Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-107/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qanunsuz hərəkətlərin qarşısının alınması və tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "qanunsuz hərəkətlərin qarşısının alınması və tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı evin 9/20 hissəsi Cavabdeh, 11/20 hissəsi isə iddiaçının paylı mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı № ******* saylı çıxarış verilmişdir. Cavabdeh iddiaçının kürəkənidir. Cavabdehlə aralarında olan razılığa əsasən evi aralarında faktiki olaraq bölmüşlər. Lakin sonradan o, öz evi üçün hasar çəkdi, həmin hasar iddiaçının evinin altını da zəbt eliyib, hətta otağının pəncərəsini belə aça bilmir. Buna görə hər gün söz söhbətləri olur. Bununla əlaqədar olaraq həmin özbaşına tikilərək iddiaçının yaşayışına çətinlik törədən hasarın sökülməsini istəyir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, ünvan 1 ünvanında yerləşən evin aşağısını zəbt edən hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir, iddiaçı həm dayısı, həm də qayınatasıdır. İddiaçı ilə aralarında mənzilə dair bölgü olmuşdur və həmin bölgü hər ikisinin razılığı ilə baş tutmuşdur. Həmçinin qeyd edir ki, aralarında olan razılaşma ilə bağlı əlyazma da mövcuddur. O, 1 ildir ki, mübahisələndirilən mənzildə yaşayır. İddiaçı ilə aralarında mübahisələndirilən mənzilə dair razılıq olmamışdan əvvəl həmin mənzilin aralarında bölünməsi üçün başqa ərazidə ona məxsus olan pay torpağından imtina etmiş və həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. İddiaçı isə sözügedən torpaq sahəsini sataraq, əldə olunan pulu şəxsi istifadəsi üçün xərcləmişdir. İddiaçının qızı ilə də şəxsi münasibətləri yaxşı deyil. Həmçinin qeyd edir ki, iddiaçı ilə qohumluq əlaqələri vardır. İddiaçının ailəsində olan problemlərlə bağlı çəkilən hasarın sökülməsinə razı deyildir. Evlə bağlı onlara ayrı-ayrılıqda sənəd verilməsi üçün aidiyyatı orqanlara müraciət etmişlər, lakin sənəd verilməmişdir. Bundan sonra iddiaçı ilə razılığa gəlmişlər o şərtlə ki, əlavə 0,02 ha olan torpaq sahəsi iddiaçının xeyrinə satılsın və sözügedən əmlak əlyazmada qeyd edildiyi kimi aralarında bölünsün. Əgər mübahisələndirilən hasar qanunsuz olsa idi, bu zaman daha əvvəl sökülərdi. Hətta hasar inşa edilən zaman iddiaçı özü də hasarın inşa edilməsinə köməklik göstərmişdir. Əlavə olaraq da qeyd edir ki, hasar sökülsə belə, aralarında olan mübahisə bitməyəcək. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan əlyazmadan görünür ki, İddiaçı H.Z.Tağıyev qəsəbəsi, ev 92 ünvanında yerləşən evdən ona və bacısı oğlu Cavabdeh aid olan evi aralarında razılaşıb bölürlər. Evin ikinci mərtəbəsi, altında olan birinci mərtəbəsi, birinci mərtəbədə olan qaraj və qarajın qabağına (tinə) qədər olan həyətyanı torpaq Ruslana, ikinci mərtəbə (qarajın üstü olan böyük otaq), balaca otaq və həyətin qabağı ona qalacaq. Onun bu qərarı ilə ailə üzvləri də razıdır. Bu qərarını imzası ilə təsdiq edir. Orada tikiləcək əlavə otaqlara etiraz etmir. X4 qeyd olunan evin bölünməsinə etiraz etmir, imzası ilə təsdiq edir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı paylı mülkiyyət hüququ üzrə X5 (0,02 ha torpaq sahəsi və fərdi evin 20,8 kv.m yaşayış, 41,3 kv.m köməkçi sahəsi), Cavabdeh (0,02 ha torpaq sahəsi və fərdi evin 28,0 kv.m yaşayış, 94,9 kv.m köməkçi sahəsinin 9/20 hissəsi), İddiaçı (0,04 ha torpaq sahəsi və fərdi evin 28,0 kv.m yaşayış, 94,9 kv.m köməkçi sahəsinin 10/20 hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində **********55-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1320/2022 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı Sumqayıt şəhəri, X7 qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı evdən 9/20 hissədə olan payının naturada ayrılması barədə iddiasının təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.
9. Həmin qətnamədən görünür ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1375 saylı rəyinə əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1.,2.2.,2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
10. İş materiallarında olan “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ Təhqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin X3 həkim-laborantı, Abdullayeva Püstəxanım və xəbərdaredici sanitariya nəzarəti bölməsinin mühəndisi Kərimov Əziz Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2(060)-5089/2023 nömrəli qərardadın icra olunması məqsədilə Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Dənizçi küçəsi 92 saylı evin 11/20 hissəsində xx.xx.2023-cü il tarixində laborator müayinələr aparılmasını həyata keçirilmişdir. Müayinələr İddiaçı yaşadığı mənzilin yataq otağında aparılmışdır.Yataq otağının pəncərəsi açıq və bağlı vəziyyətdə olduqda 0,00 m/s, işıqlanma 79 Lk olmuşdur. “Здания жилые и общественные. Параметры микроклимата и помещениях” ГОСТ 30494-2011-ə əsasən yataq otağında hava cərəyanının norması 0,2 m/s artıq olmamaq “Естественные и искуственные освещение” МСН 2.04-05-95-э (СНиП 23- 05-95) yataq otaqmda işıqlanmanın norması 150Lk-dur. Nəticə: Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Dənizçi küçəsi 92 saylı evin 11/20 hissəsində İddiaçı məxsus mənzilin yataq otağında aparılmış müayinələrin göstəricilərinə əsasən hava cərəyanının surəti normaya uyğundur, işıqlanma tələb olunan normadan azdır. Cavabdeh məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi 92 (9/20) hissədə tərəflərin həyətlərini ayıran ara divarın mövcudluğu İddiaçı məxsus fərdi yaşayış evinin istismarına hər-hansı maneəçilik törədilməsi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin səlahiyyətləri çərçivəsində deyil.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7576 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında tədqim olunmuş torpaq sahəsində fərdi yaşayış evinin və hasar tikilisinin inşa olunduğu müəyyən edilmişdir. Lakin tikinti işlərinin kimin tərəfindən aparılmasının müəyyən edilməsi mühəndis-texniki ekspertizaları şöbəsinin həll ediyi məsələlər dairəsinə aid deyildir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq layihə və texniki sənədlər təqdim olunmadığına görə, həmin fərdi yaşayış evinin inşasının tikinti norma və qaydalarına uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Həmçinin torpaq sahəsində inşa olunmuş 6,2 metr uzunluğunda mübahisəli hasar tikilisinin hündürlüyünün 2,8 metr olduğunu nəzərə alaraq, həmin hasar tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən, iddiaçı və cavabdehin faktik istifadəsində olan torpaq sahələrini ayıran 6,2 metr uzunluğunda, 2,8 metr hündürlüyündə, mişar daşından inşa olunmuş ara divarının (hasarın) inşa edildiyi müəyyən edilmişdir. Lakin həmin hasarın iddiaçıya hər hansı maneəçiliyinin olub-olmamasının müəyyən olunması mühəndis-texniki ekspertizaları şöbəsinin həll ediyi məsələlər dairəsinə aid deyildir. Həmçinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-in mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Dənizçi küçəsi, 92 saylı evin İddiaçı faktiki istifadəsində olan yataq otağında hava cərəyanının surətinin normaya uyğun olduğu, işıqlanmanın isə tələb olunan normadan az olduğu müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 tərəflərin paylı mülkiyyətindədir. Hazırda həmin ünvanda tərəflərin fərdi yaşayış evlərini ayıran hasar mövcuddur. İddiaçı həmin ünvanda yerləşən hasarın sökülməsini tələb edir, cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
18. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
20. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında tədqim olunmuş torpaq sahəsində fərdi yaşayış evinin və hasar tikilisinin inşa olunduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq layihə və texniki sənədlər təqdim olunmadığına görə, həmin fərdi yaşayış evinin inşasının tikinti norma və qaydalarına uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Həmçinin torpaq sahəsində inşa olunmuş 6,2 metr uzunluğunda mübahisəli hasar tikilisinin hündürlüyünün 2,8 metr olduğunu nəzərə alaraq, həmin hasar tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən, iddiaçı və cavabdehin faktik istifadəsində olan torpaq sahələrini ayıran 6,2 metr uzunluğunda, 2,8 metr hündürlüyündə, mişar daşından inşa olunmuş ara divarının (hasarın) inşa edildiyi müəyyən edilmişdir. Lakin həmin hasarın iddiaçıya hər hansı maneəçiliyinin olub-olmamasının müəyyən olunması mühəndis-texniki ekspertizaları şöbəsinin həll ediyi məsələlər dairəsinə aid deyildir. Həmçinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-in mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Dənizçi küçəsi, 92 saylı evin İddiaçı faktiki istifadəsində olan yataq otağında hava cərəyanının surətinin normaya uyğun olduğu, işıqlanmanın isə tələb olunan normadan az olduğu müəyyən edilmişdir.
21. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
23. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
24. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
26. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
27. Belə ki, ekspertin rəyinin digər sübutlarla (video-görüntünü özündə əks etdirən disk) birgə qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, qeyd olunan hasarın (ara divarın) mövcud olması, istifadə edilməsi iddiaçıya, onun əmlakına, səhhətinə və s. maraqlarına heç bir təhlükə törətmir. Hasarın (ara divarın) mövcudluğu iddiaçının mənafeyinə xələl gətirmir.
28. Lakin ekspert rəyindən də görünür ki, həmin mübahisəli hasarın (ara divarı) hündürlüyü 2,8 metrdir.
29. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən: -73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. -73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. - 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. - 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
30. Göründüyü kimi qanunvericilikdə hasarın hündürlüyünün 2 metr 20 santimetrdən çox olmaması qeyd edilsə də, hazırda mübahisələndirilən hasarın hündürlüyü 2 metr 80 santimetrdir.
31. Həmçinin, iddiaçı tərəf tələbində mübahisəli hasarın evinin altını zəbt etdiyini, otağın pəncərəsini aça bilmədiyini bildirsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır.
32. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hasar ilə bağlı iddiaçının tələbində cavabdehin inşa etmiş olduğu hasarın qanunsuz olması bildirilsə də, bu qanunsuzluğun nədə öz əksini tapması da iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.
33. Məhkəmə, tərəflərin paylı mülkiyyətçi olmalarını, hazırda münasibətlərinin gərgin olduğunu nəzərə alaraq qeyd edir ki, tərəflərin yaşayış evlərinin birinin-digərindən ayrılması (təcrid olunması) üçün şərait mövcuddur, həmçinin bu ümumi əmlakın fiziki bölgüsünün mütləq şərtlərindən biridir.
34. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
35. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
38. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
39. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən evin aşağı hissəsini zəbt edən 2 metr 80 santimetr hündürlüyündə hasarın 60 santimetr hissəsi Cavabdeh hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən evin aşağı hissəsini zəbt edən 2 metr 80 santimetr hündürlüyündə hasarın 60 santimetr hissəsi Cavabdeh hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva