Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-455/2024 06.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələgəril Ramil Tehran oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı "daşınmaz əmlaka qeydiyyatların və bu barədə çıxarışların, eləcə də vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı "daşınmaz əmlaka qeydiyyatların və bu barədə çıxarışların, eləcə də vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi, eləcə də bu ərizənin dəqiqləşdirməsinə dair digər ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 69,3 kv.m təşkil edən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə mərhum Şahbazova Güldənə İbad qızının adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatının və bu barədə verilmiş 14 noyabr 2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, eləcə də həmin daşınmaz əmlaka dair Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə Cavabdeh1 verilmiş, reyestrdə 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə sözügedən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatının və bu barədə verilmiş 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evi üzərində Cavabdeh1 (iddiaçının anası) mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin ev üzərində ilkin hüquqi qeydiyyatin aparılmasının əsasını Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)-213/2010 saylı qətnaməsi təşkil etmişdir. Sözügedən qətnamə ilə ərizəçi Şahbazova Güldənə İbad qızının özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair ərizəsi təmin edilmiş, həmin ev üzərində sonuncunun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin iş üzrə o, maraqlı şəxs kimi cəlb edilmiş və onun apellyasiya şikayəti təmin olunmaqla, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Şahbazova Güldənə İbad qızının maraqlı şəxslər Siyəzən Rayon İcra Hakimiyyətinə və AR ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazisinə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd edilən daşınmaz əmlak üzərində ilkin mülkiyyət hüququnun qeydə alınmasına əsas olan məhkəmə aktı (Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi) ləğv edilmişdir. Belə ki, Güldənə Şahbazova 12 iyun 2021-ci il tarixdə vəfat etmiş, 29 iyul 2022ci il tarixli, "2V-88 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməyə əsasən notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə görə onun vərəsəsi Cavabdeh1 olmuş, miras əmlakın isə yuxarıda qeyd edilən ünvanda yerləsən 0,03 ha torpaq sahəsindən və onun uzərində yerləsən fərdi yaşayış evindən ibarət olması qeyd edilmişdir. Bundan sonra, həmin şəhadətnamə əsasında 0,03 ha torpaq sahəsi və onun uzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən halı əsas tutaraq həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyatın və bu barədə çıxarışın ləğv edilməsi məqsədilə maraqlı şəxs olan inzibati orqana müraciət edilmişdir. Maraqlı şəxsin 03 noyabr 2022-ci il tarixli, **********66 saylı cavab məktubu ilə həmin müraciət təmin edilməmişdir. Həmin imtina qanunsuz və əsassız olduğundan Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, ünvan 3 ünvanında yerləsən 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyatın və bu barədə çıxarışın ləğv edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2013-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr qeyd edilən iddianı mümkünsüz saymasını onunla əsaslandırmışlar ki, işə mülki qaydada baxılmalıdır. İşin yuxarıdakı hallarından mübahisəsiz şəkildə müəyyən edilir ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli Sərəncamı ilə Şahbazova Güldənə İbad qızına ayrılmış Siyəzən şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair keçmiş Azərbaycan Respublikası Dovlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən sonuncunun adına 03 may 2006-cı il tarixli, JN seriyalı, 373F nömrəli, 30501004 kodlu "Torpağın mulkiyyətə verilməsinə dair" şəhadətnamə tərtib edilmişdir. Beləliklə, reyestrdə aparılmış mülkiyyət hüququ barədə qeydiyyat ləğv edilmiş məhkəmə qətnaməsinə əsaslanır və bu cür qeydiyyat əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamə etibarsızdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən, 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evinə Şahbazova Güldənə İbad qızının mülkiyyət hüququ tanınmış, lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2013-cü il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmişdir. Buna baxmayaraq, rayon məhkəməsinin sözügedən qətnaməsinə əsasən həmin ev Şahbazova Güldənə İbad qızının adına qeydiyyata alınmışdır. Odur ki, Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsinin nəzərə alınmasını, habelə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, istər birinci instansiya məhkəmələrində, istərsə də, yuxarı instansiya məhkəmələrində analoji tələblərə dair işlərə baxılmış, lakin, "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə və ya daşınmaz əmlakın qeydiyyata alınmasına dair çıxarış ləğv edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Siyəzən rayon dövlət notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)- 213/2010 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evinə Şahbazova Güldənə İbad qızının mülkiyyət hüququ tanınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2013-cü il tarixli, 2(105)- 732/2013 saylı qərardadının surətindən görünür ki, maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)- 213/2010 saylı qətnaməsi ləğv edilərək, ərizəçi Şahbazova Güldənə İbad qızının maraqlı şəxslər Siyəzən Rayon İcra Hakimiyyətinə və DƏDRX-nin Abşeron Ərazi İdarəsinə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2013-cü il tarixli, 2(102)-3476/2013 saylı qərarının surətindən görünür ki, iddiaçı Şahbazova Güldənə İbad qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********82-10301 olan fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, Siyəzən şəhəri, Aydın Qaradağlı küçəsində 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,3 kv.m olan 1 mərtəbəli, 2 otaqlı, 23.2 kv.m yaşayış, 46.1 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin hüquq subyekti Şahbazova Güldənə İbad qızıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi 14 noyabr 2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********82-10301 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindəki 0,03 ha torpaq sahəsində yerləşən 69,3 kv.m-dən ibarət 7 saylı fərdi yaşayış evi Şahbazova Güldənə İbad qızının adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 17 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174017 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahbazova Güldənə İbad qızı 12 iyun 2021-ci il tarixdə Siyəzən şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında, 16 iyun 2021-ci il tarixdə, 145 nömrəli qeyd edilmişdir. İşdə olan Cavabdeh1 tərəfindən 2021-ci ilin iyul ayında Siyəzən rayon notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, miras tərkibinə daxil olan daşınar və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İşdə olan X5, X9, X7 və X10 tərəfindən 2021-ci ilin iyul ayında Siyəzən rayon notariat ofisinə ünvanlanmış ərizələrin surətindən görünür ki, onlar 12 iyun 2021-ci il tarixdə ölmüş anaları Şahbazova Güldənə İbad qızından onlara çatası daşınar və daşınmaz əmlakdan bacıları Cavabdeh1 xeyrinə imtina etmişlər. Siyəzən rayon dövlət notariat kontorunda 16 iyun 2011-ci il tarixdə, reyestrdə 2V-78 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, Şahbazova Güldənə İbad qızı ona məxsus bütün əmlakları, o cümlədən, Siyəzən şəhərinin Əzizbəyov küçəsində yerləşən 7 saylı şəxsi evini Cavabdeh1 vəsiyyət etmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin dövlət notariusu vəzifəsini icra edən X11 tərəfindən 29 iyul 2022-ci il tarixdə verilmiş, reyestrdə 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 16 iyun 2011-ci il tarixdə təsdiq edilən və reyestrdə 78 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 12 iyun 2021-ci il tarixdə vəfat etmiş Şahbazova Güldənə İbad qızının vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh1dır və o, miras əmlakını təşkil edən ünvan 2 ünvanda yerləşən, 0,03 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evindən tam hissədə pay almalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi 17 avqust 2022-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********82-10301 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindəki 0,03 ha torpaq sahəsində yerləşən 69,30 kv.m-dən ibarət 7 saylı fərdi yaşayış evi Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunaraq, iddiaçılar İddiaçı və X1 övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhərində yerləşən M. Əzizbəyov (indiki A.Qaradağlı) küçəsindəki 7 saylı evə köçürülməsi qət edilmişdir. İşdə olan 08 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən məhkəmə aktları və işin faktiki halları ilə müəyyən olundu ki, Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi ilə ünvan 7 ünvanında yerləşən, 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evinə mərhum Şahbazova Güldənə İbad qızının mülkiyyət hüququ tanınsa da, İddiaçı apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 27 iyun 2013-cü il tarixli qərardadı ilə sözügedən qətnamə ləğv edilmiş və mərhum Güldənə Şahbazovanın ərizəsi baxılmamış saxlanılmışdır. Məhz Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi əsasında 14 noyabr 2019-cu il tarixdə mərhum X3 şəhəri, Aydın Qaradağlı (keçmiş M.Əzizbəyov) küçəsi, ev 7 ünvanında yerləşən, 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, mərhum Güldənə Şahbazova 16 iyun 2011-ci il tarixdə ona məxsus bütün əmlakları, o cümlədən, Siyəzən şəhərinin Aydın Qaradağlı (keçmiş M.Əzizbəyov) küçəsində yerləşən 7 saylı şəxsi evini Cavabdeh1 vəsiyyət etmişdir. Eyni zamanda, Güldənə Şahbazova 12 iyun 2021-ci il tarixdə öldükdən sonra Cavabdeh1 ərizə ilə Siyəzən rayon notariat ofisinə müraciət etmiş, habelə mərhumdan miras qalmış daşınar və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, bacıları Mahirə Binnətova, Xanım Eyvazova, Zenfira Əliyeva və Leyla Quliyeva onlara çatası paydan bacıları Cavabdeh1 xeyrinə imtina etmişlər. Nəticə olaraq, 17 avqust 2022-ci il tarixdə Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindəki 0,03 ha torpaq sahəsində yerləşən 7 saylı fərdi yaşayış evi Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhərində yerləşən M. Əzizbəyov (indiki A.Qaradağlı) küçəsindəki 7 saylı evə köçürülmüşlər. Həmin qətnaməyə əsasən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olduğu aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bu Məcəllənin 139-1-ci maddəsinin 1-ci hissəsinin 3-cü və 4-cü bəndlərinə, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardandır. Sözügedən Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Yenə Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Beləliklə, işin faktiki halları göstərir ki, ünvan 2 ünvanda yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 69,3 kv.m təşkil edən fərdi yaşayış evinə mərhum Güldənə Şahbazovanın mülkiyyət hüquqları 14 noyabr 2019-cu il tarixdə qeydiyyata alınsa da, bu qeydiyyatın aparılmasına əsas olmuş Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 27 iyun 2013-cü il tarixli qərardadı ilə ləğv edildiyindən artıq ləğv edilmiş məhkəmə qərarı əsasında əmələ gəlmiş hüquqlar, eləcə də aparılmış sənədləşdirmələr və qeydiyyatlar da, əsasız olmuşdur və ləğv edilməlidir. Çünki, qanuni əsas olmadan hüquqlar əmələ gələ, başqasına keçə, məhdudlaşdırıla və xitam verilə bilməz. Deməli, mövcud olmayan əsas üzrə əmlakla bağlı müvafiq hərəkətlərin aparılması, həmçinin qanuni əsas olmadan, hər hansı predmetə miras əmlak kimi hüquqi qiymətin verilməsi özlüyündə Mülki qanunvericiliyin tələblərinin birbaşa pozulması deməkdir ki, bu halın da məhkəmə qaydasında aradan qaldırılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanda yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 69,3 kv.m təşkil edən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə mərhum Şahbazova Güldənə İbad qızının adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82- 10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 14 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, eləcə də həmin daşınmaz əmlaka dair Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə Cavabdeh1 verilmiş, reyestrdə 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə sözügedən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82- 10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması həm tələbdə göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfdən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 69,3 kv.m təşkil edən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə mərhum Şahbazova Güldənə İbad qızının adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 14 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, eləcə də həmin daşınmaz əmlaka dair Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə Cavabdeh1 verilmiş, reyestrdə 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə sözügedən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-455/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-455/2024
06.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver