Məhkəmə qərarları › İş №e-2(059)-408/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-408/2025

16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-408/2025 16.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdehə 50000 manat məbləğində borc pul vermiş, cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə hər hansı münasibət bildirməmişdir. İddia tələbi İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 manat pulun və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13 iyun 2025-ci il tarixli ərizə ilə İddiaçı1 məhkəməyə müraciət edərək, onun əsl iddiaçı X9 əvəz edilməsini xahiş etmiş, həmçinin eyni tarixli ərizə ilə X9 məhkəməyə müraciət edərək, onun əsl iddiaçı kimi əvəzlənməsini xahiş etmişdir. Habelə, məhkəmənin hazırlıq iclasında əsl olmayan İddiaçı1 əsl iddiaçı X9 ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 təxminən 2022-ci il may ayında sonlarında Sumqayıt şəhər ərazisində işlədiyi iş yerindəki yeməkxana vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Belə ki, həmin yeməkxanaya nahar etmək üçün gələn Cavabdeh orada işləyən İddiaçı1 rəfiqələrinə yaşadığı evi təmizlətdirmək istədiyini bildirmiş, sonuncular isə Təranə Quliyevanı məsləhət görmüşlər. Beləliklə, İddiaçı1 Əsgər Əşrəfovun yaşadığı evi təmizləmək təklifini qəbul etmiş, habelə aralarında tanışlıq yaranmışdır. Habelə, bundan təxminən 10-15 gün sonra Cavabdeh “WhatsApp” tətbiqi vasitəsi ilə İddiaçı1 mesaj yazmış, həmçinin İddiaçı1 dul qadın olduğu üçün sonuncu ilə birincinin arasında münasibət yaranmışdır. Bundan sonra, Cavabdeh İddiaçı1 ilə birlikdə yaşamaq istədiyini bildirdikdə isə, sonuncu bu barədə yetkinlik yaşına çatmış oğluna və qızına məlumat vermiş, habelə təxminən 2022-ci ilin iyul ayının əvvəllərində birinci İddiaçı1 kirayə yaşamaqla, Sumqayıt şəhəri 1-ci Mikrorayon ərazisində yerləşən evinə köçərək, birlikdə yaşamağa başlamışlar. Bundan başqa, təxminən 2022-ci ilin iyul ayının əvvəllərində İddiaçı1 Cavabdeh Saray qəsəbəsi ərazisində bələdiyyə sənədi ilə evi olduğunu, həmin evi satmaq istədəyini, evin təxminən 40000-50000 manat qiyməti olduğunu bildirmiş, sonuncu isə tanış vasitəçilərin köməyi ilə evi sata biləcəyini qeyd etmişdir. Bundan sonra, Cavabdeh tanışı olduğu bildirdiyi Əşrəf adlı vasitəçiyə, sonuncu isə digər bir vasitəçiyə həmin evi göstərmiş, evin satılmasına köməklik etməsini istəmişdir. Bundan əlavə, Cavabdeh İddiaçı1 iş qurmaq istədiyini və təcili ödənişlərinin olduğunu bildirərək, sonuncuya məxsus evi dəyərindən ucuz qiymətə sata biləcəklərini söyləmiş, habelə belə olacağı təqdirdə ona evin real qiyməti olan 50000 manat məbləğində pulu iki il ərzində bütöv şəkildə qaytaracağını qeyd etmişdir. İddiaçı1 isə, özünə də pul lazım olması səbəbindən evi satmaq istədiyini bildirsə də, Cavabdeh etibar etdiyi üçün evin sonuncunun istədiyi qiymətə satılması təklifi ilə razılaşmış, habelə Cavabdeh bir il yarım müddətindən sonra evin dəyəri olan 50000 manat məbləğində pulu ona qaytaracağı barədə vəd vermişdir. Beləliklə, təxminən 04 iyul 2022-ci il tarixdə İddiaçı1 məxsus ev vasitəçinin köməkliyi ilə 36000 manat məbləğində satılması razılığına gəlinmiş, həmin vaxt altı-satqı müqaviləsini həyata keçirilməsi məqsədi ilə Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna gedilsə də, evin sənədinin bələdiyyə sənədi olduğu üçün rəsmi müqavilənin bağlanması mümkün olmamış, habelə evi alan şəxs ilə şifahi müqavilə bağlanmışdır. Həmçinin, Notariat Kontorunda olduqları zamanı Cavabdeh evin alan şəxsin və vasitəçinin şahidliyi sözügedən evi təcili olduğu üçün 36000 manata satıldığını bildirmiş, habelə ilə bu evin müqabilində Təranə Quliyevaya 50000 manat məbləğində pul verəcəyi barədə vəd vermişdir. Təxminən 05 iyul 2022-ci il tarixdə evi alan şəxs Cavabdeh evin müqabilində 32000 manat məbləğində nağd pul vermiş, 4000 manat məbləği isə sonuncunun kart hesabına köçürmüşdür. Bu məbləğdən isə 3000 manat vasitəçiyə, 3000 manat isə İddiaçı1, sonuncunun "xxxx" KB ASC-yə olan kredit borcunu ödəmək üçün verilmişdir. Cavabdeh, təxminən 8-9 iyul 2022-ci il tarixlərində terminallar vasitəsi ilə müxtəlif hesablara 350, 1120, 1300, 150, 85, 350, 80, 1250, 100, 700, 100 və 284 manat məbləğində pullar göndərmiş, həmçinin İddiaçı1 bilmədiyi banka olan 18000 manat məbləğində kredit borcunu ödəmiş, qalan məbləğdə pulunu hara xərclənməsindən isə sonuncunun məlumatı yoxdur. İddiaçı1 məxsus evin satılmasından ay yarım keçdikdən sonra, sonuncu rəsmi alqı-satqı müqaviləsi, həmçinin pul verməsi ilə bağlı heç bir sübutu olmadığı üçün narahatlıq keçirməyə başlamış və məhz bu səbəbdən 22 avqust 2022-ci il tarixində birgə yaşadıqları Sumqayıt şəhəri 1-ci Mikrorayon ərazisində yerləşən evdə Cavabdeh İddiaçı1 oğlu X4 50000 manat pul alması və bir il yarım sonra qaytaracağı, sonuncu isə birinciyə həmin məbləğdə pulu borc verməsi barədə sənəd yazmışlar, habelə bu sənədə imza etmişlər. Həmçinin, İddiaçı1 bu prosesi mobil telefon vasitəsilə videoçəkiliş etmişdir. Bundan sonra da, Cavabdeh və İddiaçı1 birlikdə yaşamış, sonuncu Cavabdeh heç bir iş görməməsi ilə bağlı maraqlanmış, sonuncu isə müxtəlif bəhanələr ilə bundan yayınmaqla yanaşı, vəd verdiyi zaman pulu qaytaracağını söyləmişdir. 2024-cü ilin sonuna kimi Cavabdeh birgə yaşadıqları evə gəlsə də, pulu ödəməsi ilə bağlı vəd verdiyi vaxt çatandan sonra, evə gəlməməyə başlamış, İddiaçı1 pulu qaytarmasını tələb etdikdə isə, telefon zənglərə cavab verməmişdir. Bununla belə, İddiaçı1 Cavabdeh “WhatsApp” tətbiqi vasitəsi ilə mesaj yazaraq, pulu tələb etdikdə, sonuncu pulu ödəyəcəyini bildirsə də, hazırki vaxta kimi qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, habelə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixə digər məhkəmə iclasının təyin edildiyini, bu səbəbdən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, işə iştirakı olmadan baxıb, yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, Cavabdeh ilə 2022-ci il tarixdə tanış olmuş, habelə bundan sonra vətəndaş nikahında yaşamağa başlamışlar. Bundan başqa, Cavabdeh ilə birlikdə ona məxsus olmaqla, Saray qəsəbəsində yerləşən evi sataraq, iş görmək niyyətləri olsa da, birinci evin satışından əldə edilmiş pulu mənimsəyərək onu və oğlunu aldatmışdır. Belə ki, evin satışından əldə edilmiş puldan 3000 manat ona verilmiş, qalan məbləğdən 18000 manatı ilə Cavabdeh şəxsi borcunu qaytarmış, 15000 manatını isə Seymur adlı şəxsə vermişdir. Cavabdeh yalan vədlər verərək, pulu qaytaracağını bildirsə də, hazırki vaxta kimi qaytarmamışdır. Cavabdeh puldan 3000 manat ona versə də, bunun 50.000-ə heç bir aidiyyatının olmadığını, 50.000 manatı oğluna qaytaracağını qeyd etmişdir. Hazırda həmin 3000 manatı ondan istəmir. Odur ki, iddia tələbinin qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Cavabdeh beynəlxalq yük daşımalarında tır sürücüsü işlədiyi üçün hazırda ölkə xaricindədir. Bundan başqa, iddiaçının nümayəndəsi və cavabdeh vətəndaş nikahında yaşamışlar. Güman edir ki, iddiaçının nümayəndəsinə məxsus evin satışından əldə edilmiş pulu sonuncu cavabdehlə birlikdə xərcləmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

01 oktyabr 2023-cü ilədək qüvvədə olan Mülki Məcəllənin:

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

200. Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tərəflərin məhkəmə hazırlıq və baxış iclaslarında verdikləri izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 avqust 2022-ci il tarixdə tərtib edilməklə, AZE seriyalı, 13077741 nömrəli şəxsiyyət vəsiqəsinə məxsus şəxs Cavabdeh və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə məxsus X9 tərəfindən imzalanmış əl yazmadan görünür ki, Cavabdeh X4 50000 manat məbləğində pulu bir il yarım müddətinə qaytarmaq şərti ilə borc aldığını və bunu imzası və əlyazması ilə təsdiq etdiyini qeyd etmiş, həmçinin X2 Əşrəf İbrahim oğluna 50000 manat məbləğində pulu bir il yarıma qaytarmaq şərti ilə borc verdiyini və bunu öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 17 may 2023-cü il tarixdə tərtib edilməklə, AZE seriyalı, 13077741 nömrəli şəxsiyyət vəsiqəsinə məxsus şəxs tərəfindən imzalanmış əlyazmadan görünür ki, Cavabdeh X4 50000 manat məbləğində pulu bir il yarım müddətinə qaytarmaq şərti ilə borc aldığını və bunu imzası və əlyazması ilə təsdiq etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri ərazisində yerləşən Miiliön ödəniş teriminallarından əldə edilmiş qəbzlərdən görünür ki, 2022-ci ilin iyul ayının 08 və 09 tarixlərində 350, 1120, 1300, 150, 85, 350, 80, 1250, 100, 700, 100 və 284 manat məbləğində pullar müxtəlif hesablara köçürülmüşdür. İş materiallarına əlavə edilməklə, fləş karta köçürülmüş “WhatsApp Video 2025-04- 25 at 19.30.24” saylı görüntülərdən görünür ki, iddiaçı X9 Cavabdeh ilə birlikdə əlyazma tərtib edirlər. İş materiallarına əlavə edilməklə, fləş karta köçürülmüş “WhatsApp Audio 2025-06- 07 at 12.48.15, 12.48.15(1) və 12.48.16” saylı səs yazılardan görünür ki, tərəflər arasında pul mübahisəsi olmaqla yanaşı, Cavabdeh evin 36000 manata satıldığını, həmin məbləğdən 3000 manatının vasitəçiyə, 3000 manatının isə iddiaçının nümayəndəsinə verdiyini, 50000 manat məsələsini təkzib etmədiyini, işləri yekunlaşdıqdan sonra, borcundan ödəniş edəcəyini, qalıq məbləğı hissə- hissə qaytaracağını bildirir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qanunun yuxarıda qeyd olunan tələblərinə əsasən qeyd edir ki, sübutların tədqiqatı zamanı iddiaçı İlkin Ağamalıyev Cavabdeh 22 avqust 2022-ci tarixdə 50000 manat pul verməsini (iş materiallarına əlavə edilmiş) sübut edə bilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş fləş karta köçürülmüş “WhatsApp Video 2025-04-25 at 19.30.24” saylı görüntülərdən görünür ki, iddiaçı X9 Cavabdeh ilə birlikdə əlyazma tərtib edirlər. Həmin görüntülərdə İlkin Ağamalıyevin üzü tam görünərək şəxsiyyətini müəyyən etmək mümkün olsa da, Cavabdeh üzü görünmür. Bununla belə aralarında aparılan danışıqlar dinlənildikdə məhz məhkəməyə təqdim edilmiş 22 avqust 2022-ci il tarixli əlyazmanın tərtib edildiyini müəyyən etmək olur. Bundan başqa həmin video-görüntüdə cavabdehin hər hansı fiziki və psixi təsir altında həmin əlyazmanı yazması müəyyən edilmir. Bundan başqa məhkəmə iclasında tədqiq olunmuş fləş karta köçürülmüş “WhatsApp Audio 2025-06-07 at 12.48.15, 12.48.15(1) və 12.48.16” saylı səs yazılardan görünür ki, Cavabdeh evin 36000 manata satıldığını, həmin məbləğdən 3000 manatının vasitəçiyə, 3000 manatının isə iddiaçının nümayəndəsinə verdiyini, 50000 manat borcunun isə borc olaraq qaldığını, işləri yekunlaşdıqdan sonra, borcundan ödəniş edəcəyini, qalıq məbləği hissə- hissə qaytaracağını bildirir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 2022-ci ilin avqust ayında Cavabdeh 50000 manat məbləğində borca pul verdiyini bildirsə də, məhkəmə Mülki Məcəllənin 01 oktyabr 2023-cü ildən qüvvədə olan 739-cu maddəsinin tələblərindən çıxış edərək qeyd edir ki, iddiaçının 2023-cü ilin avqust ayında cavabdehə 50000 manat borc verməsi, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, qanunla başqa hal müəyyən edildiyi halda, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa bu müqavilə yazılı formada bağlanmalı olsa da, tərəflər mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, aralarında pulun verilməsi ilə bağlı şifahi razılaşmışlar ki, bu da nəticədə onlar arasında şifahi olaraq bağlanılmış əqdin (müqavilənin) etibarsızlığına səbəb olmuşdur. Bununla belə, iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olunmuşdur ki, tərəflər bir-birini tanımış, daha sonra ehtiyacı olduğuna görə Cavabdeh iddiaçı İlkin Ağamalıyevdən 22 avqust 2022-ci il tarixdə 50000 manat məbləğində pul almış, habelə sonuncu qeyd olunan məbləği bir il yarım müddət ərzində qaytaracağını vəd etmişdir. Göründüyü kimi Cavabdeh iddiaçı İlkin Ağamalıyevdən hüquqi əsas olmadan 50000 manat məbləğində pulu qəbul etməklə, habelə sonuncudan bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, məhrum olanın, yəni iddiaçının hesabına əmlak əldə etdiyi vəsaiti qaytarmamışdır ki, bu da sonda cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı X8 50000 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğu və onun hesabına əsassız varlandığına görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Qaytarılmalı olan pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, həm tədqiq olunmuş səs yazılarından, həm də iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından Cavabdeh iddiaçıya 3000 manat məbləğində pulu qaytardığı sübut olunur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 47000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 15 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, hazırkı tələblə məhkəməyə müraciət edərkən 241 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün tələb olunan 240 manat məbləğində dövlət rüsumunun 94%-i, yəni 225,6 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 47000 manat məbləğində borc və 225,6 manat dövlət rüsumu tutularaq iddiaçı X5 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı X5 xeyrinə 47000 (qırx yeddi min) manat məbləğində pul və ödənilmiş 225,6 (iki yüz iyirmi beş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar