Məhkəmə qərarları › İş №e-2(060)-1176/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1176/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1176/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4596 manatın və ödənilmiş 66 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Məhəmməd Əsədov adına X2 Tipli Gimnaziyada riyaziyyat müəllimidir. Cavabdeh iddiaçı ilə eyni məktəbdə ingilis dili müəllimidir. 2014-cü ildə cavabdeh iddiaçıdan öz adına bankdan kredit götürüb ona verməsini xahiş etmişdir. Aralarındakı münasibətlər normal olduğundan iddiaçı cavabdehlə razılaşmış və xx.xx.2014-cü ildə "xxxx"dan illik 26% olmaqla 4000 manat kredit götürüb cavabdehə vermişdir. Aralarındakı razılığa əsasən hər ay cavabdeh həmin pul özü banka ödəməli olmuşdur. O, ödənişləri ödəmədiyi üçün iddiaçının əmək haqqından 36 ay müddətində hər ay 161 manat olmaqla cəmi 5796 manat tutularaq banka olan borc tam olaraq ödənilmişdir. O, həmin puldan 1200 manatı iddiaçıya qaytarmışdır. Hazırda onun iddiaçıya 4596 manat borcu var. Hər dəfə borcunu qaytarması üçün cavabdehə müraciət etdikdə o, müxtəlif bahanələr gətirərək iddiaçıya olan borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı xx.xx.2014-cü ildə "xxxx" ASC-dən 4000 manat kredit götürərərək cavabdehə vermişdir. Aralarındakı razılığa əsasən cavabdeh aylıq ödənişləri özü banka ödəməli olmuşdur. Lakin cavabdeh borcu ödəmədiyi üçün faiz borcları ilə birlikdə 5796 manat iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin puldan 1200 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Hazırda qalan 4596 manat cavabdehdən tələb edilir. Qətnamə çıxarılarkən bu xüsusatların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, iddiaçı və cavabdehin hər iksiini tanıyır. Belə ki, onlar eyni məktəbdə müəllimdirlər. Cavabdeh iddiaçıdan 2014-cü ildə pul almışdır ki, həmin pulu iddiaçı bankdan götürüb ona vermişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. Cavabdehin onun özünə də borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, iddiaçı onun övladının müəlimidir. Cavabdeh iddiaçıdan borc almış, bugünədək qaytarmamışdır. Məhkəmə, iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin sumqayıt filialından Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 238 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində rəsmiləşdirilmiş 4000 manat məbləğli 126GTUM143330002 saylı kredit müqaviləsi xx.xx.2017-ci il tarixində tam bağlanmışdır. Bu dövr ərzində əsas və faiz borcu üzrə ümumi olaraq 6145,50 manat ödəniş edilmişdir. Cari tarixə həmin müqavilə üzrə aktiv kredit borcu yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh eyni məktəbdə müəllimdirlər. 2014-cü ildə cavabdeh iddiaçıdan öz adına bankdan kredit götürüb ona verməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-dən xx.xx.2014-cü ildə 4000 manat kredit götürərək iddiaçıya vermişdir. Cavabdeh həmin kredit üzrə əsas borcu ona hesablanmış faizləri özü ödəyəcəyi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə düşən öhdliyi yerinə yetirməmişdir. Banka olan borc cavabdeh tərəfindən ödənilmədiyindən, həmin kredit iddiaçı tərəfindən götürüldüyündən, borc məbləği iddiaçının əmək haqqına yönəldilmişdir. xx.xx.2017-ci ildə banka olan borc iddiaçı tərəfindən tamolaraq bağlanılmışdır. Bu dövr ərzində kredit müqaviləsinə əsasən əsas və faiz borcu üzrə ümumi olaraq 6145,50 manat təşkil etmiş və bu məbləğ tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. Həmin məbləğin 1200 manat hissəsi cavabdeh tərəfindən geri qaytarılmış, qalan 4945,5 manat ödənilməmişdir. Hazırda iddiaçının cavabdehə olan tələbi 4596 manatdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4596 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 4596 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 66 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4596 manat borc və 66 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar