Məhkəmə qərarları › İş №e-2(060)-1795/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1795/2022

30.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1795/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı qızı ərizə ilə məhkəməyə müraciət edərək, 2-ci qrup əlil olan, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş ərizəçinin bacısı X4 fəaliyyət qabiliyyətiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs onun bacısıdır. Bacısı da xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. Uzun müddətdir ki, ağır dərəcəli əqli gerilik xəstəsidir, Sumqayıt Psixiatriya Xəstəxanasında dispanser və ambulor müşahidədir. 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Bacısı xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinin nəticəsini dərk etmir, yaddaş və ağıl zəifliyi vardır. Ona görə də məhkəməyə müraciət edərək bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün ona qəyyum təyin edilməsini istəyir. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hazırkı məsələnin həlli ərizəçinin mərhum atasından qalmış əmlakın özəlləşdirilməsi üçün vacibdir. Belə ki, həmin evin özəlləşdirilməsi zamanı Ə.Hüseynovanın da razılığının alınması vacibdir. Belə olan halda da Ə.Hüseynovaya qəyyum təyin olunmalıdır. Belə ki, X4 fəaliyyət qabiliyyətli olmaması ekspert rəyi ilə də təsdiqini tapmışdır. Vəkil, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS780838395AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, iddiaçının hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X1 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ T-185516 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. X3, atası X7r. İş materiallarında olan 225149 nömrəli vəsiqənin surətindən görünür ki, X8 uşaqlıqdan 2-ci qrup əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, X5 ağır dərəcəli əqli gerilik aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 836 saylı rəyinə əsasən, X5 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi anadan olması erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi tək-bir sözlərdən ibarət olmaqla zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, xəstəliyi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə Sumqayıt Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, əqli geriliklə əlaqədar davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, səbəbsiz qışqırması, həmçinin hərdən fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə: X5 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. 2-ci sual üzrə: X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 836 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar