Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1476/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh «xxxx» MMC-ə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən diş klinikasının fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində dəymiş 15.000 manat maddi, 5.000 manat mənəvi zərər, eləcə də 30 manat dövlət rüsumunun tutularaq onaverilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin aprel ayında çənə sümüyündə əmələ gəlmiş ağrı ilə bağlı “xxxx” MMC-yə məxsus diş klinikasına müraciət etmişdir. Həkimlər müayinədən sonra ona bildirmişdir ki, ən əlverişli müalicə üsulu kimi hazırda istifadə etdiyi körpü sökülməli, üst və alt dişlər üçün implant dişlərdən istifadə olunmaqla yeni körpülər hazırlanmalıdır. Rentgen çəkilişləri və müvafiq analizlərdən sonra 10 implant (alt və üst hissəsi ilə birlikdə) və 6 diş qapaqlarına görə ümumi razılaşmaya görə ilkin mərhələ üçün 5000 manat ödəməklə implant dişlərin qoyulması əməliyyatına başlanılmasına qərar verilmişdir. Bu müalicənin üç ay ərzində yekunlaşacağı barədə klinika tərəfindən edilən təklifi qəbul etmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1476/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən geri qaytarılmışdır. İddiaçı məhkəmənin qeyd edilən qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İddiaçı iddia tələbi istehlakçı hüquqlarının pozulması barədə olduğuna görə 2(105)-1092/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1476/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilib, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması barədə qərardad qəbul etmişdir. Mülki iş Sumqayıt Şəhər Məhkəməsi tərəfindən icraata götürülmüş və xx.xx.2021-ci il tarixə saat 09.50-ə işin məhkəmədə baxılmağa hazırlanmasına dair iclas təyin olunmuşdur. Məhkəməyə Elektron Kabinet vaitəsilə daxil olmuş vəsatətdən görünür ki, İddiaçı AR MPM-nin 36.9-cu maddəsinə əsasən mülki iş üzrə sonrakı prosessual hərəkətlərin edilməsi məqsədi ilə Şabran Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İş materiallarından görünür ki, İddiaçı ünvanı Şabran şəhəri, M.Ə.Sabir küçəsi, ev 22-dir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 44 və 162-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh «xxxx» MMC-ə maddi və və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-1476/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1476/2021
09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver