Məhkəmə qərarları › İş №e-2(060)-1385/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1385/2024

08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1385/2024 08.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı köşkün götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən “Kompüter Xidmətləri” ilə məşğul olan obyektin qarşısına qanunsuz quraşdırılmış köşkün götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 09:15-ə təyin edilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini nəzərə alaraq məhkəmə iclasının digər vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə sorğu edilmiş, İddiaçı sərhədkeçmə məlumatlarından onun sonuncu dəfə xx.xx.2019-cu il tarixində Respublikanı tərk etdiyi və xx.xx.2019-cu il tarixdə qayıtdığı məlum olmuşdur. Göründüyü kimi iddiaçı hazırda Azərbaycan Respublikası ərazisindədir. Buna baxmayaraq nümayəndəsi və vəkili ərizəsində iddiaçının ölkə xaricində olmasını qeyd edir. İddiaçının məhkəmə iclasında iştirak etməməsi üçün üzürlü səbəblər yoxdur, həmçinin iddiaçının nümayəndəsi və vəkilinin olduğu halda həmin nümayəndədə heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı köşkün götürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı köşkün götürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar