Məhkəmə qərarları › İş №e-2(060)-1324/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1324/2025

25.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1324/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sağlamlığına vurulmuş zərərə görə Cavabdehndən 70.000 (yetmiş min) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət iddiaçının təşəbbüsünü rəhbər tutaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə (iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir) əsaslanaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının vəkili iddiaçının təşəbbüsünü rəhbər tutaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsaslanaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunan maddədə həmçinin göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki halda iddiaçı və onun nümayəndəsi Sumqayıt şəhərində və ətraf rayonarda böyük nüfuza sahib olan, qanuni şəkildə fəaliyyətini təşkil edərək, müvafiq qaydada lisenziya almaqla minlərlə vətəndaşa praktiki tibbi xidmət göstərən "UNİKAL" Klinikasının işgüzar nüfuzuna mənfi təsir göstərir, gələcəkdə də belə bir iddia ilə cavabdehə qarşı yenidən bu cür əsassız iddialar qaldırmasının qarşısını almaq məqsədi ilə Məhkəmədən ərizəni təmin etməyərək işə mahiyyəti üzrə baxaraq qanuna müvafiq qaydada qərar qəbul etməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə ərizə ilə yenidən məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin və cavabdehin nümayəndəsinə bildirir ki, cavabdehlə heç bir barışıq yoxdur, sadəcə cavadehin vəkil və nümayəndəsi MPM-in 52-ci maddəsinin tələblərini MPM-in 259-cu maddəsinin tələbləri ilə uyğunlaşdırmağa çalışmışdır. Məlumat üçün qeyd edir ki, o, ərizə ilə müraciət edərək bildirib ki, iddiaçının təşəbbüsü ilə iddiadan imtina edir. Bu halda məhkəmə qərardadı MPM-in 52 maddəsinə uyğun olaraq qəbul edir. Həmin ərizədə o, MPM-in 152 və 259-cu maddələrinə istinad etməyib. Həmçinin bildirmək istəyir ki, gələcəkdə də cavabdeh Unikal Klinikaya qarşı bir iddiaları olamayacaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 bildirdi ki, ərizəsində bütün halları ətraflı qeyd etmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə ərizənin təmin edilməməsini xahiş edir. Аzərbaycan Рespublikası МPМ-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq, həmçinin iddiaçının iddiadan imtinası barədə ərizəni və işin digər materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin, o cümlədən cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Аzərbaycan Рespublikası МPМ-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçıya izah edir ki, iddiadan imtina edilməsi gələcəkdə eyni tərəfə qarşı, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət etməyə mane olur. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Respublikası МPМ-in 261.0.4; 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar