Məhkəmə qərarları › İş №e-2(059)-47/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-47/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-47/2025 10.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, iddiaçı Yarıyeva Zahı̇ rə Nəzı̇ rbəy qızının cavabdeh "Siyəzən Rayon Mərkəzı̇ Xəstəxanası" PHŞ-yə qarşı "maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Yarıyeva Zahı̇ rə Nəzı̇ rbəy qızı cavabdeh "Siyəzən Rayon Mərkəzı̇ Xəstəxanası" PHŞ-yə qarşı "maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh PHŞ-dən onun xeyrinə 2000 manat maddi və 2000 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 4000 manat məbləğində pulun eləcə də, iddia tələbi üzrə ödənilmiş 60 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiadan imtina etməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında razılıq əldə olunduğunu, iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq cavabdeh tərəfin 1000 manat məbləğində pul ödədiyini, iddiaçının həmin pulu qəbul etdiyini, mübahisə məhkəmədən kənar qaydada həll edildiyi üçün işin məhkəmədə baxılmasına ehtiyac qalmadığını, bu səbəbdən də, iddiadan imtina edildiyini, bunun tərəflərin mənafeyinə uyğun olduğunu, hər hansı şəxsin hüquq və mənafelərinə toxunmadığını, iş üzrə icraata xitam verilmənin hüquqi nəticələrinin onlara aydın olduğunu qeyd edib, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh Siyəzən Rayon Mərkəzı̇ Xəstəxanası" PHŞ-də, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfin iddiadan imtina etməsi ilə əlaqədar mülki işin icraatına xitam verilməsinin səbəblərinin və hüquqi nəticələrinin onlara aydın olduğunu bildirib, mülki işin icraatına xitam verilməsinə etirazlarının olmadığını qeyd etmişlər. İddiaçıya, cavabdehə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, eləcə də nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, iddiaçının nümayəndəsi və vəkili, eləcə də cavabdeh tərəf məhkəməyə təqdim etdiyi ərizələrində iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, iclasın tərəflərin (nümayəndələrinin və vəkillərinin), eləcə də, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Sözügedən Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı Yarıyeva Zahı̇ rə Nəzı̇ rbəy qızı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumu sonuncuya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Yarıyeva Zahı̇ rə Nəzı̇ rbəy qızının cavabdeh "Siyəzən Rayon Mərkəzı̇ Xəstəxanası" PHŞ-yə qarşı "maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə iddiaçı tərəfin iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin və iddiaçı Zahı̇ rə Yarıyeva tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar