Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1479/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh subroqasiya qaydasında iddiaçı «xxxx» ASC-nin xeyrinə 223,02 manatın, ödənilmiş 20,40 manat dövlət rüsumu və bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, **-PN-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam siğortası” növü üzrə siğortalanmışdır. 02.08.2016-cı il tarixdə Cavabdeh **-PN-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtonəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq oğurluq hadisəsi törətmişdir. “ANAR-99” firması tərəfindən verilmiş 03.08.2016-cı il tarixli zərər aktına əsasən həmin avtomobilin təmiri üçün ziyanın ümumi miqdarı 223,02 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin 10 oktyabr 2016-cı il tarixli siğorta aktına əsasən iddiaçı tərəfindən dəymiş ziyana görə 223,02 manat avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərra alınmış və köçürmə həyata keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(060)-1479/2021 saylı qərardadı ilə əlavə araşdırmanın aparılmasına zərurət olduğu müəyyən edilyindən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işə Azərybacan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: 26 avqust 2016-cı il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi” barədə qərarın məzmunundan görünür ki, 02.08.2016-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası DİN-in 102-xidməti zəng mərkəzinə və Sumqayıt şəhər Pl-nin 3-cü PB-yə müraciət edərək 01.08.2016-cı il tarixdən 02.08.2016-cı il tarixə keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən etibarnamə ilə idarə etdiyi “KİA Sorento” markalı **-PN-*** qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan şüşəsini sındırma yolu ilə salonda qabaq ön şüşəyə bərkidilmiş, qiyməti 130.0 manat olan videoregistratorun oğurlandığını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, şərh olunan oğurluq cinayətini xx.xx.1968-cı il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhər, 19-cu məhəllə, Nizami küç 19C ünvanında qeydiyyatda olan Cavabdeh törətmişdir. 10.10.2016-cı il tarixli saylı sığorta aktından görünür ki, sığortalı “xxxx” MMC-yə məxsus ** PN *** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomaşına zərər dəymiş, baş vermiş hadisə sığorta hadisə kimi qiymətləndirilmiş, vurulmuş zərər 223,02 manat məbləğində müəyyən edilməklə həmin məbləğdə sığorta ödənişi ödənilməlidir. 17 oktyabr 2016-cı il tarixli 4857 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən “ANAR-99” firmasının hesabına 223,02 manat məbləğində pul köçürülmüşdür. ANAR-99 firması tərəfindən tərtib olunan 03.08.2016-cı il tarixli, 278 saylı Hesabatfakturadan, görünür ki, ** PN *** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobilin təmiri üçün görülən işlərin məbləği 223,02 manat təşkil etmişdir. Avtonəqliyyat vasitələrinin (kasko) sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı “xxxx” ASC tərəfindən sığortalı “xxxx” MMC-yə məxsus ““**-PN-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobil avtomobil 28.11.2015-ci ildən 27.11.2016-cı il tarixədək sığortalanmışdır. Beləliklə, məhkəmədə müəyyən edilən işin mübahisəsiz halları ilə təsdiq olundu ki, Cavabdeh “KİA Sorento” markalı **-PN-*** qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan şüşəsini sındırma yolu ilə oğurluq əməli törətmiş, avtomobilə maddi zərər dəymiş və vurulmuş zərərin əvəzi olaraq 223,02 manat sığortaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalarının 28.1.8-ci bəndində əsasən avtokasko – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq və s.)risklərin məcmusunü təşkil edir. 29-cu bəndə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 1.2-ci bəndə əsasən Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəyə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 223,02 manat Cavabdeh «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumun əvəzi olaraq 20,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 223,02 (iki yüz iyirmi üç manat, iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,40 (iyirmi manat qırx qəpik) manat iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-1479/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1479/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver