Məhkəmə qərarları › İş №e-2(060)-148/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-148/2022

25.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-148/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226.3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, Sumqayıt şəhəri Səməd Vurğun keçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226.3 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X11 arasında bağlanmış 15.05.2014-cü il tarixli BB GTS-107/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X8 tərkib hissəsi olan 12.04.2016-cı il tarixli K1883 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən, X9 12.05.2018-ci il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla, 282,088 manat məbləğində kredit verilmişdir. K1883 saylı Maliyyələşdirmə üçün Ərizədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226.3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 12.04.2016-cı il tarixli İS1724 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, yüklü edilmişdir. İS1724 saylı Sonrakı İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 15.04.2016-cı il tarixli RX ******* saylı (Reyestr nömrəsi: **********26-05101-083001; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş pul öhdəliyi Borc alan tərəfindən kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Bankın Borc alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Borc alan kredit üzrə borc öhdəliyinin şərtlərini pozmağa başladığı və 12.04.2016-cı il tarixli K1883 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi üçün Bank borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair 04 dekabr 2017-ci il tarixli iddia ərizəsi ilə Ağdam rayon məhkəməsinə müraciət etmişdir. Ağdam rayon məhkəməsinin 05.07.2018-ci il tarixli, 2(013)-106/2018 saylı və Gəncə Apellyasiya Məhkəməsinin 06.12.2018- ci il tarixli 2(104)-4029/2018 qətnamələri ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan məhkəmə qətnaməsinin icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Səməd Vurğun keçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226.3 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin keçirdiyi 18.12.2020-ci il tarixli hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dair 09.06.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, sözügedən qeyri-yaşayış sahəsi hal-hazırda mülkiyyətçi İddiaçı ASCnin sahibliyində deyil və həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. İddiaçının cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq, əmlakı faktiki idarə edən şəxs əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Əmlaka dair mülkiyyət hüququnun İddiaçı ASC-nə məxsus olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqlarının təmin edilməsi məqsədi ilə Cavabdeh istifadəsində olan Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226.3 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya (mülkiyyətçiyə) təhvil verilməlidir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddia tələbini müdafiə etdi. Bildirdi ki, İddiaçı ASC ilə X11 arasında bağlanmış 12.04.2016-cı il tarixli Maliyyələşdirmə üçün Ərizəyə əsasən X9 12.05.2018-ci il tarixədək illik faiz dərəcəsi 25 faiz olmaqla 282088 manat məbləğində kredit verilmişdir. Maliyyələşdirmə üçün Ərizədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 12.04.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Borcalan kredit üzrə borc öhdəliyinin şərtlərini pozmağa başladığı və kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi üçün Bank borcun tutulması, tutulmanın ipoteka predmetlərinə yönəldilməsinə dair Ağdam rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələri ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamənin icrası ilə əlaqədar Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin keçirdiyi 18.12.2020-ci il tarixli hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilmişdir və 09.06.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sözügedən qeyri-yaşayış sahəsi hal-hazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində deyil və həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. Cavabdehə rəsmi müraciət edilmiəsinə baxmayaraq əmlakı faktiki idarə edən şəxs əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən 226.3 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASCnə məxsusdur. - 14 iyul 2021-ci il tarixli daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsinə dair bildirişdən görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1-ci mkr, bina 130/33-də yerləşən ümumi sahəsi 226.3 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq istismarının dayandırılması və 5 gün ərzində əmlakın tam boşaldılaraq İddiaçı ASC-nə təhvil verilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət edilməsi ilə bağlı Cavabdeh xəbərdar edilmişdir. - Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2.3 nömrəli qətnaməsi və 27 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qərardadı ilə iddianın qismən təmin edilməsi, X6 və X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 258744,96 manat əsas borc, 58158,58 manat faiz borcu, 70.000 manat cərimə, cəmi 386.903 (üç yüz səksən altı min doqquz yüz üç) manat 54 (əlli dörd) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 80 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə və X5 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər X7 və X4 İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalan borcun X6 və X2 müştərək qaydada tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 540000 (beş yüz qırx min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən edilməsi, əmlakların açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, aparılmış ekspertiza tədqiqatına görə X6, X2, Cavabdeh və X3 müştərək qaydada 145 (yüz qırx beş) manat tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın cərimə borcu tələbinin qalan 85529,72 manat hissəsinin rədd edilməsi qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(104)-4029/2018 saylı qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsi cərimə borcunun tutulması ilə bağlı hissədə dəyişdirilmiş, cavabdehlər X11 və X2 müştərək qaydada 50000 manat məbləğində cərimə borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Ağdam Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(013)-106/2018 nömrəli qətnaməsi cavabdehlər X6 və X2 258744,96 manat əsas borc, 58158,58 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, cavabdehlər X11 və X4 əsas borcu 258744,96 manat, faiz borcu 58158,58 manat, cərimə borcu 50000 manat olmaqla, cəmi borcu 366903,54 (üç yüz altmış altı min doqquz yüz üç manat əlli dörd qəpik) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. - hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18 dekabr 2020-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mkr, bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsi 344250 (üç yüz qırx dörd min iki yüz əlli) manata İddiaçı ASC tərəfindən alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mkr, bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC-nə məxsusdur. Həmin əmlak açıq hərracda İddiaçı ASC tərəfindən əldə edilmişdir. Cavabdehin mübahisəli əmlaka dair hazırda heç bir hüquqları yoxdur, onun həmin qeyri-yaşayış sahəsinin istismarını dayandırmaması və əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməməsi mülkiyyətçinin maraqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununu 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mkr, bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsinin istismarını dayandırmaması və əmlakın boşaldılmaması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlakda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226.3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmalı, Sumqayıt şəhəri Səməd Vurğun keçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226.3 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılsın. Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar