 480 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Məhz cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yolnəqliyyat hadisəsi nəticəsində əmlakına maddi zərər dəymiş və hazırda avtomobili istifadə üçün tam yararlı vəziyyətdə deyildir. Bundan başqa, cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, sonuncu, öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Habelə, yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdehin idarə etdiyi “Mercedes Benz- Sprinter Mikroavtobus” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası olmadığına görə dəymiş zərər sığorta şirkətlərindən tələb oluna bilmir. Ona görə də iddiaçının avtomobilinə dəymiş zərər ödənilməyərək qalmış, həmçinin onun avtomobilinə 480 manat məbləğində maddi zərər vurulmuş və məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sözügedən Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 480 (dörd yüz səksən) manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat (otuz) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 480 (dörd yüz səksən) manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar