Məhkəmə qərarları › İş №e-2(060)-1628/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1628/2024

17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1628/2024 17.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 4000 (dörd min) manat pulun, Cavabdeh1 1000 (min) manat pulun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2000 (iki min) manat mənəvi ziyan, 90 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Sabirabad rayonunun Muradbəyli kənd sakinlərinə məxsus Axtaçı kəndində yerləşən 16 ha pay torpağı satın almışdır. Torpağı sakinlərdən kənd icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı və möhürü ilə təsdiqlənən sadə yazılı formada tərtib olunan müqavilə əsasında almışdır. Daha sonra torpağı özəlləşdirmək istəmişdir. Bu barədə tanışı Cavabdeh1 ilə söhbət edərkən, o, tanışı Cavabdeh2 müxtəlif vəzifəli şəxslərlə əlaqələrinin olması və torpaq sahəsini özəlləşdirməkdə ona köməklik edə biləcəyini bildirmişdir. Təxminən 2019-cu ilin oktyabr ayında Gülşən, Sevinc və Kənan adlı şəxs onlara gəlmişdir. Sevinc Əmlak Komitəsində çalışan tanışının olduğunu, sənədlərin hazırlanmasında kömək edə biləcəyini bildirmiş və vəzifəli şəxslərə verilməsi adı altında ilkin olaraq 2500 manat pul lazım olduğunu bildirmişdir. O, ona həmin məbləği və torpaq sənədlərinin surətini verdim. Həmin gün Cavabdeh1 yenidən onlara gəlmiş, Sevincin Əmlak Komitəsində işləyən tanışı vəzifəli şəxslə danışdığını, həmin vəzifəli şəxsin görəcəyi işin müqabilində 3000 manat pul istədiyini deyib əlavə olaraq ondan 500 manat pul almışdır. Gülşən, Sevinc və Kənan adlı şəxslər bir neçə dəfə rayona getdiklərini, sənədləşmə işlərinin başlandığını ona bildirmişlər. Bir neçə gün sonra Gülşən mənə zəng edərək onun işləri ilə bağlı Sevinclə bərabər rayona gedib-gəldiyini, Sumqayıt şəhərində işlətdiyi kafenin ərzaq məhsullarının alınması ilə məşğul ola bilmədiyini bildirmiş və bunun üçün “Yapı Kredi” bankına məxsus “World kartı”nı istədikdə o da içərisində 1000 manat pul olan həmin kartı Gülşənə vermişdir. Gülşən mütəmadi olaraq həmin kartdan istifadə edərək pul çıxarmış, daha sonra isə xərclədiyi məbləği yerinə qoymuşdur. Torpaq aldığı Davud adlı şəxs ona satdığı torpağı ondan xəbərsiz özəlləşdirmiş və həmin torpağı başda bir şəxsə yenidən satmışdır. Sevinc onun aldığı torpaq sahəsini Davudun ondan xəbərsiz başqa şəxsə satmasının qanunsuz olduğunu bildirmiş və bu barədə Sabirabad rayon prokuroru ilə danışacağını və həll edəcəyini ona bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra, təxminən 2020-ci ilin may ayının ortalarında Sevinc prokurorluq formasında bir şəxslə onun yanına gəlmişdir. Həmin şəxs onun yanında kiməsə zəng edərək “Pərvin, mənəm Ruslan,sənə dediyim işi sürətləndir,tez həll olunsun” demişdir. Bundan sonra onun Sevincə inamı yaranmışdır. Sevinc həmin şəxsə vermək üçün ondan 1500 manat məbləğində pul istədikdə, o da həmin məbləği çıxarıb ona vermişdir. Həmin gün onun işləri ilə məşğul olmaq üçün Kənan adlı şəxsə notarial qaydada etibarnamə vermişdir. Lakin heç bir xəbər çıxmadığını, müxtəlif bəhanələrlə işin gecikdirildiyini görmüşdür. 2020-ci ilin may ayının əvvəllərində özü Sabirabad rayonunda yerləşən “ASAN xidmət” mərkəzinə gedərək aldığı torpaq sahələrini özəlləşdirməyə başlamışdır. Alqı-satqı müqaviləsi əsasında sənədləşdirmişdir. Sevinc və Kənanla görüşmüş, məsələni özü həll etdiyini bildirmiş, onların onu aldatdıqlarını deyib onlara verdiyi pulu geri tələb etmişdir. Gülşən ona bildirmişdir ki, onun verdiyi pulları Sevinc Əmlak Komitəsində işləyən vəzifəli şəxslərə iş görmək üçün vermiş, ona pul qaytara bilməyəcəkdir. Gülşəndən ona verdiyi kartı geri tələb etmişdir. Gülşən kartdakı məbləği tam ödəcəyinə söz versə də, lakin heç bir ödəniş etməmişdir. Ona görə də özü həmin karta olan borcunu da ödəməli olmuşdur. 2020-ci ilin mart-aprel aylarında Gülşən Sevincin adından ona 500 manat məbləğində pul vermişdir. Qadınların hər ikisi 3000 manatdan Əmlak Komitəsinin vəzifəli şəxslərinə, 1500 manat pulu isə prokurorluq işçisinə verdiklərini bildirdiklərindən, məcbur olmuş, Azərbaycan Respublikası Baş Prokurorluğunun qaynar xəttinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, 3 dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə fakta görə başlanmışdır. Sonradan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğu vasitəsi ilə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən cinayət təqibi üzrə icraata xitam verilmişdir. Bu dövrdə o, dəfələrlə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə getmiş, izahatlar vermiş, saatlarla vaxt itirmiş, həyacan, stress keçirmişdir. Cavabdehlərin mənimsədiyi pulunu özünün, ailənin tələbatlarına xərcləyə bilmədiyindən, böyük vəsait xərcləyərək aldığı torpağın vaxtında özəlləşmədiyindən başqasına satılmasından əsəbiləşmiş, nevroz olmuş, müalicələr almağa məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, torpağın özəlləşdirilməsi ilə bağlı iddiaçının pulu almışlar. Daha sonra onu aldatmış, nə pulunu qaytarmış, nə də torpağı özəlləşdirməmişlər. Bununla əlaqədar olaraq iddiaçı məcbur olmuş, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Orada iş aparılmış və onların izahatları alınmışdır. Cavabdehlər həmin izahatlarda və məhkəmə iclasındakı izahatlarda iddianı etiraf etmişdirlər. Ona görə də dəymiş maddi ziyanı, mənəvi ziyanı, vəkilə hüquqi yardıma görə ödənilmiş pulu və dövlət rüsumunu tələb edirlər. İddiaçının az miqdarda xəstəlik kağızlarını vermişdir. O deyir ki, stressə düşmüş və müalicə almışdır. Neçə dəfə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə getmişdir. Bununla əlaqədar onda psixi pozuntu əmələ gəlmişdir. Hüquqi yardım ilə bağlı da məhkəməyə arayış təqdim etmişdir. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 mart 2024-cü il tarixində məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, hadisədən sonra dəfələrlə Nərimanov Rayon Polis İdarəsində olmuşlar. Cinayət işi ilə bağlı açılmış iş sübuta yetirilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Gülya xanım bildirmişdir ki, o, ona pul verməmişdir. Lakin o, pulu digər cavabdeh Gülşən xanıma vermişdir. İddiaçının oğlu da pulu Gülşən xanımdan almışdır. İşi görən adam “Codiv-19” virusundan dünyasını dəyişmişdir. Onun dünyasını dəyişməsi ilə bağlı sübutda vardır. O, özü də onkoloji xəstədir. İddiaçının Sabirabad rayonunda 16 sot torpaq payı vardır. Gülya xanım ona bildirmişdir ki, o, yaşlı adamdır. Sabirabad rayonuna gedib-gələ bilmir. Buna görə də işi aparan adamdır. O və onun yaxın qohumu Sabirabad rayonuna getmişlər. 4500 manat məbləğində məhkəmə işçisi Gülya xanımdan pul almışdır. Onlar onu da bərpa etmiş, sənədləşmə işləri başlamışdır. Sənədlər həll olunan zaman aşkar olunmuşdur ki, burada Gülya xanımın həyat yoldaşının qanlı düşməni olduğu qohumunun da adı vardır. Həmin şəxs onu neçə dəfələrlə polisə vermişdir. O, Gülşən vasitəsi ilə Gülnarə xanımı tanımışdır. Gülnarə xanım pulu ona vermişdir. Gülşən xanım sadəcə vasitəçidir. Gülnarə xanımın 16 sot torpağı olduğuna görə hər sot torpağa görə 120 manat məbləğində dövlət rüsumu tələb olunurdu. O, Gülya xanıma pulu qaytarmağa etiraz etməmişdir. Hətta onların vatsap yazışmaları da vardır. O, ona bildirmişdir ki, onkoloji xəstədir. Bununla bağlı müalicə də alır. Bu səbəbdən hər ay 500 manat məbləğində ödəniş etməklə pulu qaytara bilər. 15 aprel 2024-cü il tarixində məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, bu məsələdə o, iddiaçını digər cavabdehlə tanış etmişdir. Lakin iddiaçı ona pul verməmişdir. O, Gülnarə xanımla bir yerdə işləmişdir. Pandemiya dövründə iddiaçı kart vasitəsi ilə ona ödənişlər etmiş, o da Sevinc xanıma ödəmişdir. Hazırda Sevinc xanım həmin məbləği ödəmək niyyətindədir. Razılığa gəlsələr 3 dəfəyə həmin məbləği ödəyəcəkdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:

1. - xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Nərimanov RPİ-nin müstəntiqi, polis kapitanı X4 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət təqibi üzrə icraata xitam verilməsi və yaxud da cinayət təqibinə başlanmaması qanunla nəzərdə tutulduğundan Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi və Cavabdeh2 cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 311, 310, 32.4,312, 178.2.1,178.2.2 və 178.2.3-Ğü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Cavabdeh1 və X1 barəsində Azərbaycan Respublikasının CMnin 178, 32.4,312, və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 əməlində İddiaçı 1000 manat pul alması epizodu üzrə barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, zərəçəkmiş şəxs İddiaçı dəymiş zərərin məbləğinin 4500 (dörd min beş yüz) manat həddində olduğu nəzərə alınması, zərərçəkmiş şəxs İddiaçı təqdim etdiyi səs yazıları və ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icar edilmiş ismarıclar olan 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınması və “CD” diskin i materiallarına əlavə edildiyi nəzərə alınması, zərərçəkmiş şəxs İddiaçı təqdim etdiyi səs yazıları və ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə icra edilmiş ismarıclar olan 01 ədəd “CD” diskə İddiaçı, X2 və Cavabdeh1 iştirakı ilə baxış aparılması haqqında onun tərəfindən tərtib edilmiş protokolların cinayət işi üzrə sübut növü kimi tanınması, İddiaçı zərərçəkmiş şəxs qismində statusuna və cinays prosesində iştirakına xitam verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilmısi, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəl cinayət işi Azərbaycan Respublikası DİN-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. - Həmin qərardan görünür ki, ********* nömrəli cinayət işi 11 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə fakta görə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış material, əsas isə Cavabdeh2 tərəfindən İddiaçı aldadılaraq 4000 manat pul vəsaitinin ələ keçirilərək dələduzluq etməsi faktı olmuşdur. 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorluğu vasitəsilə həmin cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə göndərilmiş və 03 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi ona həvalə edildiyindən cinayət işi birləşdirilərək icraatına qəbul olunaraq istintaqı davam etdirilmişdir. 11 sentyabr 2022-ci il tarixdə onun tərəfindən cinayət işinin icraatı Azərbaycan Respublikası CM- nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 14 dekabr 2022-ci il tarixdə onun tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə birlikdə yaşayır. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi “Stimul Hospital”da baş mühasib vəzifəsində çalışmış, hazırda rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə etdiyi müraciəti təsdiq edir. 2014-cü ildə Sabirabad rayonunun Muradbəyli kənd sakinlərinə məxsus olan, Axtaçı kəndinə yerləşən 16 ha pay torpağını təxminən hektarı ***-**** manat məbləğində pul ödəməklə 13 nəfər kənd sakinindən almışdır. Torpaq sahələrini sakinlərin yazdıqları, Muradbəyli kənd icra nümayəndəsi Afət adlı şəxs və bələdiyyə sədri Cəmil adlı şəxslərin imzaları və möhürlə təsdiq etdikləri əlyazma əsasında almışdır. Daha sonra pay torpaqlarının özəlləşdirilə bilməsi barədə qərar qəbul olunduğundan həmin 16 ha torpaq sahəsini özəlləşdirmək istəmişdir. Bu barədə o, tanışı Cavabdeh1 ilə söhbət edərkən Gülşən tanışı Sevinc adlı qadının müxtəlif vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, torpaq sahələrini özəlləşdirməkdə Sevincin ona kömək edə biləcəyini demişdir. Təxminən 2019-cu ilin oktyabr ayında Gülşən, Sevinc və Kənan adlı şəxs onun yaşadığı evə gəlmişlər. Sevinc Əmlak Komitəsində çalışan tanışlarının olduğunu, onların vasitəsilə torpaq sahələrinin kadastr sənədlərinin hazırlanmasında ona kömək edə biləcəyini bildirib bunun müqabilində vəzifəli şəxslərə verilməsi adı altında ilkin olaraq 2500 manat pul tələb etdikdə o, da həmin məbləği və torpaq sahələrinin sənədlərinin surətlərini Sevincə vermişdir. Həmin gün Cavabdeh1 yenidən onun yaşadığı evə gələrək Sevincin Əmlak Komitəsində çalışan tanışları ilə danışdığını, həmin şəxslərin 3000 manat pul istədiyini deyib əlavə olaraq Gülşən ondan 500 manat pul almışdır. Gülşən, Sevinc və Kənan adlı şəxslər bir neçə dəfə rayona getdiklərini, sənədləşmə işlərinin başlandığını demişlər. Bir neçə gün sonra Gülşən ona zəng edərək onun işləri ilə bağlı Sevinclə bərabər rayona gedib-gəldiyini, Sumqayıt şəhərində işlətdiyi kafenin ərzaq məhsullarının alınması ilə məşğul ola bilmədiyini bildirib və bunun üçün “Yapı Kredi" bankına məxsus “world kartı”nı istədikdə o, da içərisində 1000 manat pul olan həmin kartı Gülşənə vermişdir. Gülşən mütəmadi olaraq həmin kartdan istifadə edərək pul çıxarmış, daha sonra isə xərclədiyi məbləği yerinə qoymuşdur. Həmin müddətdə onun torpaq sahəsini aldığı Davud adlı şəxsin ondan xəbərsiz torpaq sahəsini özəlləşdirirdiyini, daha sonra isə başqa şəxsə satdığını öyrənmişdir. Sevinc onun aldığı torpaq sahəsini Davudun ondan xəbərsiz başqa şəxsə satmasının qanunsuz olduğunu, bu barədə Sabirabad rayon prokuroru Pərvin adlı şəxslə danışdığını Pərvinin vasitəsi ilə bütün- sənədləşmə işlərini qısa zamanda həll ediləcəyini ona demişdir. Bu söhbətdən bir müddət sonra Sevinc həmin prokurorluq işçisini onunla tanış edəcəyini, həmin şəxsin onun yanında Pərvin adlı şəxslə danışacağını demişdir. Bir neçə gün sonra, təxminən 2020-ci ilin may ayının ortalarında Sevinc prokurorluq formasında bir nəfər şəxslə onun yanına gəlmiş, həmin şəxs telefonla kiməsə zəng edərək “Pərvin mənəm Ruslan, sənə dediyim işi sürətləndir, tez həll olunsun” demişdir. Bundan sonra onun Sevincə qarşı inamı yaranmışdır. Həmin gün Sevinc prokurorluq işçisi kimi təqdim etdiyi Ruslan adlı şəxsə verilməsi üçün ondan əlavə 1500 manat məbləğində pul istədikdə o, da həmin məbləği Sevincə vermişdir. Həmin gün də notarial qaydada işlərlə məşğul olması üçün o, Kənan adlı şəxsin adına etibarnamə vermişdir. Daha sonra yenə heç bir xəbər çıxmadığını müxtəlif bəhanələrlə işi gecikdirdiklərini görmüşdür. 2020-ci ilin may ayının əvvəllərində özü Sabirabad rayonunda yerləşən “ASAN” xidmət mərkəzinə gedərək aldığı torpaq sahələrini özəlləşdirməyə başlamışdır. Hazırki dövrədək 10 nəfər şəxslə alqı-satqı müqaviləsi əsasında torpaq sahələrini sənədləşdirmişdir. Torpaq sahələrini özü sənədləşdirməyə başladıqdan sonra Sevinc və Kənanla görüşərək özünün bu işi həll etdiyini, onların onu aldatdığını bildiyini deyil verdiyi pulu geri tələb etmişdir. Həmin vaxtdan etibarən Kənan və Sevinc telefonların söndürdüyündən onlarla əlaqə saxlaya bilməmişdir. Bu barədə Gülşənə deyəndə Gülşən Sevincin aldığı pulu Əmlak Komitəsində çalışan vəzifəli şəxslərə verdiyini, buna görə də pulu Sevincin qaytara bilməyəcəyini demişdir. Gülşəndən ona verdiyi kartı da geri tələb etmişdir. Gülşən kartdakı məbləği tam şəkildə ödəyəcəyini desə də, sonradan heç bir ödəniş etməmişdir. Buna görə də onun özü həmin karta olan borcu da ödəməli olmuşdur. Gülşən 2020-ci ilin mart-aprel ayında ona 500 manat məbləğində pul qaytarmış və Gülşən həmin pulu Sevincin verdiyini demişdir. Sevinc 3000 manatı Əmlak Komitəsinin vəzifəli şəxslərinə, 1500 manatı isə prokurorluq işçisi kimi təqdim etdiyi Ruslan adlı şəxsə verdiyini ona demişdir. Lakin həmin şəxslərin ad, soyadları, hansı vəzifədə çalışdıqları barədə Sevincdən soruşsa da, Sevinc ona heç bir məlumat verməmişdir. Gülşənlə danışarkən Gülşən də Sevincin 3000 manat məbləğində pulu onun yanında Əmlal Komitəsində çalışan hansısa vəzifəli şəxsə verdiyini təsdiqləmişdir. İş üzrə zərərçəkmiş şəxs İddiaçı ilə Cavabdeh2 Hüseyr qızının və Cavabdeh1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı İddiaçı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs İddiaçı ilə Cavabdeh2 Hüseyr qızının ifadəsi yerində yoxlanılmış və İddiaçı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı ümumlikdə 450 manat ziyan vuraraq dələduzluq etmişdir. Beləliklə də, Cavabdeh2 bu hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla da istintaq tərəfindən Cavabdeh2 istinad olunmuş cinayət törətməsi işin faktiki halları ilə düzgün qiymətləndirilmişdir. Cavabdeh2 Hüsyen qızı tərəfindən cinayətin törədildiyi gündən 12 ildən artıq müddət keçdiyindən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz və yaxud da o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa Cavabdeh2 ərizə ilə Bakı şəhəri Nərimanov RPl-nə müraciət edərək barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Odur ki, belə olan halda, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət təqibi üzrə icraata xitam verilməsi və yaxud da cinayət təqibinə başlanmaması qanunla nəzərdə tutulduğundan Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməli və Cavabdeh2 cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 2500+500+1500=4500 manat pul İddiaçı almış, 500 manat ödəniş etmiş və 4000 manat pul mənimsəmiş, digər Cavabdeh1 isə iddiaçıdan 1000 manat pul olan kartı almış və istifadə etmiş, daha sonra isə ödəniş etməmişdir. Lakin həmin epizod üzrə CM 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X6 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdirlər. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 5000 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdehlər əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehlərdən müştərək qaydada 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 100 manat pul köçürülmüşdür. Məhkəmə, iddianın məhkəmə xərcləri ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin hesabına 90 manat pul köçürülmüşdür. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 4000 manat pul və Cavabdeh1 1000 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 90 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar