Məhkəmə qərarları › İş №e-2(059)-281/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-281/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-281/2024 01.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən Siyəzən Rayon Məhkəməsinə verilmiş etirazın baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi məsələsinə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, iyun 1983-cü ildən aprel 1985-ci ilədək olmaqla 1 il 09 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, oktyabr 1985-ci ildən aprel 1986-cı ilədək olmaqla 06 ay Azərbaycan SSR X2 Komitəsi Abşeron Səyyar Mexanikləşmiş dəstənin fəhləsi, avqust 1986-cı ildən aprel 1987-ci ilədək olmaqla 07 ay Azərbaycan SSR X2 Komitəsi 20 nömrəli T/arası Səyyar Mexanikləşmiş dəstədə dülgər, noyabr 1987-ci ildən avqust 1988-ci ilədək 08 ay Siyəzən üzümçülük sovxozunda baş fəhlə (sənədlər Şabran rayon sexində saxlanılır), sentyabr 1988-ci ildən iyun 1990-cı ilədək olmaqla 01 il 09 ay Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Sumqayıt 15 nömrəli Səyyar Mexanikləşmiş dəstədə fəhlə betonçu, iyun 1990-cı ildən noyabr 1992-ci ilədək olmaqla 2 il 06 ay Qaçqın Tikinti İdarəsinin Xızı rayonu üzrə 14 saylı Səyyar Mexanikləşmiş dəstədə dülgər və iş icraçısı işləməsinə dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin, həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Bu Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Daha sonra, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi hakimə etiraza dair məhkəməyə vəsatət ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinə əsasən, 2(059)-281/2024 nömrəli işə hakim Bəylər Ələkbərov tərəfindən baxılması yolverilməzdir. Bildirilir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)- 185/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyun ayınadək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi faktı müəyyən edilmişdir. Həmin qərardan narazı qalan maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsi ilə şikayət təmin olunaraq ərizə rədd edilmişdir. Ərizəçi tərəfindən qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iun 2020-ci il tarixli, 2(102)-1826/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 13(102)-6(k)/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2(102)-1826/2020 nömrəli qərarının və onunla bağlı olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(105)- 4138/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli, 2(105)-505/2023 nömrəli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətaməsinin “ərizəçi İddiaçı Qəhərman oğlunun 14 mart 1977-ci il tarixdən 1983cü il daxil olmaqla Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi” hissəsində icraata xitam verilməsi, “1984-1990-cı ilin iyun ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işləməsi” hissəsində ləğv edilməsi, həmin hissədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Müvafiq iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olduğu zaman məhkəmə kollegiyası tərəfindən sorğular verilmiş, nəticədə ərizəçinin məhkəmə qətnaməsi ilə təsdiq edilən, eyni zamanda işlədiyini iddia etdiyi 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyun ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsal və X1 sexində deyil, tamamilə fərqli müəssisədə işləməsinə dair əmək haqqı cədvəlləri aşkar edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmamış, ərizəçinin işləmə faktı mötəbər sübutlarla təsdiq edilmədiyi halda, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd edilənlərlə bağlı bildirilir ki, Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsi qüvvəyə minəcəyi halda əsassız olaraq hüququ olmayan şəxsə pensiya təyinatına səbəb ola bilərdi ki, bu da Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə tələb 2(059)-185/2019 nömrəli işlə mahiyyəti üzrə eynilik təşkil etdiyindən və əvvəllər işin mahiyyəti üzrə baxılmasında iştirak etdiyindən hakim Bəylər Ələkbərov tərəfindən işə baxılmasının qanunazidd olmasını hesab edirlər. Odur ki, Mülki Prosessual Məcəlləsinin 19.1.3-cü maddəsinə əsasən vəsatətin təmin olunmasını və işə başqa hakim tərəfindən baxılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 sözügedən etirazın məzmunun elan edərək, onun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən ərizəçi İddiaçı etirazı qəbul etməyib, onun işinə yaşadığı rayon məhkəməsində baxılmasının məqsədəmüvafiq olmasını bildirməklə, etirazın təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, hakim əvvəllər ərizəçinin eyni dövrü əhatə edən iş stajı faktının müəyyən edilməsinə dair mülki işinə mahiyyəti üzrə baxılmasında iştirak etdiyi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən Siyəzən Rayon Məhkəməsinə verilmiş etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidr. "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 03 nömrəli qərarının 6-cı bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinə əsasən o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə, o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə, o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə, o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə, o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə, o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxılmasına yol verilmir. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Həmin Məcəllənin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Yenə bu Məcəllənin 22-ci maddəsinin İ, V və Vİ hissələrinə əsasən etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göründüyü kimi hazırda maraqlı şəxsin nümayəndəsi, ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Siyəzən Rayon Məhkəməsində baxılmasını yolverilməz hesab edir. Çünki hazırkı işə baxan hakim (Bəylər Ələkbərov) Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsi ilə, İddiaçı 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyun ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin İstehsal və Komplektləşdirmə İdarəsinin Siyəzən istehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsi faktını müəyyən etmişdir ki, qeyd olunan dövrlər hazırkı ərizədə ərizəçinin işləməsi faktının təsdiq olunmasını xahiş etdiyi dövrləri də əhatə etməklə, mahiyyətcə əvvəlki işlə eynilik təşkil etdiyindən, maraqlı şəxsdə, həmin hakimin hazırkı işə baxmasının qanunazidd olması qənaətini yaratmışdır. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən Siyəzən Rayon Məhkəməsinə verilmiş etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 22.5, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən Siyəzən Rayon Məhkəməsinə verilmiş etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar