Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-661/2025 02.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Vahabzadə Gülay Xanlar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 7130 (yeddi min yüz otuz) manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 325 (üç yüz iyirmi beş) manat xərcin və iddia tələbi üzrə ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı özünə və ailə üzvlərinə məxsus dəyəri ümumilikdə 11 520 manat olan qızıl-zinət əşyalarını xalasının nəvəsi Cavabdeh1 və onun əmisi gəlini Cavabdeh2 10 avqust 2024cü il tarixdə vermişdir. Həmin qızıl-zinət əşyalarının pulunun əvəzi olaraq ona 3990 manat pul qaytarılmışdır. Lakin, bu günədək geri qalan pul ona qaytarılmamaqla yanaşı, onlardan pulunu tələb edərkən, cavabdehlər “102” qaynar xəttinə müraciət edərək, ondan və ərindən şikayət etmişdir. Bununla əlaqədar, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis kapitanı Tural Məmmədov təhqiqat işini apararkən cavabdehlərdən həmin pulu qaytaracaqlarına dair iltizam almışdır. Lakin, bu günədək ona qalan puldan heç bir vəsait qaytarılmamışdır. Belə ki, qalan borcun tamamı ilə bağlanması şərti ilə cavabdehlər iddiaçıya 2500 manat məbləğində pul təklif etsə də, sonuncu bununla razılaşmayaraq, ona məxsus qızıl-zinət əşyalarının əvəzi kimi 7130 manat məbləğində pulun, vəkilə xidmət haqqı kimi ödənilən 325 manat vəsaitin və 92 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri qismən təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh1 həm xalasının nəvəsi, həm də bacısının gəlinidir. Belə ki, övladı Səkinəxanım Mirzəyeva üçün “Avand Park” inşaat şirkətindən ilkin 20 000 manat ödəniş etməklə aldıqları evə görə bir müddət aylıq 1653 manat kredit ödənişini həyata keçirmişlər. Bir neçə ay ödəniş etsələr də, maddi sıxıntılar səbəbindən sonradan aylıq kredit ödənişini həyata keçirə bilməmiş, bu səbəbdən banka 5000 manat borcu yarandığından kredit götürdükləri bankın nümayəndəsi tez-tez onlarla telefon vasitəsi ilə əlaqə yaradaraq, kredit borcunu ödəmələrini tələb etmişdir. Belə olan halda, kredit borcunu ödəmək məqsədi ilə o, özünə aid olan qızıl-zinət əşyalarını satmaq qərarına gəlmişdir. Cavabdeh1 özü onunla əlaqə saxlayıb bir neçə qohumunun qızıl almaq niyyətində olduğunu, bu səbəbdən də, həmin qızıl-zinət əşyalarını ona verməsini təklif etmişdir. O, Cavabdeh1 qızıl-zinət əşyalarının ticarəti ilə məşğul olduğunu bildiyi üçün razılaşmış və ümumi dəyəri 11 520 manat olan sözügedən qızıl-zinət əşyalarını, o, Cavabdeh1 iki müxtəlif vaxtda təhvil vermişdir. Beləliklə, bu əşyaların bir qismini, yəni 1800 manat dəyərində çəkisi 15 qram olan 585 əyarlı boyunbağını, 1740 manat dəyərində çəkisi 14,5 qram olan 585 əyarlı sırğa-üzük dəstini, 1500 manat dəyərində çəkisi 2,8 qram olan 583 əyarlı nişan üzüyünü, 580 manat dəyərində çəkisi 5 qram olan 583 əyarlı boyunbağını 10 avqust 2024-cü il tarixdə, digər qismini, yəni 3000 manat dəyərində çəkisi 24.5 qram olan 583 əyarlı, 30 sot brilyant qaşlı qol saatını və 2900 manat dəyərində çəkisi 24,8 qram olan 585 əyarlı sırğaüzük dəstini isə 19 noyabr 2024-cü il tarixdə Cavabdeh1 Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 29 nömrəli ünvanda yerləşən mənzillərinə gələrək ondan götürmüşdür. Həmin vaxt ailə üzvləri, o cümlədən əri Şahid və oğlu evdə olsalar da, o, qızılları Mirvariyə şifahi razılaşma əsasında, təkbətək vermişdir. Cavabdeh1 ondan aldığı qızıl-zinət əşyalarının ödənişini cəmi 3990 manat olmaqla 3 ay ödəsə də, qalan 7530 manat pul məbləğini ödəməmişdir. Sonuncu ödənişi 2024-cü ilin noyabr ayında etdikdən bir müddət sonra Cavabdeh1 və sonuncunun xalası, eyni zamanda da, onun öz xalası qızı Sədaqət Səfərova ona zəng edərək həmin qızıl-zinət əşyalarını Cavabdeh2 verildiyini və bundan sonrakı ödənişlərin sonuncu tərəfindən olunacağını bildirərək, ona Kübra ilə telefon əlaqəsi saxlamasını təklif etmişlər. O da öz növbəsində Cavabdeh2 ilə telefon vasitəsilə əlaqə saxlayarkən, sonuncu özü də qızıl-zinət əşyalarının onda olduğunu, həmçinin, ünvan 2 ünvanında yerləşən özünə aid olan evin söküləcəyini və müqabilində 90 000 manat məbləğində kompensasiya alaraq, həmin ödənişi həyata keçirəcəyini bildirsə də, qalan borcdan ona cəmi 400 manat pul ödəmişdir. Daha sonra, o, Cavabdeh2 qeyd etdiyi mənzilin müqabilində pul aldığını eşitsə də, sonuncu, ona olan borcunu qaytarmamışdır. Belə ki, 12 iyun 2025-ci il tarixdə telefon vasitəsilə Cavabdeh2 ilə əlaqə saxlayaraq, borc məsələsini həll etmək məqsədilə Bakı şəhərində yerləşən “Təzə pir” məscidinin yaxınlığında salınmış parka görüş təyin etmişdir. Həmin gün o, əri Şahid, Cavabdeh1 və sonuncunun əri Elmar Nəzərov qeyd olunan parka gedib bir neçə saat gözləsələr də, Cavabdeh2 sözügedən yerə gəlməmişdir. Bir müddət sonra, iki polis əməkdaşı onlara yaxınlaşaraq, DİN-in 102 xidmətinə barələrində şikayət daxil olduğunu bildirməklə, onları Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Orada Cavabdeh2 əri X3 DİN-in 102 xidmətinə zəng edərək, onların hədə-qorxu vasitəsilə ondan pul tələb edilməsi barədə şikayətinin olması bildirilmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsində təhqiqatçı Tural Məmmədov, onun əri Şahid və Cavabdeh1 əri Elmar Nəzərovun izahatlarını almaqla yanaşı, Cavabdeh2 əri Məhəmməd Tağıyevdən də, 5-10 gün ərzində götürülən qızıl-zinət əşyalarından qalan borc məbləğini, yəni 7 130 manat pulun tam dəyərinin ödənilməsi barədə yazılı iltizam almışdır. Bundan 10 gün sonra, Cavabdeh2 əri Məhəmməd Tağıyev onun əri Şahid ilə telefon vasitəsilə əlaqə saxlayaraq, qalan puldan 2 500 manatını ödəməyi və bunun müqabilində onların qalan məbləği tələb etməməsini təklif etmişdir. Belə olan halda, onlar bununla razılaşmayıb məsələni məhkəmə qaydasında həll etmək qərarına gəlmişlər. O, əvvəlki məhkəmə iclasında olduğu kimi, yenə də qızıl-zinət əşyalarının pulunu Cavabdeh2 tələb edir. Belə ki, əvvəlcədən bildirdiyi kimi, o, qızıl-zinət əşyalarını Cavabdeh1 versə də, sonuncu, sonradan ona zəng edərək qızılları digər Cavabdeh2 verdiyini bildirmiş, sonuncu da öz növbəsində ona cəmi 400 manat pul ödədikdən sonra borclu olduğu bütün şəxslərdən ibarət qrup yaratmış, həmin qrupda ona 250 manat pul vermək istəməsini, lakin Cavabdeh1 imkan yaratmamasını bildirməklə, qızılları özü verdiyi üçün ödənişin də ona verilməli olmasını qeyd etmişdir. Lakin, o, nə Cavabdeh2, nə də onun əri Məhəmməd Tağıyevi tanımır. Belə ki, o, qızıl-zinət əşyalarını Cavabdeh1 vermişdir. Cavabdeh1 nümayəndəsi və vəkilinin təqdim etdiyi CD diskdə, eləcə də, digər Cavabdeh2 əri Məhəmməd Tağıyevin dediklərinə əsasən, hazırda ona aid olan qızıl-zinət əşyalarının dəyərini Cavabdeh2 tələb edir. Çünki, həm Cavabdeh2, həm də onun əri Məhəmməd Tağıyevin məhkəmədə tədqiq olunan səs yazlarında işin bu halları onların özü tərəfindən etiraf edilir. Belə ki, cavabdehin əri Məhəmməd Tağıyev qızıl-zinət əşyalarının onlara verildiyini və ödənişin də onların özləri tərəfindən olunacağını bildirir. Bundan əlavə, Cavabdeh2 əri Məhəmməd Tağıyevin səs yazısında qeyd etdiyi kimi, Cavabdeh2 ondan aldığı qızıl-zinət əşyalarına görə qalan borcun məbləği 3500 manat deyil, iddia ərizəsində də göstərildiyi kimi 7130 manat təşkil edir. Odur ki, iddianın qismən, yəni Cavabdeh2 münasibətdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərmişdir ki, onun fikrincə qızıl-zinət əşyaları kimə verilibsə, öhdəliyi də o, daşımalı və ödəniş onun tərəfindən icra olunmalıdır. İddiaçı və Cavabdeh1 arasında qızılzinət əşyalarının ödənişinin digər Cavabdeh2 tərəfindən olunması haqqında şifahi razılaşma olsa da, onun fikrincə qızılların dəyərini ödəməli olan şəxs Cavabdeh1dır. Habelə, qızılların dəyəri barədə də Cavabdeh1 ilə dəqiqləşdirmə aparılmalıdır. Həmçinin, sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1, qızılzinət əşyalarını İddiaçı ilə razılaşdırmadan, Cavabdeh2 verdiyindən, sözügedən əşyaların dəyərinin hansı cavabdeh tərəfindən ödənilməsinin iddiaçı, eləcə də onun üçün əhəmiyyəti yoxdur. Belə ki, həmin qızıl-zinət əşyalarının pulu Cavabdeh2 tərəfindən ödənilməli olsa belə, sonuncu həmin pulu ödəmədiyi halda, qalan məbləği hər iki cavabdehdən tələb edəcəklər. Bundan əlavə, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə təqdim etdiyi CD diskdə digər Cavabdeh2 əri Məhəmməd Tağıyev qızılları arvadının qəbul etdiyini və həqiqətən pulun tərəflərindən ödənilməli olduğunu etiraf etmişdir. Beləliklə, sözügedən diskdə qeyd edilən səs yazılarını dinlədikdən sonra, Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını, Cavabdeh2 isə tək cavabdeh olaraq tanınmasını məqsədəmüvafiq hesab edir. Buna baxmayaraq o, Məhəmməd Tağıyevin səs yazılarında İddiaçı cəmi 3400-3500 manat borclarının qaldığını, həmçinin bu borcdan iddiaçının əri Şahid 2500 manatı ödəmək istədiyini, lakin, sonuncunun həmin məbləği qəbul etmədiyini qeyd etdiyi fikirlər ilə razı deyil. Belə ki, həqiqətən borc 3400-3500 manat təşkil etmiş olsaydı, iddiaçı tərəf, Məhəmməd Tağıyevin bu borcdan 2500 manat ödəniş etməsi ilə razılaşar, nəticədə cəmi 1000 manat ödənilməmiş borc qalardı. Odur ki, iddia tələbinin qismən, yəni Cavabdeh2 münasibətdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini təmsil etdiyi şəxsə münasibətdə qəbul etməyərək izahatında göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh1 qızıl-zinət əşyalarının satılmasında İddiaçı və digər Cavabdeh2 arasında vasitəçi rolunda çıxış etmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət edənədək, Cavabdeh2 özü də bir neçə dəfə qızılların ödənişinin onun tərəfindən olunacağını etiraf etmişdir. Habelə, Cavabdeh2 əri Məhəmməd Tağıyev məhz həmin borcu ödəməkdən boyun qaçırmaq məqsədi ilə, İddiaçı 12 iyun 2025-ci il tarixdə ona hədə-qorxu gəlməsini əsas gətirərək, DİN-in 102 xidmətinə zəng etmişdir. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin təhqiqatçısı X5 Tağıyevdən aldığı yazılı iltizamda da qızıl-zinət əşyalarının ödənişinin məhz sonuncu tərəfindən həyata keçirələcəyi bir daha qeyd olunmuşdur. İddiaçı qeyd etdiyi kimi, Cavabdeh2 mülkiyyətində olan mənzilin sökülməsi müqabilində kompensasiya olaraq əldə edəcəyi 90 000 manat puldan qızıl-zinət əşyalarının qalıq borcunu ödəyəcəyini bildirsə də, ödənişi etməmişdir. Həmçinin, Məhəmməd Tağıyev İddiaçı əri Şahid ilə telefon söhbətində də qalan 7130 manat borc pulun müqabilində 2500 manat ödəniş edib borcu bağlamağı təklif etsə də, iddiaçı tərəfindən bu təklif qəbul olunmamışdır. O, əvvəlki iclasda səsləndirdiyi fikirləri təsdiqləməklə yanaşı, əlavə olaraq qeyd edir ki, İddiaçı əri Şahid Cavabdeh2 əri X4 şəhərində İddiaçı yaşadığı evin qarşısında görüşəndə sonuncu Yasamal RPİ-nin 26-cı Polis Bölməsində söz verdiyi kimi, qızıl-zinət əşyalarının ödənişini etmək istədiyini bildirmiş, Yavər X2-zinət əşyalarının məbləğini tam deyil, 2500 manatını ödəmək istədiyini öyrəndikdə, həmin məbləği qəbul etməyərək pulun tam şəkildə, yəni 7130 manatını tələb etmişdir. Həmçinin, İddiaçı pulu digər Cavabdeh2 tələb etməklə haqlı olduğunu düşünür. Çünki, Cavabdeh2 və əri Məhəmməd Tağıyev tərəfindən İddiaçı və əri Şahid barəsində 12 iyun 2025-ci il tarixdə DİN-in 102 xidmətinə şikayət daxil olmasının səbəbi iddiaçının və ərinin onlardan pullarını tələb etməsi olmuşdur. Lakin, həmin tarixədək Cavabdeh2 dəfələrlə mülkiyyətində olan mənzilin sökülməsi nəticəsində alacağı kompensasiya hesabına borcunu ödəyəcəyini bildirsə də, qeyd olunan ödənişi aldıqdan sonra belə, həmin ödənişi həyata keçirməmişdir. Habelə, X7 RPİ-nin 26-cı Polis Bölməsində də qarşı tərəflə aralarında olan mübahisənin səbəbinin borc məsələsi olmasını etiraf etmişdir. Həmçinin, hüquqlarını müdafiə etdiyi iddiaçı Cavabdeh1 ilə sözügedən qızıl-zinət əşyalarının dəyəri məsələsini də dəqiqləşdirərək, iddia ərizəsində İddiaçı Cavabdeh2 onun əri Məhəmməd Tağıyev vasitəsi ilə çatdırdığı qızıl-zinət əşyalarının dəyərinin doğru qeyd edildiyini, həmçinin bu məsələdə heç bir mübahisəli məqam olmadığını bildirmək istəyir. Eyni zamaenda, Cavabdeh1 bildirir ki, sözügedən qızıl-zinət əşyalarının şəkillərini İddiaçı istəyi ilə sosial şəbəkə hesabında paylaşdıqdan sonra, digər Cavabdeh2 və əri Məhəmməd Tağıyev həmin şəkilləri görmüş və ona qızılların məbləği, ödənişin hansı formada və neçə dəfəyə ödənilməsi ilə bağlı suallar vermiş, o, da həmin qızıl-zinət əşyalarının qiyməti, həmçinin ilkin ödənişi haqqında maraqlanaraq sonunculara məlumat vermişdir. Bundan sonra, Cavabdeh2 və əri sözügedən qızıl-zinət əşyaları üçün ilkin ödəniş etməklə qızıl-zinət əşyalarını iddiaçıdan götürmüşlər. Belə ki, sözügedən qızılların bir qismini taksi fəaliyyəti ilə məşğul olan iddiaçının əri Şahid özü, digər qismini isə onların taksi sürücüsü olan tanışları vasitəsilə Cavabdeh2 çatdırılmışdır. Eyni zamanda, iddiaçı mübahisəli qızıl-zinət əşyalarını Cavabdeh1 təqdim etdiyini bildirsə də, digər Cavabdeh2 əri Məhəmməd Tağıyev onun “Whatsapp” hesabına göndərdiyi və tərəflərindən məhkəməyə təqdim olunan səs yazısında həmin qızılların Şahid tərəfindən ona təqdim olunduğunu, hətta qızıl-zinət əşyalarının çatdırılması müqabilində Şahid ödəniş belə etdiyini bildirməklə yanaşı, İddiaçı götürdüyü qızıl-zinət əşyalarının müqabilində borclu olduğunu da etiraf etmişdir. Həmçinin, Cavabdeh1 qeyd etdiyinə görə iddiaçının xalası qızı olan mərhum anası Mətanət də, qızılzinət əşyalarının ticarətini etmiş və iddiaçı ilə anası arasında qızıl-zinət əşyalarının alqısatqısı ilə bağlı münasibətlər mövcud olmuşdur. Hətta, xərçəng xəstəsi olan anası öləcəyini bildiyi üçün Mirvariyə qızıl alış-verişi ilə bağlı borclu olduğu insanların adlarının yazıldığı borc dəftərlərini təqdim etmiş, həmin borc dəftərində anasının borclu olduğu şəxslər arasında İddiaçı da adı qeyd olunmuşdur. Habelə, anası Mətanət Tağıyevanın 2022-ci ildə baş tutan yas mərasimində Cavabdeh1 İddiaçı ilə danışaraq anasından qalan borc məbləğlərini geri qaytaracağını bildirmişdir. Elə bu səbəbdən də İddiaçı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu öyrəndikdə, Cavabdeh1 onunla əlaqə saxlayaraq bu işlə məşğul olmaq istədiyini bildirmışdir. Bundan sonra, aralarında razılaşmaqla, İddiaçı Cavabdeh1 satılan qızıl-zinət əşyalarının 1000 manata qədər olan məbləğinə görə 50 manat, 1000 manatdan yuxarı hər məbləğə görə 100 manat pul verməli idi. Məhkəməyə təqdim etdikləri CD diskdə bir daha Cavabdeh2 əri Məhəmməd Tağıyevin dediklərindən İddiaçı aid olan qızıl-zinət əşyalarının dəyərinin Cavabdeh2 tərəfindən ödənilməli olduğu aydın olmaqla, Cavabdeh1 bu məsələdə yalnız vasitəçi olduğu və İddiaçı aid olan qızıl-zinət əşyalarını reklam edərək satılmasına köməklik göstərdiyi bəlli olur. Habelə, sözügedən qızıl-zinət əşyalarının pulunun bir qismi bilavasitə Cavabdeh2 tərəfindən iddiaçıya verilmiş, bir qismi isə sonuncuya Cavabdeh1 vasitəsilə çatdırılmışdır. Odur ki, iddia tələbinin təmsil etdiyi Cavabdeh1 münasibətdə təmin edilməməsini xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis X1 müraciəti əsasında toplanmış materiallarından görünür ki, Məhəmməd Tağıyev izahatında Yavər, Vəzirxan və Elmar adlı şəxslərin onunla görüşmək istəmə səbəbi kimi həmin şəxslərə borclu olmalarını göstərmişdir. Məhkəmə iclasında tədqiq olunan 1 ədəd CD diskin yaddaşına köçürülmüş “WhatsApp” tətbiqi vasitəsilə aparılmış səs yazıları dinlənilərkən məlum olur ki, Cavabdeh2 əri Məhəmməd Tağıyev, əmisi qızı olan Cavabdeh1 sosial şəbəkədə status vasitəsilə şəkillərini paylaşdığı qızıl-zinət əşyalarını bəyənmiş, habelə sonuncu bu qızılların Gülarə adlı qızıl satana məxsus olmasını bildirmişdir. Bundan sonra, Məhəmməd Tağıyev, bəyənmiş olduğu qızılları Gülarənin Bakı-Siyəzən marşrutu üzrə taksi sürücüsü işləyən Yavər adlı ərindən nisyə götürmüşdür. Daha sonra, 2024-cü ilin yay fəslində Məhəmməd, Yavər ilə Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 45 nömrəli binanın qarşısından görüşmüş, habelə götürdüyü qızıllardan borclu qaldığı təxminən 3400-3500 manatdan sonuncuya 2500 manat vermək istəsə də, Yavər bunu qəbul etməmiş, habelə borcunu tam şəkildə tələb etmişdir. Sonradan, Gülarə ona qalıq borcunun təxminən 7000 manat təşkil etməsini qeyd etmişdir. Lakin, onların Gülarəyə 3400-3500 manat borcu olmuş və bu hazırda da ödənilməmiş qalmışdır. Bundan başqa, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyindən, gələcəkdə ayda 50-60 manat olmaqla hissəhissə qeyd etdiyi borcunu qaytara bilər. Məhkəmə iclasında tədqiq olunan 1 ədəd fləş kartın yaddaşına köçürülmüş “WhatsApp” tətbiqi vasitəsilə aparılmış səs yazıları dinlənilərkən məlum olur ki, Cavabdeh2 digər Cavabdeh1 və İddiaçı göndərdiyi səs yazılarında sözügedən borcunu hissə-hissə olmaqla qaytaracağını qeyd edir. İşdə olan 29 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 92 (doxsan iki) manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan 29 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surətindən, eyni tarixli elektron vəkil orderindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil 325 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ, İV və V hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 329-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sözügedən Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd Edilən Məcəllənin 443-cü maddəsinin İ hissəsinin İ cümləsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bu Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Yenə bu Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında daha əvvəllər də qızıl-zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuş, bu münasibətlər zəminində sonuncu iddiaçıya məxsus qızıl-zinət əşyalarını sosial şəbəkə vasitəsilə paylaşmış, habelə bu paylaşımlar əsasında iddiaçıya məxsus ümumi dəyəri 11 520 manat təşkil edən qızıl-zinət əşyaları nisyə alqı-satqı şərtləri ilə Cavabdeh2 təqdim edilmiş, bu əşyaların pulu isə sonuncu tərəfindən bəzi hallarda bilavasitə iddiaçının özünə, bəzən isə digər Cavabdeh1 vasitəsilə çatdırılmışdır. Sözügedən qızıl-zinət əşyalarının Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi, onlara sahiblik və sərəncam verilməsi iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Bundan başqa, WhatsApp tətbiqi vasitəsilə aparılmış səs yazılarından, Cavabdeh2 əri Məhəmməd Tağıyevin izahatından, habelə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində toplanmış təhqiqat materiallarından bir daha açıq şəkildə görünür ki, sözügedən qızıl-zinət əşyaları bilavasitə Cavabdeh2 tərəfindən qəbul edilmiş, ödəniş öhdəliyinin də məhz onun üzərinə düşdüyü aydın şəkildə ifadə olunmuşdur. Belə ki, sözügedən səs yazılarında borcun mövcudluğu inkar edilməmiş, yalnız borcun məbləği və ödəniş qaydası ilə bağlı fərqli mövqelər irəli sürmüşdür ki, bu da öhdəlik münasibətinin mövcudluğunu təsdiq edir. Məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisə predmetini təşkil edən qızıl-zinət əşyalarını faktiki olaraq qəbul etməsi, həmin əşyalar üzərində sərəncam verməsi və borcun mövcudluğunu etiraf etməsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edir. Müqavilənin şifahi formada bağlanması isə tərəflərin davranışlarından və faktiki hərəkətlərindən aydın şəkildə bəlli olur. Bundan əlavə, Cavabdeh2 əri Məhəmməd Tağıyev tərəfdən borcun 3400–3500 manat təşkil etməsi barədə irəli sürülən arqumentlər məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, Cavabdeh2 bu iddialarını təsdiq edən mötəbər və inandırıcı sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, güvənliliyi şübhə doğurmayan, bir-birini təsdiq etməklə tamamlayan mötəbər sübut əhəmiyyətinə malik iddiaçının və Cavabdeh1 nümayəndəsinin izahatları ilə nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı Cavabdeh2 7130 manat məbləğində borcunun olması öz təsdiqini tapmış, həmçinin sonuncu mövcud səs yazılarında borcunu inkar etməmişdir. Göründüyü kimi, Cavabdeh2 edilən xəbərdarlıqlara rəğmən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, yəni nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini kobud şəkildə pozmaqla, iddiaçının əşyalarından qanunsuz istifadə edərək, ona maddi ziyan vurmuş, habelə qızıl-zinət əşyalarının qalıq dəyəri olan 7130 manat məbləğində borcu uzun müddət ərzində ödəməkdən yayınmışdır. Beləliklə, Cavabdeh2 borcu ödəməkdən yayınaraq müxtəlif bəhanələr irəli sürməsi, dəfələrlə verdiyi vədləri yerinə yetirməməsi səbəbindən İddiaçı hüquqlarını müdafiə etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. Bu hallar cavabdehin mülki hüquq münasibətlərində vicdanlılıq prinsipinə əməl etmədiyini göstərir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinin tələblərinə ziddir. Deməli, Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə belə qənaətə gəlmişdir ki, o, sözügedən qızıl-zinət əşyalarının alqı-satqısı prosesində alıcı qismində çıxış etməmiş, yalnız tərəflər arasında vasitəçilik funksiyasını yerinə yetirmişdir. İş materialları Cavabdeh1 qızıl-zinət əşyalarını öz mülkiyyətinə qəbul etdiyini və ya onların dəyərinin ödənilməsi üzrə öhdəlik götürdüyünü təsdiq etmir. Bu hal iş materiallarında mövcud olan səs yazıları, tərəflərin izahatları və faktiki hallar əsasında təsdiqini tapmışdır. Bu səbəbdən, eləcə də iddia tələbi sonuncuya münasibətdə iddiaçı tərəfindən müdafiə edilmədiyindən iddia tələbinin onun barəsində təmin edilməsi istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bununla da, məhkəmə hesab edir ki, qalıq 7130 manat məbləğində pulu İddiaçı qaytarmamaqla, Cavabdeh2 nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini kobud şəkildə pozduğuna görə, İddiaçı Cavabdeh2 öz pulunu geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə Bu Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 7130 manat məbləğində pul, həmçinin hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 325 manat xərcin və iddia tələbi üzrə ödənilmiş 92 manat dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 7130 (yeddi min yüz otuz) manat məbləğində pul, həmçinin hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 325 (üç yüz iyirmi beş) manat xərcin və iddia tələbi üzrə ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-661/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-661/2025
02.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver