Məhkəmə qərarları › İş №e-2(060)-1539/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1539/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1539/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 946 (doqquz yül qırx doqquz) manat 06 (altı) qəpik məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında 22 noyabr 2021-ci il tarixli «Borcun etirafı və ödəniş qaydası haqqında» müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 2540 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 18 dekabr 2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 949,06 manat borcu qalmışdır. Cavabdeh həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 31 mart 2022-ci il tarixli «Borcun etirafı və ödəniş qaydası haqqında» müqavilənin 3.3-cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. İddiaçının nümayəndəsi A.M.Hüseynov eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Z.R.Canimova məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə hec bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli Borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC-nin Sumqayıt 30 mağazasında satıcı kassir vəzifəsində işləmiş Cavabdeh törətdiyi mənimsəmə halına görə 2540 (iki min buş yüz qırx) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında X4 haqqında müqavilənin bağlandıgını nəzərə alaraq borclu (zərər vuran) 2540 manat məbləğində Cəmiyyətə zərər vurdugunu tam etiraf edir. Müqavilənin 2.1-ci bəndinə əsasən «borclu» borc məbləğini 22 noyabr 2021-ci il tarixinədən başlayaraq hər ay 254 manat 10 ay ərzində tam olaraq «borcverən»ə ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş 18 dekabr 2022-ci il tarixli İddiaçı MMC-i ilə Cavabdeh arasında bağlanmış Borcun Etirafı və ödəniş qaydası haqqında müqavilənin nəticəsi barədə arayışdan görünür ki, Cavabdeh 18 dekabr 2022-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 949 (doqquz yüz qırx doqquz) manat 06 (altı) qəpik AZN təşkil edir. İşdə olan 19 dekabr 2022-ci il tarixli DN6660 saylı pretenziya barədə məktubdan görünür ki, Cavabdeh şirkətə olan borcun ödənilməsinə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə görə Mülki Məcəllədə nəzərdə tutulaq başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus olan mağazada satıcı kassir işləyərək törətdiyi mənimsəyə görə iddiaçıya borlu olmuş, həmin borcu etiraf etmiş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 949,06 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 979 (doqquz yüz yetmiş doqquz) manat 06 (altı) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 949 (doqquz yüz qırx doqquz) manat 06 (altı) qəpik məbləğində əsas borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 979 (doqquz yüz yetmiş doqquz) manat 06 (altı) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar