Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-879/2025 21.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu iddiaçılar İddiaçı2, İddiaçı6, Nümayəndə, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh3 Qüdrət oğluna, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı "torpaq sahələrinin naturada bölünməsi" tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyənetdim: Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(059)-805/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı6, Nümayəndə, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh3 Qüdrət oğluna, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı "torpaq sahələrinin naturada bölünməsi" tələbinə dair iddia ərizəsini bu ərizənin iddiaçıların nümayəndəsi, eləcə də iddiaçı Nümayəndə tərəfindən imzalanmasına baxmayaraq, sonuncuya, İddiaçı3 tərəfindən verilmiş etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi qeyd edilsə də, digər iddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş etibarnamələrdə bu hüquq xüsusi göstərilməmiş, beləliklə, sonunculara münasibətdə iddia ərizəsinin buna hüququ olmayan nümayəndə tərəfindən imzalandığı müəyyən edildiyinə görə icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçılar İddiaçı2, İddiaçı6, Nümayəndə, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Siyəzən Rayon Məhkəməsinin sözügedən qərardadında göstərilən nöqsanların bir qismini aradan qaldırsalar da, qalan hissələrdə aradan qaldırmamış və yenidən cavabdehlər Cavabdeh3 Qüdrət oğluna, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı "torpaq sahələrinin naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, hazırkı iddia ərizəsində də, bu ərizənin iddiaçıların nümayəndəsi, eləcə də iddiaçı Nümayəndə tərəfindən imzalanmasına baxmayaraq, sonuncuya, İddiaçı3 ilə yanaşı, İddiaçı2, İddiaçı6 tərəfindən verilmiş etibarnamələrdə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsi qeyd edilsə də, digər iddiaçılar İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş etibarnamələrdə bu hüquq yenə də xüsusi göstərilməmiş, beləliklə, sonunculara münasibətdə iddia ərizəsinin buna hüququ olmayan nümayəndə tərəfindən imzalandığı müəyyən edilmişdir. Eyni zamanda, ərizəyə əlavə edilmiş 100 manat dövlət rüsumunun ödənilməsinə dair **********30 nömrəli qəbzin elektron sistem vasitəsilə başqa mülki iş üzrə (2(059)-805/2025 saylı) artıq istifadə olunduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Bu Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Sözügedən Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılara izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı2, İddiaçı6, Nümayəndə, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh3 Qüdrət oğluna, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı "torpaq sahələrinin naturada bölünməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-879/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-879/2025
21.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver