Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-114/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı2, İddiaçı X2 qəyyumu İddiaçı1 iştirakı ilə, İddiaçı2 və iddiaçı X2 qəyyumu İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyət üzərində real bölgünün aparılması mümkün olmadıqa isə açıq hərrəcdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixində iddiaçılar İddiaçı2 və X2 qəyyumu İddiaçı1 cavabdehlər Cavabdeh1 və X8 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54.60 kv.metr olan mənzilin iddiaçılara məxsus 7/18 hissəsinin (ümumi 14/18 hissəsinin), cavabdehlərə məxsus 2/18 hissəsinə (ümumi 4/18 hissə) dair müəyyən olunmuş paylar üzərində real bölgünün aparılmasını, real bölgünün aparılması mümkün olmadıqa isə açıq hərrəcdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsinə dair, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.metr olan fərdi yaşayış evinin iddiaçılara məxsus 7/18 hissəsinin (ümumi 14/18 hissə), cavabdehlərə məxsus 2/18 hissəsinə (ümumi 4/18 hissə) dair müəyyən olunmuş paylar üzərində real bölgünün aparılmasını, real bölgünün aparılması mümkün olmadıqa isə açıq hərrəcdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində iddiaçıların vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54.60 kv. metr olan mənzilin iddiaçılara məxsus 7/18 hissəsinin (ümumi 14/18 hissəsinin), Cavabdeh1 məxsus 2/18 hissəsinə dair müəyyən olunmuş paylar üzərində real bölgünün aparılmasını, real bölgünün aparılması mümkün olmadıqa isə açıq hərrəcdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsinə dair, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.metr olan fərdi yaşayış evinin iddiaçılara məxsus 7/18 hissəsinin (ümumi 14/18 hissə), Cavabdeh1 məxsus 2/18 hissəsinə dair müəyyən olunmuş paylar üzərində real bölgünün aparılmasını, real bölgünün aparılması mümkün olmadıqa isə açıq hərrəcdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 və iddiaçı X2 qəyyumu İddiaçı1 xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək hazırda xx.xx.2022-ci il tarixli iddia ərizəsinin əsas götürülməsini və cavabdeh X5 hüquqi varisi Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54.60 kv. metr olan mənzilin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.metr olan fərdi yaşayış evinin 7/18 hissəsi (cəmi 14/18 hissə) İddiaçı2 və X3 məxsusdur. Belə ki, həmin mənzil və fərdi yaşayış evinə dair paylar müəyyən olunaraq hər birinə müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış onlara təqdim edilmişdir. Sözü gedən mənzil və fərdi yaşayış evi üzərində hər bir mülkiyyətçinin müəyyən olduğundan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54.60 kv. metr olan mənzilin və eyni zamanda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.metr olan fərdi yaşayış evinin satışını həyata keçirmək üçün ilk olaraq cavabdehlərə müraciət etmiş, İddiaçı2 və X3 məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54.60 kv. metr olan mənzilin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.metr olan fərdi yaşayış evinin 7/18 hissəsinin (cəmi 14/18 hissə) ümumilikdə 500000 (beş yüz min) manat məbləğində pulun iddiaçılara ödənilməsi halında əmlakın cavabdehlərə satılması təklif etmişlər. Belə ki, qanunun tələbinə müvafiq olaraq, sözü gedən mənzil və fərdi yaşayış evi üzərində hər birinin mülkiyyət hüquqları olduğundan həmin əmlakların satışa çıxarıla bilməsi üçün ilkin olaraq digər paylı mülkiyyətçiyə bildiriş göndərilməli, əks halda tərəflərindən razılıq verilmədiyi, payın satın alınmasından imtina olunduğu təqdirdə mənzilin, fərdi yaşayış evinin real bölgünün müəyyən edilməsi, üçüncü şəxslərə satılması üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi və mənzilin satışı üçün ilkin olaraq cavabdehlərə müraciət edilsə də, 45 gün ərzində müraciətlərinə dair hər hansı bir cavab verilməmişdir. Qanunvericiliklə müəyyən olunmuş müddət tərəflərindən gözlənildiyindən, eyni zamanda bu müddət ərzində cavabdehlə razılıq əldə olunmadığından daşınmaz əmlak üzərində real bölgünün aparılması üçün ədalət mühakiməsini həyat keçirən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54.60 kv. metr olan mənzil Cavabdeh1 faktiki istifadəsindəsir. Belə ki, iddiaçılar mülkiyyətçi olsalar da həmin mənzildən mülkiyyətçi kimi istifadə edə bilmirlər. Onların qanunvericiliklə müəyyən olunmuş hüquqları kobud surətdə pozulmuşdur. İddiaçıların sözü gedən mənzildə valideynlərinə dair xatirələrim var. Onlar valideynlərini erkən yaşda itirdiklərindən ailə modelini məhz onlarla birlikdə xoş vaxt keçirdikləri mühitdə formalaşdıra bilirlər. Bütün yuxarıda göstərilənləri əsas götürərək, pozulmuş hüquqularının bərpası üçün məhkəməyə müraciət edir, Sumqayıt şəhəri, 3- cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54.60 kv. metr olan mənzilin iddiaçılara məxsus 7/18 hissəsinin (ümumi 14/18 hissəsinin) (ümumi 14/18 hissə), cavabdehlərə məxsus 2/18 hissəsinə (ümumi 4/18 hissə) dair müəyyən olunmuş paylar üzərində real bölgünün aparılması, real bölgünün aparılması mümkün olmadıqa isə açıq hərrəcdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsini və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv.metr olan fərdi yaşayış evinin iddiaçılara məxsus 7/18 hissəsinin (ümumi 14/18 hissə), cavabdehlərə məxsus 2/18 hissəsinə (ümumi 4/18 hissə) dair müəyyən olunmuş paylar üzərində real bölgünün aparılmasını, real bölgünün aparılması mümkün olmadıqa isə açıq hərrəcdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsini qanunauyğun hesab edirlər. İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçı X2 qəyyumu İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 atası X6, anası X7r. AZ-İ №775923 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixində travmatik şok səbəbindən ölmüşdür. AZ-İ №742920 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixində travmatik qanaxma səbəbindən ölmüşdür. xx.xx.2015-ci il tarixli, 172 saylı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının surətindən görünür ki, İddiaçı1 xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü X3 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ziyadov küçəsində yerləşən 9 saylı evin mülkiyyətçisi 7/18 hissədə X9, 2/18 hissədə X11 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2020), 7/18 hissədə İddiaçı2 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2020), 2/18 hissədə Cavabdeh1dur (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2019). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (Yeni qaydalarla: AZ 5006, Sumqayıt şəhəri, Sumqayıt şəhəri ərazi vahidi, Heydər Əliyev prospekti, 266, M12, m 4-ün mülkiyyətçisi 7/18 hissədə X9, 2/18 hissədə X11 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2020), 7/18 hissədə İddiaçı2 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2019), 2/18 hissədə Cavabdeh1dur (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2019). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1808 №-li ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil4) ünvanında yerləşən mənzilin planlı yerləşməsini, o cümlədən 12 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş- çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir bir sanitar qovşaq olduğunu, mətbəx tikilisinin olmadığını, payçıların sayını və payçıların paylarına uyğun sahələrin olmadığını nəzərə alaraq həmin mənzilin payçıların paylarına uyğun naturada bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin planlı yerləşməsini, tikilinin inşa olunduğu torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən yol ilə əhatə alındığını, yaşayış və yardımçı otaqlarının, payçıların sayını, payçıların payına uyğun tikililərin olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehlərə ünvanlanan pretenziya məktubundan görünür ki, iddiaçılar cavabdehlərə müraciət edərək əmlaklarda olan paylarını onlar tərəfindən alınmasını təklif etmişlər. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisindən alınmış sənədlərdən görünür ki, X5 qızı Muradova İrada mirasın ona çatası hissəsindən imtina etmişdir. xx.xx.2023-cü il tarixli, 8V-287/xx.xx.2023 saylı ərizədən görünür ki, X1 Natella Sultan qızından qalmış mirası qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlaklar tərəflərin paylı mülkiyyətindədir. Əmlakların naturada bölgüsü mümkün olmamış, iddiaçıların öz payının dəyərinin ödənilməsi təklifinə, cavabdehlər cavab verməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətində olan əmlakların açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin adlanılmasına riayət olunduğundan əsaslıdır. Belə ki, iddia maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilən hüquqi mövqenin şərtlərinə cavab verir. Azərbaycan Resoublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 23, mənzil 44 (yeni qaydalarla: Sumqayıt şəhər ərazi vahidi, H.Əliyev prospekti, 266, M12, mənzil 4) ümumi sahəsi 54,60 kv., metr olan mənzilin naturada bölgüsü mümkün olmadığından həmin mənzil açıq hərrəcdan satılsın, satışdan əldə olunmuş məbləğ paylara mütənasib, yəni İddiaçı2 7/18, iddiaçı X3 7/18, Cavabdeh1 2/18 və Cavabdeh2 məxsus 2/18 hissəsinə uyğun bölünsün. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107 kv., metr olan fərdi yaşayış evinin naturada bölgüsü mümkün olmadığından həmin ev açıq hərrəcdan satılsın, satışdan əldə olunmuş məbləğ paylara mütənasib, yəni İddiaçı2 7/18, iddiaçı X3 7/18, Cavabdeh1 2/18 və Cavabdeh2 məxsus 2/18 hissəsinə uyğun bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-114/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-114/2023
24.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver