Məhkəmə qərarları › İş №e-2(060)-181/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-181/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-181/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynlik hüququndan məhrum etmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha girmiş, bu izdivacdan xx.xx.2015-ci il təvəllüdlü Gülay adlı övladları doğulmuş, xx.xx.2018ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnamə ilə uşaq ananın himayəsinə verilmiş və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat alimentin tutulması qət edilmişdir. Lakin cavabdeh alimenti vaxtında ödəməmiş və xeyli miqdarda aliment borcu yaranmışdır. Cavabdeh spirtli içkiyə qurşanmış, mütəmadi olaraq spirtli işkilər qəbul etmiş, övladına maddi və mənəvi qayğı göstərməmiş, onun tərbiyyəsi ilə məşğul olmamışdır. Bu günə kimi cavabdeh müxtəlif tarixlərdə cəmi 6 dəfə olmaqla 1.150 manat aliment ödəmişdir. Bu günə kimi cavabdehin 8.357 manat aliment borcu yaranmışdır. Ona görə də o, övladını sağlam böyütmək və yaxşı tərbiyə etmək üçün xx.xx.2020-ci il tarixdə X5 ilə qarşılıqlı məhəbbət əsasında ailə həyatı qurmuşdur. X10 ilə aralarında olan rəsmi nikahdan xx.xx.2020-ci ildə bir övladı - X7 doğulmuşdur. Hər iki övladı onun himayəsindədir. Hər iki övladının sağlam böyüməsi, yaxşı təlim-tərbiyə alması üçün onların qayğısı ilə ana kimi - o və ata kimi X10 məşğul olurlar. Qızı Gülaya və oğlu X17 doğma ata kimi valideyn sevgisi, məhəbbəti ilə yanaşır və onlara ata kimi maddi və mənəvi qayğı göstərir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1359/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 831 saylı nikah qeydinin pozulması, xx.xx.2015-ci il təvəllüdlü X1 anasının himayəsinə verilməsi və Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin tutulub X2 verilməsi qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 100 nömrəsi ilə qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları vardır. - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1419 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Ağasiyeva soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladları vardır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1359/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə onun xeyrinə aliment ödənilmədiyindən 8768 manat ödənilməmiş aliment borcu yaranmışdır. - İcra işindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1359/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-2539/2018 saylı, 2018-ci il iyul tarixli qərardadı ilə Cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. 2018-ci il noyabr tarixli aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu şəxsin qeydiyyatda olduğu ünvan 2 ünvanda tapmaq mümkün olmamışdır. 2019-ci il yanvar tarixli qərardan görünür ki, borclu Cavabdeh barəsində axtarış elan edilmişdir. - Həmin icra işindən görünür ki, xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh izahatı alınmışdır. O, izahatında uşağı görmək istəyərkən qarşı tərəfin uşağı ona göstərmədiyini, bu səbəbdən də alimenti ödəməkdən imtina etdiyini, çeksiz ödənişlər etdiyini, pulu əlbəəl iddiaçıya verdiyini göstərmişdir. - Bu icra işində olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-809/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati hbəs olunmuşdur. - Həmin icra işindən görünür ki, xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh izahatı alınmışdır və o, izahatında aliment borcunu ödəyə bilmədiyini, 1 ay müddətin verilməsini xahiş etmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh Biank Group-da, mağazada fəhlə işləyir, aylıq əmək haqqısı 400 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları doğulmuş, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq miqdarda aliment tutulması qərara alınmışdır. Cavabdeh işləyir, aylıq əmək haqqısı 400 manat təşkil edir. Cavabdeh valideynlik və aliment öhdəliklərini yerinə yetirmir, hazırda 8207 manata aliment borcu vardır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 470 №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, komissiya uşağın fikirlərini və cavabdehin külli miqdarda aliment borcunun olmasını nəzərə alaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 münasibətdə valideynlik hüququndan məhrum edilməsinə etiraz etmir. Həmin rəydən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 fikirləri komissiyada öyrənilmiş, o, atasının hazırda anası ilə nikahda olan Nizami Ağasiyevin olduğunu, onu və qardaşı Uğuru çox sevdiyini, Varid adlı şəxsi isə ümumiyyətlə tanımadığını bildirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 49.3. və 51.1-ci maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, həmçinin, öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüquqlarına malikdir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Bu Məcəllənin 65.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Bu Məcəllənin 66.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı ilə birgə nikahdan doğulmuş uşağa münasibətdə öz valideynlik vəzifələrini yerinə yetirmədiyindən, eləcə də işləməsinə və müntəzəm gəlir (əmək haqqı) əldə etməsinə baxmayaraq alimenti qəsdən ödəmədiyindən iddia əsaslıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, valideynlik hüquqlarından məhrum edilmə şəxsi aliment ödəmək öhdəliyindən heç bir şəkildə azad etmir. Yəni şəxs valideynlik hüququndan məhrum edilsə belə aliment ödəməyə davam etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X3 münasibətdə valideynlik hüququndan məhrum edilməsinə dair iddiası təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 münasibətdə valideynlik hüququndan məhrum edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar