Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1794/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 153784 (yüz əlli üç min yeddi yüz səksən dörd) manat borcun və 444 (dörd yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06 noyabr 2021-ci il tarixdə cavadeh Cavabdeh İddiaçı 153 784 (yüz əlli üç min yeddi yüz səksən dörd) manat məbləğində pul borc almışdır. Cavabdeh həmin pulu 31 dekabr 2021-ci il tarixədək iddiaçıya qaytarmasını üzərinə götürmüşdür. Lakin Cavabdeh 153784 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bildirilir ki, iddiaçı pozulduğu hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət edərkən 444 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh 153784 manat borcun və 444 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsini xahiş edir. Buna sübut kimi məhkəməyə təqdim etdikləri cavabdehin öz əlyazması olan borcun etirafı barədə ərizəsidir. Həmin qəbz yazılarkən Gülağa özü şəxsən iştirak etmişdir. Qəbzin yazılması Gülağanın işlədiyi yerdə baş vermişdir. Qeyd edir ki, tərəflər arasında işgüzar münasibətlər olub, pul məsələsi elə oradan yaranmışdır. Tərəflər arasında əvvəl mübahisənin olub-olmaması barədə onun məlumatı yoxdur. Cavabdehdən borc ödənilməsi dəfələrlə tələb olunsa da, o, ödəməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, əvvəlki məhkəmə proseslərinin keçirildiyi vaxt Türkiyədə olmuşdur. Vəkilindən iş ilə maraqlandığı zaman o, məhkəmə iclasında imzanın ona aid olmadığını dediyini bildirmiş, o isə vəkilinə düz eləmədiyini demişdir. Çünki qəbzi o, imzalamışdır. Qeyd edir ki, vəkilinə məsələ ilə bağlı sübutlar da vermiş, lakin o, heç birini məhkəməyə təqdim etməmişdir. İşin halları ilə bağlı qeyd etmək istəyir ki, İddiaçı 1991-ci ildən bəri tanıyır. Onun şirkəti olmuş, kapital qoyuluşu lazım olduğu üçün İddiaçı müraciət etmiş, o, isə şirkəti bərəbər şəkildə işlətməyi təklif etmişdir. Həmçinin İddiaçı Aysel adında gənc yoldaşının017 olduğunu və onun da işləməyini istədiyini bildirmiş və notariusa gedib bununla bağlı razılığı rəsmiləşdirməyi təklif etmişdir. O, şirkəti Ayselin adına rəsmiləşdirməyi, özünün isə şirkətin rəhbəri olmağı təklif etmiş və razılaşdıqları kimi etmişdirlər. Aysel orada olduğundan demək olar ki, o, ofisə getməmişdir. Qeyd edir ki, Aysel həm mühasib, həm də təsisçi olmuşdur. O, isə ancaq mal alqı-satqısı ilə məşğul olmuş, satışdan əldə edilən gəliri Ayselə vermiş, o, da borcları ödəmişdir. Bir dəfə yenə pulu təhvil vermək üçün gələndə Hüseyn də otaqda olmuşdur. Orada onlarla çay içib, söhbət etmişdir. Otaqdan çıxanda İddiaçı onu çağırmış və iradını bildirmişdir. Onu da qeyd edir ki, Aysel banka krediti olduğunu və bunu İddiaçı bildirməməyini xahiş etmişdir. İddiaçı bu məsələni soruşanda o, söz verdiyi üçün heç nəyi bildirməmiş, lakin daha sonra məsələni olduğu kimi danışmışdır. Daha sonra İddiaçı Ayseli işdən çıxardacağını, ona isə "xxxx" MMC-ni işlədəcəyini demişdir. Bunun müqabilində isə o, 153000 manat məbləğində pulu götürdüyünü yazmalı olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, İddiaçı həmin məbləğdə pul almamışdır. 153000 manat pula yolda partlayıb dağılan maşınların da pulu aiddir, anbarda qalan malların dəyəri də daxildir. O buna baxmayaraq həmin qəbzi yazaraq məsuliyyəti öz üzərinə götürmüşdür. Qeyd edir ki, həmin qəbzi Hüseynin yanında yazmışdır. Əlavə olaraq bildirir ki, əslində onun İddiaçı borcu var, lakin tələb olunan məbləğdə deyil. Belə ki, o puldan 4000 manat Hüseynə ödənilib, 7000 manat Kapital Kimya MMC-nin balansında olmuşdur. Qalan pullar isə müxtəlif şəxslərin onlara olan borclarıdır. Öyrəndiyinə görə həmin şəxslər artıq həmin pulları da qaytarmışdır. Onlardan biri də İsgəndərdir, İsgəndərin ona 20000 manat borcu var. Hesab edir ki, ondan tələb olunan borcdan qeyd etdiyi məbləğlər çıxılmalıdır. Ondan tələb olunan 153000 manat pul az deyil, əslində belə məbləğdə pulun verilməsi notariusda müqavilə bağlanmaqla olmalı idi. Qeyd etdiyi halların həqiqət olduğunu şirkətin mühasibi Hüseyn və anbardar Səlim təsdiqləyə bilər. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, Vüqarı tanıyır, İddiaçıla isə cəmi bir dəfə telefonda danışmışdır. İddiaçı borcla maraqlanmış, o isə borcun ödəniləcəyini bildirmişdir. Axırıncı dəfə mal götürəndə Vüqar malın olmadığını və problem yarandığını bildirmişdir. Qeyd edir ki, o, malları Vüqardan götürmüşdür. Mallara görə Vüqara 20000 manat borcu qalmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Gülağa ilə Vüqar arasında işgüzar münasibət olmamış, həmçinin şirkətlər arasında hər hansı müqavilə və ya nizamnamə olmamışdır. Tələb olunan məbləğ çox yüksəkdir, buna görə də notariusda müqavilə şəklində təsdiq olunmalı idi. Təqdim olunan sənədin heç bir hüquqi əhəmiyyəti yoxdur. Bu qəbz tamamilə başqa bir məsələ ilə bağlı yazılmışdır. Qəbz Cavabdeh tərəfindən imzalanmamış, hətta onun adına əmlak da yoxdur. Qeyd edir ki, imza cavabdehindir, lakin xətt ona məxsus deyil. Yazı Cavabdeh iştirakı ilə yazılmamış, onun qəbzin məzmunundan xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun rəhbəridir. 15 ildir ki, onu tanıyır. İddiaçı Vüqarla onların müəssisəsinə gəlib getmişdir. Noyabr ayında gəldikləri zaman İddiaçı Vüqarın ərizə yazıb verəcəyini demişdir. Həmin vaxt İddiaçı ona ərizənin hansı məzmunda olacağı barədə məlumat verməmişdir, sadəcə Vüqarın ərizə yazıb verəcəyini bildirmişdir. O, da həmin ərizəni qəbul etməli olmuşdur. Maliyyə məsələləri də onun sahəsinə daxil olduğundan bu iş ona tapşırılmışdır. Daha sonra Vüqar otağına gəlmiş, ərizəni yazıb vermişdir. Əlavə olaraq bildirir ki, Vüqara ərizə yazmaq üçün kağızı o, vermişdir, kağızda heç bir imza olmamış və kağız boş olmuşdur. Vüqar şəxsən özü ərizəni yazıb, imzalamış və ona təhvil vermişdir. Qeyd edir ki, ərizə yazarkən Vüqara heç bir təsir olmamışdır. Bildiyinə görə Vüqarla İddiaçı aralarında münasibət çoxdan yaranmışdır. O, qəbzdəki imzanın Vüqara məxsus olduğunu təsdiqləyə bilər. Əlavə olaraq bildirir ki, qəbzdə təxminən “Noyabr ayında borc götürmüşəm, ilin sonunda qaytaracam” sözləri qeyd olunmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan əlyazma ilə yazılmış xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı 153784 AZN borc alması, həmin məbləği xx.xx.2021-ci ilədək qaytaracağı, əks təqdirdə öz əmlakı ilə cavabdehlik daşıyacağı barədə iltizam yazmış və onu imzalamışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4). Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır. Bu səbəbdən məhkəmə cavabdehin iddia ərizəsi üzrə tələb edilən borcun 153784 manat deyil, daha az məbləğdə olması ilə bağlı etirazının dəlillərini qəbul etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuş Vəkil2 xx.xx.2022-ci il tarixli iltizamda olan yazıların Cavabdeh məxsus olmadığını bildirmiş və iş üzrə obyektiv qərar qəbul edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/961 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan xx.xx.2021-ci il tarixli borc qəbzinin əlyazma mətni ilə Cavabdeh adından olan xx.xx.2022ci il tarixli etibarnamədə “Hümbətov” yazısı - eyni şəxs tərəfındən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh 153784 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 444 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 153784 (bir yüz əlli üç min yeddi yüz səksən dörd) manat borc və 444 (dörd yüz qırx dörd) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1794/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1794/2022
22.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver