Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-300/2020 07.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxxxxxxxxxx" ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxxxxxxxxxx" ASC Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1400 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxxxxxxxxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehin idarə etdiyi “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixdə "xxxxxxxxxxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən cavabdehin yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etdiyi müəyyən olunmuşdur. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "xxxxxxxxxxxx" ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1400 manat məbləğində müəyyən edilmişdir. "xxxxxxxxxxxx" ASCnin xx xxxxxx 2018-ci il tarixli sığorta aktına əsasən “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir olunması üçün 1400 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxxxxxxxxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, "xxxxxxxxxxxx" ASC ilə onun arasında xx xxxxxx 2017-ci il tarixdə PPA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat hadisəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. O, xx xxxxxx 2018-ci il tarixdə, saat 02:00 radələrində idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər dəymişdir. Bundan əlavə, o, hadisə yerindən yayındığına görə Siyəzən rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin nümayəndəsi yol-patrul xidmətinin baş inspektoru X1 xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda iddiaçıya sığorta ödənişinə görə 1400 manat ödəniş etməli olsa da, maddi imkanı olmadığından o, bu məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Bununla belə, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AD seriyalı, 072946 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxxxxxxxxxx" ASC-də xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci il tarixədək sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən izahatların, yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş sxemin surətlərindən, həmçinin Siyəzən rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin nümayəndəsi yol-patrul xidmətinin baş inspektoru X4 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə qəbul olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində xx xxxxxx 2018-ci il tarixdə, saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhəri, 28 May küçəsində yol-nəqliyyat hadisəsi törətməklə, X2 idarəçiliyində olan “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmçinin Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat məbləğində ziyan dəymişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1400 manat sığorta ödənişinin "xxxxxxxxxxxx" ASC tərəfindən X3 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən sığortaçı "xxxxxxxxxxxx" ASC X3 1400 manat sığorta ödənişi etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxxxxxxxxxx" ASC məhkəməyə müraciət edərkən 30,40 (otuz manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxxxxxxxxxx" ASC-də sığortalı olmuş və bununla da, həmin avtomaşını idarə edən şəxsin üçüncü şəxslərə vurduğu zərərə görə mülki məsuliyyəti mövcud olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh "xxxxxxxxxxxx" ASC-də sığortalanmış “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində, X2 idarəçiliyində olan “VAZ 21074” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat məbləğində zərər vurmuş və PPA**********nömrəli sığorta şəhadətnaməsinə əsasən zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi "xxxxxxxxxxxx" ASC tərəfindən ödənildiyinə görə şirkətin yol nəqliyyat hadisəsini törətmiş və bundan sonra hadisə yerindən yayınmış Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Hazırda vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxxxxxxxxxx" ASC-yə 1400 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh 1400 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxxxxxxxxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxxxxxxxxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-300/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-300/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver