Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1814/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli 3/02990 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00180 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G-4 SMART markalı, **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.4-cü bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərini pozmuşdur. Belə ki, Sumqayıt şəhəri, mik-8, ev 24A, 28 nömrəli mənzilinə əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2019cu il tarixli aktla qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi: 4644 m , (dörd yüz altmış dörd manat 40 qəpik) manat, borc hesablanmışdır və istifadə olunmuş təbii qazın dəyərinə görə 464,40 manat debitor borc yaranmış, lakin istifadə olunmuş təbii qazın dəyəri vaxtında ödənilməmişdir. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 464,40 (dörd yüz altmış dörd manat 40 qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə cəmi 494,40 manat pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinə əlavə haqqında ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 464.40 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını və Cavabdeh məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 12/17, mənzil 18 kimi qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 yazılı formada çıxışını məhkəməyə təqdim edərək, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəməyə yazılı çıxışını təqdim edərək bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizənin araşdırılması zamanı qeyd edilənlərdən və iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi iddiaçı əslində debitor borcunu tələb etmir. İddiaçı ona dəymiş zərərin ödənilməsini tələb edir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi aktda sayğaca müdaxilə nəticəsində ona zərər dəydiyi iddia edilir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən məlum olur ki, iddiaçı qanunvericiliyin bu tələbinə əməl etməmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktı sözügedən maddədə göstərilən orqana təqdim etməmişdir. İddia ərizəsinə etirazda göstərilənlər və yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin qanunverciliyə uyğun qaydada və faktiki olaraq sübut edilmədiyinə görə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı İB-nin nümayəndəsi X2 və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: 03 fevral 2023-cü il tarixli 01/02FV-05-84 nömrəli İddiaçı İB tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, hesablanmış 464.40 manat borcun 5 gün müddətinə ödənilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı və əlavə olaraq məhkəmə xərclərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. X4 xx.xx.2023-cü il tarixdə xəbərdarlığı qəbul etmişdir. Abonentin saldosundan görünür ki, Cavabdeh Ömər qızının adına olan **********00180 nömrəli abonent koduna 2022-ci il üçün 464.40 manat cərimə hesablanmışdır. İddiaçı İB-nin qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altısatqısı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh ilə Sumqayıt şəhəri QİS-in rəis müavini F.Vəzirov arasında xx.xx.2022-ci il tarixində müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadədə olan 0.1 ha torpaq sahəsində yerləşən 12/17 nömrəli, 5 mərtəbələri binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 44.21 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh Ömər qızının adına daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydə alınmışdır. 29 oktyabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh ünvanına ******* saylı, 29 oktyabr 2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4644 kubmetr qaz itkisi hesablanmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı 29 oktyabr 2019-cu il tarixli akt sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi səbəbindən tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 29/1710- 02225-2 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun əzilməsi kimi hallar qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdən görünür ki, iddiaçının tərtib edərək məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın “aktın doğruluğunu imzamızla təsdiq edirik” qrafasında aktı tərtib edənlərdən yalnız bir nəfərin imzası vardır. Bir iştirakçının imzası yerində isə “imtina etdi” qeyd edilmişdir. Aktın son qrafasında – “istehlakçının (yəni cavabdehin) nümayəndəsi “akt”-ı imza etməkdən imtina etmiş, bir nüsxə ona təqdim edildi” –qrafasında isə üç nəfərin imzası vardır. Yəni, iddiaçının nümayəndələri aktda qeyd edilənlərin doğruluğunu deyil, imtina edilməsi barədə olan qeydin doğruluğunu təsdiq etmişlər. Cavabdehə təqdim edilən nüsxədə isə iddiaçının yalnız bir nümayəndəsinin imzası vardır. Cavabdehdə olan nüsxədə nə aktın “təsdiq edirəm” hissəsində, nə də “istehlakçının nümayəndəsi” “akt”-ı imza etməkdən imtina etmiş, bir nüsxə ona təqdim edildi” qrafasında heç bir imza yoxdur. Bu da onu deməyə əsas verir ki, bu tip aktlar əslində faktlar əsasında və yerində tərtib edilmir. Məqsəd isə saxta yolla “debitor borclar” yaratmaq və istehlakçılardan əsassız olaraq yaradılan həmin borcları müxtəlif vasitələrlə, o cümlədən vicdansızcasına əsassız iddilara verməklə, almaqdır. İddiaçı sözügedən qanun tələbinə bilə-bilə əməl etməyərək, öz mülahizəsinə görə saxta məlumatlar əsasında tərtib etdiyi xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın heç bir hüquqi əsası olmadığını əvvəlcədən bildiyi halda iddia verdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq məhkəmədən iş vaxtının itirilməsinə görə cavabdehin xeyrinə məbləğ tutulması barədə qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respubliksının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə agentliyinin Sumqayıt filialının 6 fevral 2023-cü il tarixli Nümayəndə2 ünvalanmış müraciətin araşdırılması barədə məlumatından görünür ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüxsəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan suiistifadə yolverilməzdir. (MM-560.3.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus ünvanda sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsinin cavabdeh tərəfindən hər hansı müdaxilə nəticəsində baş verməsi və ya onun təqsiri üzündən olması öz təsdiqini tapmadığından itirilmiş sərfiyyatı ilə bağlı cavabdeh məsuliyyət daşımır. Belə olan halda, iddiaçının məsuliyyəti cavabdehin öhdəliyinə verməsi və əsassız olaraq borc hesablayaraq qanunsuz tələb etməsi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı təşkilat daşıdığından («Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən), cavabdehin təqsiri müəyyən edilmədiyindən, yəni sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi sübut olunmadığından həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı təşkilat tərəfindən həyata keçirilməli olduğundan itirilmiş qazın bərpası məqsədilə iddiaçı təşkilat tərəfindən cavabdehin abunə koduna hesablanmış dəymiş ziyanın tələb edilməsi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatətlərə münasibət bildirərək qeyd edilməsini zəruri hesab edir ki, müddətin tətbiq edilməsi ilə bağlı qanunvericiliklə həmin əsasların olmadığı müəyyən edilmişdir. Həmçinin iş vaxtının itkisi ilə bağlı vurulmuş ziyanın ödənilməsi ilə bağlı hər bir tərəfin məhkəmə müdafiəsindən istifadə etmək imkanından çıxış edərək təmin edilməməsi qənaətinə gəlinməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1814/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1814/2023
26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver