Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1590/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdehdan 60000 (altmış min) manat və ödənilmiş dövlət rüsumu olaraq 270 (iki yüz yetmiş) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 12-13 ildir ki tanıyır. Onunla ümumi tanışlıq və yoldaşlıq münasibətləri olmuşdur. Belə ki, cavabdeh iddiaçıya bildirmişdir ki, tikinti sektorunda tanışları var. Özü də tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. İddiaçı da həmin işlə məşğul olduğundan, 2019- cu ilin mart ayından şifahi razılaşma əsasında birlikdə müştərək fəaliyyət göstərmişlər. Bu müştərək fəaliyyətə əsasən iddiaçı, nisyə qiymətə cavabdehə beton və digər tikinti materialları verəcəyini, cavabdeh isə ondan aldığı betonu və digər tikinti materiallarını, Bakı şəhərində fəaliyyət göstərən inşaat şirkətlərinə satacağını və müntəzəm olaraq aldığı betonun və digər tikinti materialların pulunu ödəyəcəyini bildirmişdir. Cavabdeh bu müştərək fəaliyyət zamanı hissə-hissə olmaqla ümumilikdə məndən 450000 (dörd yüz əlli min) manat dəyərində beton və digər tikinti materialı nisyə olaraq almışdır. Cavabdeh ilk vaxtlarda iddiaçının ona verdiyi tikinti materiallarının dəyərini razılaşdıqları tarixdə iddiaçıya ödəmişdir. Bunan nəticəsində iddiaçının etibarını qazanmışdır. Lakin buna baxmayaraq, daha sonra cavabdeh şifahi razılaşmaları zamanı olan öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmağa çalışmışdır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Buna görə də, iddiaçı, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Uzun sürən araşdırma nəticəsində cavabdeh iddiaçıya cəmi 60000 (altmış min) manat borcu olduğunu etiraf etmişdir. Buna baxmayaraq, iş üzrə toplanılmış materialda cinayət tərkibinin olmamasını əsas gətirərərk, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Hesab edir ki, göstərilənlər cinayət təqibi zamanı araşdırılaraq öz təsdiqini tapdığından, həmçinin cavabdehin özünun etirafı nəzərə alınaraq, 60000 (altmış min) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul oluna bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, həm iddia ərizəsindən, həm də cinayət işinin rədd edilməsi haqqında qərardan da göründüyü kimi tərəflər arasında ticarət əlaqələri mövcud olmuş, beton, tikinti materiallarının alqı-satqısı həyata keçirilmiş, cavabdehin xahişi ilə iddiaçı ona beton-tikinti materialları vermişdir. Belə ki bu qeyd edilən hallar işin mübahisəsiz halıdır. Eyni zamanda cavabdeh iddiaçıdan nə qədər məbləğdə tikinti materiallarını alıb-verdiyini və 60000 manat borcu olduğunu etiraf etmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin elektron kabinet vasitəsilə göndərdiyi iltizama münasibətdə bildirdi ki, həmin iltizamda qeyd edilən "xxxx" MTK-dakı mənzil iddiaçının adına rəsmiləşdirilməmiş, həmin mənzili onun sahibi olan cavabdeh öz ərizəsi əsasında adını və soyadını bilmədiyi başqa bir şəxsin adına rəsmiləşdirmişdir. MTK-larda da belə bir qayda var ki, mənzil alqı-satqısı zamanı müqavilələrin dəyişdirilməsi qaydası tətbiq olunur. Həmin qaydaya görə, müqavilə tərəfi onunla MTK arasında olan müqavilənin ləğv edilməsinə razılıq verir, müqavilənin digər şəxsin adına bağlanmasını xahiş edir. Cavabdehin özü iddiaçıya hər dəfə özünün 60000 manat borcu olduğunu və onu ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 08 dekabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı şikyət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - iltizamdan görünür ki, Cavabdeh bildirmişdir ki, onun İddiaçı ilə ticarət əlaqəsi olmuş, ticarət əlaqəsi zamanı İddiaçı 60000 manat borcu qalmışdır. Lakin cavabdeh "xxxx" MTKda ona məxsus olan mənzili 180000 manat dəyərində olmasına baxmayaraq 120000 manata satılaraq Xəqaniyə olan borcundan 60000 manat silinməsi ona bildirilmişdir. Belə olan halda mənzilin 180000 manata satılması müəyyən edilərsə, iddiaçıya heç bir borcu qalmır. - Cavabdeh Nərimanov RPİ-də verdiyi izahatinda verilən suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, Polad Həşimov küçəsi, ev 4/12, mənzil 8-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Çörəkpulu qazanmaq üçün 2017-ci ildən 2019-cu ilin sentyabr ayına kimi fərdi əməklə məşğul olmaqla Bakı şəhərində inşaat materiallarının, o cümlədən armatur, taxta və beton alqı-satqısı ilə məşğul olmuşdur. İddiaçı 2017-ci ildən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. İddiaçı ilə tanış olduqları ərəfələrdə o, polis əməkdaşı kimi Bakı şəhər Baş Dövlət Yol Polisi idarəsində təhlükəsizlik kameraları üzrə operator vəzifəsində çalışmışdır. İddiaçıla Bakı şəhərində təsadüfən tanış olmuşlar. Tanışlıqlarından bir müddət sonra, 2019-cu ilin mart ayında inşaat materiallarının alqısatqısı ilə məşğul olduğunu öyrənən İddiaçı öz təşəbbüsü ilə Bakı şəhərində onunla görüşüb söhbət edərək Bakı şəhər Baş Dövlət Yol Polisi idarəsində işləməklə yanaşı pul qazanmaq üçün inşaat materiallarının alqı-satqısı ilə məşğul olduğunu söyləyib onunla birgə işləməyini təklif etmişdir. İddiaçı tərəddüd edərək İddiaçı polis əməkdaşı olmaqla Bakı şəhər Baş Dövlət Yol Polisi idarəsində məsul vəzifədə çalışdığı halda, hansı zərurətdən inşaat materiallarının alveri ilə məşğul olduğunu soruşmuşdur. İddiaçı cavab konkret cavab verməyərək inşaat materiallarının alverində yaxşı qazanc olduğu üçün bu işlə məşğul olduğunu bildirmişdir. Cavabdeh daha bununla əlaqədar ona heç bir söz deməyib ona nə kimi iş təklif etdiyini soruşmuşdur. İddiaçı inşaat sektorunda böyük nüfuzunun və işgüzar tanışlarının olduğunu bildirib satmaq üçün cavabdehə nağd və ya nisyə, yəni pulunu sonradan ödəmək şərti ilə beton verə biləcəyini söyləmişdir. Cavabdeh İddiaçı diqqətlə dinləyərək bir metr kub betonu ona neçə manata satacağını soruşmuşdur. İddiaçı cavabında bir metr kub betonu ona 81 (səksən bir) manata satacağını bildirdi. Beləcə İddiaçıla aralarında olan şifahi razılaşmaya əsasən, onunla danışıb razılaşaraq ondan nisyə qiymətə beton alıb Bakı şəhərində fəaliyyət göstərən inşaat şirkətlərinə satacağını və müntəzəm olaraq aldığı betonun pulunu ödəyəcəyini bildirmişdir. İddiaçı onunla razılaşmış və həmin vaxtdan Xəqani ilə müştərək fəaliyyət göstərməyə başlamışlar. 2019-cu ilin mart ayından avqust ayının sonuna kimi müxtəlif tarixlərdə İddiaçı Bakı şəhərində Cavabdeh hissə-hissə olmaqla ümumilikdə 450000 (dörd yüz əlli min) manat dəyərində nisyə beton satmışdır. Cavabdeh da İddiaçı əldə etdiyim həmin betonu hər metr kubun üzərinə 4-5 (dörd-beş) manat əlavə etməklə Bakı şəhərində fəaliyyət göstərən müxtəlif inşaat şirkətlərinə sataraq Xəqaniyə vəd verdiyi kimi vaxtlıvaxtında müntəzəm olaraq onun pulunu son qəpiyinə kimi ödəmişdir. İddiaçı Cavabdeh saldığı betonu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən "xxxx" MMC-dən, habelə Sumqayıt şəhərində yerləşən Dövlət Neft Şirkətinə məxsus "xxxx" MMC-dən əldə etmişdir. 2019-cu ilin iyun ayında Xəqani ilə növbəti görüşləri zamanı o, armatur alveri ilə məşğul olan nüfuzlu tanışlarının olduğunu bildirib onunla birlikdə armatur alveri ilə məşğul olmağı təklif etmişdir. Nazim bununla razılaşmış və ilk dəfə 2019-cu ilin iyun ayında İddiaçı Nazimin sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində inşaat işləri ilə məşğul olan «Şərur MTK» tikinti şirkətinə 82000 (səksən iki min) manat dəyərində 90 ton həcmində 12 və 14 mm diametrli armatur vermişdir. İddiaçıla aralarında olan şifahi razılaşmaya əsasən o. ölçüsündən asılı olmayaraq armaturun bir tonunu Nazimə 900 (doqquz yüz) manata vermişdir. Nazim də Xəqanidən nisyə aldığı bir ton həcmində armaturun üzərinə 30-40 (otuz-qırx) manat məbləğində pul əlavə edib tikinti şirkətlərinə satmışdır. Cavabdeh əsasən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif inşaat şirkətlərindən armatur sifarişi qəbul edib bu barədə Xəqaniyə bildirmişdir. Xəqani də öz növbəsində sifarişə uyğun həcmdə armatur materiallarını özü şəxsən inşaat obyektlərinə aparıb çatdırmışdır. 2019-cu ilin iyun ayında İddiaçı Cavabdeh sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində inşaat işləri ilə məşğul olan «Şərur MTK» tikinti şirkətinə 8 000 (səksən iki min) manat dəyərində 90 ton həcmində 12 və 14 mm diametrli armatur verdikdən bir gün sonra Nazim həmin şirkətin əməkdaşlarından armaturun pulunu, yəni 82000 (səksən iki min) manat məbləğində vəsaiti qəbul edib Xəqaninin dostu kimi təqdim etdiyi, soyadını və atasının adını bilmədiyi Telman adlı şəxsə elə həmin gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Hollivud» restoranının qarajında vermişdir. Telmar pulu sayıb qəbul edərək elə həmin gün Xəqaniyə çatdırmışdır. Beləcə 2019-cu ilin mart ayından sentyabr ayına kimi Xəqani ilə müştərək qaydada armatur alveri ilə məşğul olmuşlar. Bu müddət ərzində Cavabdeh sifarişi ilə İddiaçı Bakı şəhərində fəaliyyət göstərən inşaat şirkətlərinə ümumilikdə təxminən 540 000 (beş yüz qırx min) manat dəyərində armatur materialı vermişdir. İnşaat şirkətləri ilə arasında olan şifahi razılaşmaya əsasən həmin şirkətlər Cavabdeh sifarişi ilə əldə etdikləri armatur materiallarının müqabilində inşaat işləri yekunlaşdıqdan sonra Nazimə mənzil verməli olmuşdur. Bir neçə şirkətə armatur materialı təhvil verdikdər sonra Xəqani ondan təcili olaraq ödəniş etməyi tələb etdiyi üçün cavabdeh öz əmlakın və vəsaiti hesabına Xəqaniyə ödəniş etməyə başlamışdır. Belə ki, Cavabdeh sifarişini İddiaçı inşaat şirkətlərinə təhvil verdiyi armatur materiallarına görə 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhərində ona milli valyuta ilə 60000( (altmış min) manat ekvivalentində 2700 000 (iki milyon yeddi yüz min) Rusiyı rublu vermişdir. Bundan başqa, sifariş verdiyi armatur materiallarına görə 27 iyun 2019-cu il tarixdə Bakı şəhərində tanışı X2 76 500 (yelmiş altı min beş yüz) manata aldığı 2016-cı ildə istehsal edilmiş «Mercedes E 200» minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil 76 500 (yetmiş altı min beş yüz) manat dəyərində hesablayıb 27 iyun 2019-cu i tarixdə İddiaçı vermişdir. İddiaçı xahişi ilə 27 iyun 2019-cu il tarixdə Nazimə məxsus «Mercedes E 200» minik markalı ** LM *** dövlə qeydiyyat nişanlı avtomobili notarial qaydada X1 adına rəsmiləşdirilmiş və Xalid Təhməzov bunun müqabilində Xəqaniyə elə həmin gün milli valyuta ilə 76500 (yetmiş altı min beş yüz) manat ekvivalentində 45 000 (qırx beş min) ABŞ dolları vermişdir. 2019-cu ilin avqust ayında isə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, "xxxx" MTK tərəfindən inşa edilmiş 22 mərtəbəli yaşayış binasında, «C» blokunda yerləşən 172 kvadrat metr sahəyə malik 4 (dörd) otaqlı 180000 manat dəyərində mənzili Xəqaniyə vermişdir. Xəqanin tələbi ilə Nazim "xxxx" MTK-ya müraciət edərək həmin mənzilə dair mülkiyyət hüququmdan imtina etmiş və Nazimin iştirakı ilə həmin mənzili Xəqanin hazırda soyadını, adını və atasının adını xatırlamadığı tanışının adına rəsmiləşdirilmişdir. Mənzilin müqabilində "xxxx" MTK-ya 70 000 (yetmiş min) manat borcu olduğu üçün Xəqanin tanışı həmin mənzilə görə "xxxx" MTK ya cəmi 70 000 (yetmiş min) manat ödəyib mənzili öz mülkiyyətinə keçirmiş, Xəqaninin ona olan borcundan 110000 (bir yüz on min) manat çıxacağını gözlədiyi halda, həmin ərəfələrdə eşitmişdir ki, Xəqani həmin mənzilə görə qeyd etdiyi tanışından cəmi 55000 (əlli beş min) manat pul almışdır. Bununla əlaqədar həmin ərəfələrdə Xəqaniylə görüşüb danışaraq mənzilin ümumi dəyərinin 180000( (bir yüz səksən min) manat təşkil etdiyini, mənzilə görə "xxxx" MTK-ya 110 000 (bir yüz on min) manat dəyərində inşaat materialları verdiyini və "xxxx" MTK-ya cəmi 70 000 (yetmiş min) manat borcunun olduğunu söyləyib mənzilin satışından Nazimə 110 000 (bir yüz on min) manat vəsait çatmalı olduğu halda, niyə görə ona olan etibarından sui-istifadə edib mənzili real dəyərindən iki dəfə ucuz qiymətə hesablayaraq tanışına satdığını soruşmuşdur. Xəqani heç cür onunla razılaşmayaraq təcili pula ehtiyacı olduğu üçün belə bir addım atdığını və ona borclu olduğuna görə Nazimə məxsus istənilən əmlaka dair öz bildiyi kimi qərar verəcəyini demişdir. Həmçinin Xəqaniyə olan borcunu ödəmək üçün 2019-cu ilin may və ya iyun ayında tanışı X2 milli valyuta ilə 144500 (bir yüz qırx dörd min beş yüz) manat ekvivalentində 85000 (səksən beş min) ABŞ dollarına aldığı «Mercedes S-500» minik markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilini 2021-ci ilin sentyabr ayında 144500 (bir yüz qırx dörd min beş yüz) manat dəyərində hesablayıb Bakı şəhərində Xəqaniyə verərək onun adına rəsmiləşdirib borcundan 65000 (altmış beş min) ABŞ dolları çıxmasını söyləmişdir. Həmin avtomobili hələ 2019-cu ilin təxminən may ayında Xəqaninin xahişi ilə sürmək üçün notarial qaydada etibarnamə ilə ona vermişdir. 2021-ci ilin sentyabr ayında Xəqani avtomobili 144500 (bir yüz qırx dörd min beş yüz) manat dəyərində qiymətləndirib öz adına rəsmiləşdirmiş və ona olan borcundan 110500 (bir yüz on min beş yüz) manat ekvivalentində 65000 (altmış beş min) ABŞ dolları çıxaraq Nazimə cəmi 34000 (otuz dörd min) manat ekvivalentində 20000 (iyirmi min) ABŞ dolları pul vermişdir. Sifariş verdiyi armatur materiallarının müqabilində 2019-cu ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Hollivud» restoranının qarajında Xəqaninin xahişi ilə onun tanışı, soyadını və atasının adını xatırlamadığı Ramin adlı şəxsə 70000 (yetmiş min) manat pul vermişdir. 2019-cu ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Koala» parkında Xəqaniyə 25500 (iyirmi beş min beş yüz) manat pul vermişdir. Həmçinin 2019-cu ilin avqust ayında müxtəlif tarixlərdə Bakı şəhərində hazırda xatırlamadığı müxtəlif ünvanlarda Xəqaniyə 19600 (on doqquz min altı yüz) manat, 8800 (səkkiz min səkkiz yüz) manat, 9240 (doqquz min iki yüz qırx) manat və 17600 (on yeddi min altı yüz) manat pul vermişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayında Xəqani ilə birlikdə Bakı şəhər Baş Dövlət Yol Polisi idarəsində yerləşən xidməti otaqlardan birində əyləşib haqq- hesab etmiş və sfiariş verdiyi armatur materiallarına görə Xəqaniyə cəmi 60000 (altmış min) manat məbləğində borcunun qaldığı məlum olmuşdur. Xəqani sifariş verdiyi armatur materiallarına görə ona cəmi 60000 (altmış min) manat məbləğində borcunun qalması ilə razılaşaraq borcun müqabilində onun üçün Bakı şəhəri ərazisindən 1 (bir) otaqlı mənzil təşkil etməyi xahiş etmişdir. Bununla əlaqədar Nazim həmin ərəfələrdə dostu X4 ilə görüşüb danışaraq Xəqaniyə 60000 (altmış min) manat borcu olduğunu bildirib "xxxx" MTK tərəfindən Xətai rayonu, Xocalı prospektində inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən ona məxsus 120 000 (bir yüz iyirmi min) manat dəyərində 1 (bir) otaqlı mənzili 60000 (altmış min) manat müqabilində mülkiyyətçi kimi Xəqaninin adına rəsmiləşdirməsini xahiş edib bir müddət sonra imkan düşən kimi ona olan borcunu ödəyəcəyini vəd etmişdir. X6 razılaşçışdır. Bu barədə Nazim Xəqaniyə bildirdikdə o razılaşaraq mənzili öz mülkiyyətinə keçirmək üçün bir neçə dəfə "xxxx" MTK-nın Qalib adlı əməkdaşı ilə bir neçə dəfə telefonla əlaqə saxlayıb müzakirə aparmışdır. Lakin bir müddət sonra Cavabdeh məlum olmayan səbəbdən Xəqani həmin mənzildən imtina etmişdir. Məhz bundan sonra Xəqani ilə münasibətləri pozulmuşdur. 2022-ci ilin yanvar ayında eşitmişdir ki, Xəqani onun barəsində Nərimanov rayon polis idarəsinə şikayət etmişdir. Hazırda onun Xəqaniyə cəmi 60 000 (altmış min) manat borcu vardır. Yaxın zamanda Xəqaniyə olan 60 000 (altmış min) manat məbləğində borcunu tam həcmdə ödəyəcəkdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı Cavabdeh xeyli müddətdir tanıyır. Cavabdeh tikinti materiallarının alqı-satqısı ilə məşğul olmuş, iddiaçı da həmin işlə məşğul olduğundan, 2019-cu ilin mart ayından şifahi razılaşma əsasında alqı-satqı ilə məşğul olmuşlar. Bu fəaliyyətə əsasən iddiaçı, nisyə qiymətə cavabdehə beton və digər tikinti materialları satacağını, cavabdeh isə iddiaçıdan aldığı betonu və digər tikinti materiallarını, Bakı şəhərində fəaliyyət göstərən inşaat şirkətlərinə satacağını və müntəzəm olaraq aldığı betonun və digər tikinti materialların pulunu ödəyəcəyini bildirmişdir. Cavabdeh bu fəaliyyət zamanı hissə-hissə olmaqla ümumilikdə iddiaçıdan 450000 (dörd yüz əlli min) manat dəyərində beton və digər tikinti materialı nisyə olaraq almışdır. Cavabdeh ilk vaxtlarda iddiaçının ona verdiyi tikinti materiallarının dəyərini razılaşdıqları tarixdə iddiaçıya ödəmişdir. Lakin buna baxmayaraq, daha sonra cavabdeh şifahi razılaşmaları zamanı olan öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmağa çalışmışdır. Buna görə də, iddiaçı, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Uzun sürən araşdırma nəticəsində cavabdeh iddiaçıya cəmi 60000 (altmış min) manat borcu olduğunu etiraf etmişdir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən - Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh aldığı məhsulun dəyərini ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh Nərimanov RPİ-də verdiyi izahatı zamanı iddiaçıya 60000 (altmış min) manat borcu olduğunu etiraf etmiş, tezlikdə ona olan borcunu qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 60000 (altmış min) manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 270 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehdan 60000 (altmış min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 (iki yüz yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1590/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1590/2023
20.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver