Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1432/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1400 ABŞ dollarının manata məzənnəsi ilə 2380 (iki min üç yüz səksən) manat pulun, həmin pula 2023-cü il yanvar ayından bank uçot dərəcəsinə görə (8,5%) hesablanmış 202,30 (iki yüz iki manat otuz qəpik) manat faizin, ödənilmiş 51,0 (əlli bir) manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun Cavabdeh alınaraq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı xx.xx.2021-ci il tarixində Cavabdeh 3000 ABŞ dolları manata məzənnə ilə borc pul vermişdir. Bu barədə Cavabdeh ilə aralarında borc müqaviləsi bağlanmışdır. Cavabdeh həmin məbləği borc aldığını öz imzası ilə təsdiq etmişdir. Hal-hazırda Cavabdeh həmin məbləğdən 1400 ABŞ dolları manata məzənnə ilə borcu ödəməmişdir. Pulu ödəmədiyinə görə iddiaçı, cavabdeh barəsində tədbir görülməsi üçün 2023-cü ilin fevral ayının 07-də ərizə ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin 17 fevral 2023-cü il tarixdə işin mülki xarakterli olması ilə əlaqədar “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı qəbul edilmişdir. Yenə də iddiaçının tələblərindən sonra cavabdehin əri X5 iddiaçıdan polisə şikayət etmiş və onun hərəkətlərində cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” 17 iyun 2023-cü il tarixli qərar qəbul olunmuşdur. Cavabdeh borclu qaldığı məbləği ödəmədiyindən iddiaçıya əlavə olaraq maddi ziyan vurmuşdur. 2023-cü ilin yanvar ayından həmin məbləği ödəmir. 1400 ABŞ dolları manata məzənnə ilə 2380 manat edir. Həmin məbləğə dəymiş maddi ziyan həmin dövrün bank uçot dərəcəsinə uyğun olaraq hesablanmalıdır. Cavabdeh dəfələrlə tələb etməyinə baxmayaraq iddiaçıya olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etməyə məcbur olur. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, təxminən 2017-ci ilin avqust ayından 2021-ci ilin sonlarına qədər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək təndirxana kimi işlətmişdi. İki il əvvəl təndirxanaya gəlib işçilərinə qazan xörəkləri sifariş verən Eldarı tanımışdı. 2021-ci ilin oktyabr ayının əvvəllərində Eldar özü ona müraciət edərək özünü onlara şərik etməklərini təklif edib, təndirxanada əlavə manqal və masalar qoyulması üçün onlara 5000 manat verəcəyini təklif etdikdə onunla razılaşmışdır. Eldar 5000 manat verəcəyi halda hər ay ona 750 manat pul verəcəyini təklif etdikdə də onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Eldar təndirxanaya gələrək ona 5000 manatın ekvivalenti olan 3000 ABŞ dolları məbləğində pul vermiş və əvvəlcə borc pul verməsini notarius vasitəsilə təsdiq olunmasını təklif etdikdə onunla razılaşsa da, sonradan bu barədə ona yazılı qəbz yazdırmaqla kifayətlənmişdi. Bundan sonra o, üç ay ərzində hər ay Eldara 750 manat olmaqla cəmi 2250 manat pul ödəmişdi. 2021-ci ilin dekabr ayının sonlarında obyektdən xeyir götürə bilmədiyindən obyekti təhvil vermiş, buna görə də sonralar üç dəfə qonşuluqda meyvə satan adın bilmədiyi cavan oğlan vasitəsilə 300 manat olmaqla ümumilikdə Eldara 900 manat, bir dəfə kolbasa satan oğlan vasitəsilə 300 manat, bir dəfə isə Eldarın özünə 750 manat pullar ödəmişdi. Bundan başqa ödəmə terminalı vasitəsilə bir dəfə 200 ABŞ dolları, bir dəfə isə 170 manat pulu Eldarın hesab nömrəsinə göndərmişdir. Beləliklə də Eldara ümumilikdə 4710 manat pullar ödəsə də son söhbətlərində ona cəmi 290 manat borclu qaldığına baxmayaraq hissə-hissə 500 ABŞ dollarını ödəyəcəyini vəd etsə də Eldar əvvəlcə onunla razılaşmış, lakin sonradan gecə saatlarında zəng edərək əgər pulları tam olaraq ona ödəməsə ondan polisə şikayət edib iki qat xərcə salacağı ilə onu hədələmişdi. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. O, borcunu tam olaraq iddiaçıya ödəmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərəflər arasında tərtib olunmuş “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı ilə borc müqaviləsi bağlayır ondan ötəri ki, o, 3000 ABŞ (üç min ABŞ dolları) götürmüşdür və 1 ay əvvəlcədən xəbərdarlıq edilərək geri ödəniləcəyini öz imzası ilə təsdiq etmişdir. İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə tanıdığı Cavabdeh birgə iş qurmaq adı ilə 3000 ABŞ dolları məbləğində pul vermiş, lakin Samirə ona qarşı dələduzluq edərək pullarını mənimsəməsi barədə şikayət ərizəsi əsasında qeyd olunan faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X4 ünvan 2 ünvanda yerləşən “AZZA” mağazasının qarşısında əvvəlcədən tanıdığı İddiaçı ilə aralarında borc pul məsələsi ilə əlaqədar olaraq yaranmış mübahisə zamanı sonuncu söhbət zamanı əlində olan qaz balonu ilə onun sifət nahiyəsinə qaz püskürdərək hər iki gözünə xəsarət yetirilməsi barədə şikayət ərizəsi əsasında qeyd olunan faktda X2 əməlində cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə 200 manat ödəniş etmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu tam ödəməsini bildirsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı 2023-cü il yanvar ayından bank uçot dərəcəsinə görə (8,5%) hesablanmış 202,30 (iki yüz iki manat otuz qəpik) manat faizin cavabdehdaən tutulması hissəsində təmin etmir. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsində tərəflər arasında belə bir bənd qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə hüquqi yardıma görə vəkilə ödənilmiş hüquqi yardımın yarısının əvəzi kimi, yəni 200 (iki yüz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2380 (iki min üç yüz səksən) manat, ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun alınaraq iddiaçı - İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-1432/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1432/2024
01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver