Məhkəmə qərarları › İş №e-2(060)-188/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-188/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-188/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızınını sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus əsəri qanunsuz istifadə etməsi barədə özünə məxsus rəsmi sosial şəbəkə hesablarında(https://www.instagram.com/ramil_amarok/;https://www.facebook.com/ramil.c ahangirov) qaval daşı əsərinin iddiaçıya məxsus olması, ondan qanunsuz istifadə edilməsi barədə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada təkzib yayımlanması, Cavabdeh yazılı şəkildə, habelə özünəməxsus rəsmi sosial şəbəkə hesablarında ( https://www.instagram.com/ramil_amarok/; https://www.facebook.com/ramil.cahangirov) iddiaçıya məxsus Qaval daşı əsərindən qanunsuz istifadə etdiyinə görə iddiaçıdan və onun pərəstişkarlarından üzr istəməsi, Cavabdeh iddiaçıya məxsus tətbiqi sənət əsərindən istifadə etdiyi Qaval daşı məhv edilməsi və belə istifadə barədə bütün növ məzmunlar mövcud olan bütün internet şəbəkələrindən silinməsi, Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarının pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 54900 (əlli dörd min doqquz yüz) manat məbləğində maddi, iddiaçıya dəymiş mənəvi zərərə görə isə 500000 (beş yüz min) manat olmaqla, cəmi 554900 (beş yüz əlli dörd min doqquz yüz) manat kompensasiya tutularaq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 844,9 (səkkiz yüz qırx dörd manat, doqsan qəpiq) dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddətdir ki, Azərbaycanda və Qafqazda “ritm” və “ritm qrupu” anlayışlarını incəsənət sferasına ilk dəfə gətirən, həmin anlayışların ideya müəllifi, habelə “X11” və “Natiq Ritm Məktəbi”nin yaradıcısı, təsisçisi və rəhbəridir. Rəhbərlik etdiyi ansambl bir çox milli və beynəlxalq tədbirlərdə çıxış etmişdir. Bununla da, ölkəni müxtəlif arenalarda təmsil etmək fürsəti əldə etmişdir. İddiaçı yaradıcı fəaliyyətinin nəticəsində meydana gəlmiş bir çox musiqi alətlərinin və musiqi əsərlərinin müəllifidir və həmin müəlliflik hüququ obyektlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirmişdir. Onun tərəfindən 2012-ci ildə yaradılmış materialı daşdan olmayan, ebonit olan, əl ilə ifa olunan və fərqli səs effektlərinə malik “Qavaldaş nağara” adlı tətbiqi sənət əsəri 2019-cu il 11 dekabr tarixində 12/C-10851-19 nömrəsi ilə Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmışdır (şəhadətnamənin surəti əlavə olunur). İddiaçı həmin qavaldaş nağara tətbiqi sənət əsəri əsasında yaradılmış alətlə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Eurovision” mahnı müsabiqəsinin açılış mərasimində istifadə etmişdir (həmin qaval daşından onun tərəfindən qeyd olunan müsabiqədə istifadə olunmasına dair görüntülər yer alan videoyazıhttps://youtu.be/İWFC3BVJLBg). Habelə iddiaçı 2019-cu ildə Heydər Əliyev adına Sarayda “X11”nun böyük tamaşaçı kütləsinin iştirakı ilə keçirilən konsertində, habelə 2012-ci ildən etibarən Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə həmin Qaval daşından istifadə etməklə ifa etmişdir ( https://www.youtube.com/watch?v=475SHehnAyw). Cavabdeh iddiaçının razılığı olmadan qanunsuz olaraq “Qaval daş”dan istifadə etmişdir. Belə ki, müstəsna hüquqları iddiaçıya məxsus olan tətbiqi sənət əsəri olan müəlliflik hüququ obyekti olan çertyojlardan və materiallardan istifadə edilərək yaradılmış Qaval daşından cavabdeh Ramal Cahangirov müxtəlif tədbirlərdə istifadə etmiş, bununla məşhurluq əldə etmiş və haqsız qazanc əldə etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə (izahat) ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri absurd, həqiqəti əks etdirməyən, heç bir sübutu olmayan boş fərziyyələrdir. Belə ki, iddia ərizəsində bir abzas kimi qeyd olunur ki, güya Cavabdeh iddiaçının razılığı olmadan qanunsuz olaraq “Qaval daş”-dan istifadə etmişdir. Belə ki, müstəsna hüquqları iddiaçıya məxsus olan tətbiqi sənət əsəri olan müəlliflik hüququ obyekti olan çertyojlardan və materiallardan istifadə edilərək yaradılmış qaval daşından Cavabdeh müxtəlif tədbirlərdə istifadə etmiş, bununla məhşurluq əldə etmiş və haqsız qazanc əldə etmişdir. Bununla iddiaçının müəlliflik hüquqları pozulmuşdur. Bununla bağlı bildirir ki, internet resuslarında olan məlumat səhifələrində qeyd olunur ki, qavaldaşının adının etimologiyası – alətin adı iki türk sözündən yaranmış – “qaval” və “daş”. Qaval xanəndələrin sevə-sevə istifadə etdikləri birüzlü alət olmuş, “şənlik qabı”, “yalançı qab” anlamını bildirir. Sözün ikinci hissəsi – “daş” isə alətin tərkibinin, yəni materialının daşdan, qayadan ibarət olduğuna bir işarədir. Doğrudur, qavaldaşa əvvəllər başqa cür – məsələn “daş alət”, “daşla çalınan alət” və. deyildiyi də ehtimal olunur. Dünyanın müxtəlif ölkələrində az da olsa, qavaldaş tiplu alətlərə rast gəlmək mümkündür. Ümummiyətlə, qavaldaş tipli alətlərin elmi adı “litofon”dur. Yunanca “lito” (“lithos”) daş, “fon” (“phone”) isə səs deməkdir. Nəticədə “litofon” sözü dildə “daş səsli” anlamını bildirir. Qavaldaşın tərkibi çaqqanaqlı, yəni balıq qulağlı əhəng daşıdır. Cingirdağın şimal-şərq ətəyində yerləşən qavaldaş 114 nömrəli daş kimi qeydə alınmışdır. Alət altdakı qayaya yalnız iki nötqədə toxunan və bir növ hava yastığı üzərində dayanmış yastı çaqqanaqlar vardır. Qavaldaşın içərisində olan çaqqanaqların sıxlığından asılı olaraq onun müxtəlif nöqtələrini döyəcləyəndə fərqli səslər alınır. Belə ki, çaqqanaqların, yəni balıqqulaqlarının içərisində boşluq və məsamələr olduğu üçün daşlardan müxtəlif tonlu səslər çıxır. O səslərin qorunduğu X8 və Bədii Qoruğu 2007-ci ildən UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. İlk dəfə Azərbaycan radiosu üçün 1975-ci ildə qavaldaş haqqında hazırlanmış verilişdə Çingiz Mehdiyev bu aləti ifa etmişdir. 1978-ci ildə isə o, Azərbaycan televiziyası vasitəsi ilə qavaldaşı geniş tamaşaçı auditoriyasına təqdim etmişdir. Qavaldaşı daha sonralar Sadıq Zərbəliyev, İddiaçı, Tahir Hüseynov, Cavanşir Qasımov, Eldəniz Hacağayev, Ələkbər Heydərəli oğlu, Sahib Bünyadzadə, Heydər Davulçu tərəfindən də səsləndirilmişdir. Həmçinin bildirilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus tətbiqi sənət əsərinin müəlliflik hüququ obyekti olan çertyojlardan və materiallardan istifadə edilərək qavaldaşı yaradılmamışdır. Cavabdeh məxsus olan Qavaldaşı nağarının materialı penoplastdır, heç bir səsə malik deyildir. Sadəcə maket şəklindədir və səhnədə butafor kimi istifadə olunaraq imitasiya edilir. Bundan əlavə, iddiaçıya məxsus olan Qaval daşından cavabdeh Ramal Cahangirov tərəfindən heç vaxt və heç bir tədbirdə istifadə olunmamış və hər hansı bir qazanc əldə edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən də görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik təşkil etmir və pirat nüsxəsi deyildir. AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsus Qavaldaşı nağaranın materialı ebonitdir, əl ilə ifa olunur, fərqli səs effektlərinə malik olduğu halda bu alətdən tamamilə fərqli olaraq Cavabdeh tərəfindən ekspertizaya təqdim edilmiş və özünə məxsus olan Qavaldaşı nağaranın materialı penoplastdır, heç bir səsə malik deyil, sadəcə maketdir, səhnədə butafor kimi istifadə olunur və musiqi aləti deyil, o cümlədən, həndəsi ölçüləri fərqlidir və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müəlliflik hüququ pozulmamışdır. Həmçinin iddia tələbinin Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarının pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 54900 (əlli dörd min doqquz yüz) manat məbləğində maddi, iddiaçıya dəymiş mənəvi zərərə görə isə 500000 (beş yüz min) manat olmaqla, cəmi 554900 (beş yüz əlli dörd min doqquz yüz) manat kompensasiya tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsində məhkəmənin müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən qəbul etdiyi qərarlar sırasında zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, yaxud zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manat 55000 manatadək kompensasiya ödənilməsi nəzərdə tutulsa da, “Əqli Mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 6-cı maddəsi zərər müəyyən edilərkən hüquq sahibinə məxsus olan əqli mülkiyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlərin nəzərə alınmasını tələb edir. Göründüyü kimi, cavabdeh özünə məxsus qavaldaşından istifadə edərkən hər hansı bir pozuntuya yol verməmişdir, cavabdehin hərəkətlərində iddia tələblərinə uyğun gələn hüquqi əsas mövcud deyildir və buna görə də o, heç bir məsuliyyətə cəlb oluna bilməz. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfindən 14 avqust 2024-cü il tarixdə Biləcəri qəsəbəsində təqdim etdiyi maket iddia ərizəsində göstərilən, sosial şəbəkələrdə (o cümlədən, instagramda) görüntüləri yayılan və İddiaçı iddia tələblərinin irəli sürməyin səbəbi olan “qavaldaş nağara” maketindən fərqlidir. Bu barədə onların mövqeləri dərhal yerində baxışda iştirak edən bütün tərəflərə çatdırılmışdır və baxış aktında vəkil tərəfindən müvafiq qeyd aparılmışdır. Görüntülərdən açıq-aşkar görünür ki, tərəf fərqli “qavaldaş nağara” maketi təqdim edərək, həm ekspertləri, həm də məhkəməni yanıltmaq niyyətindədir. Təqdim edilmiş maketin həm ölçüləri, həm də səth toxuması fərqlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə İddiaçı hüquqlarının müdafiəsi üçün vəkilin dəyişməsi ilə əlaqədar bu günkü məhkəmə baxışında iştirak edə bilməyəcəkdirlər. İşə yeni təyin edilmiş vəkil X1 yeni etibarnaməsini işə əlavə edirlər. Vəkil orderinin alınması və yeni vəkilin işə qoşulması üçün əlavə vaxt lazım olduğuna görə, məhkəmə baxışı bir 10 gün müddətinə təxirə salınması xahiş olunmuşdur. 27 iyun 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, həqiqətən də cavabdehin bildirdiyi sual qərardadda olmamışdır. Hesab edir ki, qarşı tərəf işi qəlizləşdirməyə çalışır. Qarşı tərəfin bildirdiyi ifaçıların bu məsələyə aidiyyəti yoxdur. Ekspert rəydə açıq-aşkar qeyd edir ki, akustika məsələsi ümumiyyətlə nəzərə alınmır. Burada yalnız vizual oxşarlıqlara aid söhbət aiddir. Həmin sualın qoyulmasını məhkəmənin mülahizəsinə buraxır. Əgər rəyə baxılsa 10-cu suala aid cavab həmin suala veriləcək cavab kimidir. Özü də fikirləşmişdir ki, məhkəmə bəlkə ona görə o sualı əlavə etməmişdir? Hesab edirlər ki, mövcud suallar ilə məsələ öz həllini tapa bilər. İddiaçı münasibətdə onun müəlliflik hüququ Avroviziya müsabiqəsində açıqlanmışdır. Artıq vizual olaraq o görsənir. Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi də həmin fikri söyləmişdir. Müəlliflik hüququ obyektin açıqlandığı tarixdən başlayır. Qeydiyyata alınma tarixi isə müəlliflik hüququnda mövcud deyildir. Debanasiya etmək – gələcəkdə öz sübutetmə vəzifəsini asanlıqla həyata keçirsin deyə vardır. İddiaçı hüququ da 2012-ci il tarixdə yaranmışdır. Şəhadətnamədə də o qeyd vardır. 04 noyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, onlar iddia ərizəsinə əlavə etmişlər, lakin hal-hazırda 2 disk təqdim edir. Keçən məhkəmə iclasından sonra tərəf ekran görüntüsünü gizlətmişdir, lakin onlar onu əvvəldən ekran görüntüsünü çəkmişlər və məhkəməyə disk də təqdim edir. Onlar bildirir ki, maket tədbirin təşkilatçılarına aid olmuşdur. Bunu isə əvvəldən deyə bilərdilər. Bu Bədən tərbiyəsi və İdmanla bağlı tədbirdir. Tədbirdə iştirak etmişlər və heç bir sübut təqdim edilməmişdir ki, maket onlara məxsus deyildir. Onlar onunla bildirmək istəyirlər ki, bir tədbirdə iştriak etmək üçün 15-20 min manat qazanc əldə edə bilir. Ramil də analoji qavaldan istifadə edərək qazanc əldə etmişdir. 27 iyun 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən ekspert X6 izahatında göstərmişdir ki, cavabdehə məxsus qaval daşına baxış keçirilməmişdir. Çünki təqdim olunmamışdır. Nə isə tələb etmək ekspertin vəzifəsi deyildir. Onlar təqdim etməli idi. Bir dəfə mart ayının əvvəli, bir dəfə də martın sonu və yaxud aprelin əvvəli əlaqə saxlanılmışdır. Təqdim olunduğu təqdirdə baxış keçirilməsi mümkündür. Gülşən xanımın dediklərini tam xatırlamır. 04 noyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında video-konfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmuş ekspert X6 izahatında göstərmişdir ki, rəy təqdim edilən maket üzrə verilmişdir. Eyniləşdirmə aparılmamışdır. Video və fotoşəkillərə eyniləşdirmə aparılmamışdır. Başqa maket təqdim edilməmişdir. Biləcəri qəsəbəsində cavabdehə məxsus olan maket təqdim olunmuşdur. Ölçülərdən başqa həndəsi forması da fərqlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkilinin dediklərinə əlavələr səsləndirməmişdir. Məhkəmə iclasında iştrak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, burada hüquqdan sui-istifadəyə yol verilir. Ərizəyə nəzər salınsa, iddiaçının bu vaxta kimi məhkəmə iclaslarında iştirak etmiş vəkili tərəfindən yerləşdirilmiş elektron ərizədir. Ərizədə əsas kimi göstərmişdir ki, iddiaçı güya başqa bir vəkil ilə müqavilə bağlamaq istəyir. Lakin order hazır olmadığı üçün məhkəmə iclasının 10 gün təxirə salınmasını xahiş edir. Artıq Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin müvafiq qərarına əsasən müqavilə bağlamaqla vəkil orderləri elektron qaydada verilməklə istifadə edilir. Bu gün 90% bürolarda elektron orderdən istifadə edilir. Gələn ilin yanvar ayının 1-dən isə ümummiyyətlə elektron olmayan orderlərdən istifadə edilməsi qadağan ediləcəkdir. Yalnız elektron orderlərdən istifadə etmək mümkün olacaqdır. Bunun üçün heç bir vaxt tələb olunmur. Başqa ölkədə olsa belə vəkil ilə hüquqi xidmət haqqında müqavilə bağlayaraq elektron orderin götürülməsi mümkündür. Ərizənin yerləşdirilmə tarixinə və saatına baxılsa müəyyən olunar ki, məhkəmə iclasının başlanılmasına bir neçə dəqiqə əvvəl qalmış elektron sistemə yerləşdilirmişdir.Özü də Bakı Şəhərində fəaliyyət göstərir. Bütün bu çətinliklərə baxmayaraq çalışır ki, hər bir prosessdə iştirak etsin. Ən azından məhkəmə baxışının təxirə salınması xahişi vardırsa, ərizəni bir gün əvvəl və yaxud səhər saatlarında vurmaq olardı. Bunu da müəyyən edərək, öz işlərini tənzimləyə bilərdi. Özü bu günki iclasa gəlmək üçün Yasamal Rayon Məhkəməsində baxılan bir prosessi təxirə saldırmışdır. Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin bu gün iclası vardır. Onun iştirakı da orada olmalı idi. O iclasda da iştirak etməmək üçün sədrdən icazə almışdır. Bütün bu çətinliklərə baxmayaraq iclasda iştirak edir. Lakin qarşı tərəf hər cür vəchlə süni yollarla və süni vasitələrlə məhkəmə baxışını ləngitmək məqsədi ilə əsassız vəsatətlər verir. Ona görə də hesab edir ki, bu hal məhkəmə baxışını qəsdən uzatmaq məqsədi kimi qiymətləndirilməlidir. Ona görə də qarşı tərəfin cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Uzun müddətdir ki, məhkəmə işi gedir. Bir neçə dəfə də ekspertiza tədqiqatı aparılmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. İddia tələbini sübut edən bir neçə konkret hallar vardır. Ümummiyətlə bu prosessə başlamamışdan öncə onun tərəfindən vahid məhkəmə təcrübəsi araşdırılmışdır. Eyni kateqoriyadan olan işlər ilə bağlı Ali Məhkəmənin bir neçə qərarına diqqət yetirmişdir. Hal-hazırki iddia xüsusi iddiadır. Yəni hər an qarşılaşa biləcəkləri bir iddia deyildir. Xüsusi hüquqlarla bağlı olduğu üçün hesab edir ki, burada xüsusi bir yanaşma olmalıdır. Əvvəla iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ olub-olmadığı müəyyənləşdirilməlidir. İş materiallarına nəzər yetirilsə görülər ki, iddiaçı iddianın əsası kimi Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş şəhadənaməni əsas göstərir. Həmin şəhadətnaməyə əsasən hesab edir ki, Qobustan Milli Tarixi Qoruğunda saxlanılan qaval daşı nağara maketindən istifadə edilməsi müstəsna hüququ ona məxsusdur. Ümummiyətlə bu absurd bir fikir və ideyadır. Təsəvvür etmək olar ki, Qız Qalası maketini kimsə tərəfindən istifadə edilməsinə qadağa qoyulur. Yaxud Eyfel qülləsinin bütün dünya tərəfindən maketinin hazırlanmasına qadağan qoyulur. Qaval daşı nağara millətin tarixi-incəsənət nümunəsi olmaqla tarixi-muzeyində saxlanılır. Onun əsli də bugün ordadır. Qaval daşının özünə Mərkəzi Ekspertiza İdarəsi tərəfindən yerində bir neçə dəfə baxış keçirilmişdir. Həqiqətən də həmin alətin orada olması ekspertlər tərəfindən müəyyən edilmişdir. Lakin İddiaçı tərəfindən istifadə edilən maket qaval daşı nağaranın maketidir. Əslində çalğı aləti də deyildir. Sadəcə səhnədə görünüş yaratmaq üçün istifadə edilən maketdir. İddiaçı istifadə etdiyi və Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş şəhadətnamədə yalnız İddiaçı qaval daşı nağaranın sxeminə, çertyojuna mülkiyyət hüquqlarının olması göstərilir. Birbaşa sxem və çertyoj yazılmışdır. Konkret olaraq eyni ölçüdə sxemdən, həmin qabaritlərdən, həmin maddələrdən istifadə etməklə qaval daşı nağara istifadə olunarsa, İddiaçı özünün hazırladığı qaval daşı nağara kimsə tərəfindən istifadə olunarsa bu zaman iddiaçının hüquqları hansısa formada pozulmuş hesab edilə bilər. Bugün məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı istifadə etdiyi qavaldaşı nağaradan nəinki Cavabdeh, ümummiyətlə heç kim istifadə edə bilməz. Çünki özündədir və heç kimə vermir. Çertyoj isə sənəd formasında onun özündə saxlanılır. Ekspertiza tərəfindən verilmiş sonuncu rəydə qeyd edilmişdir ki, İddiaçı istinad etdiyi video görüntülərdəki qaval daşı nağara ilə Cavabdeh istifadə etdiyi qaval daşı nağara ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün deyildir. İddiaçı da istinad etdiyi yeganə sübut video-görüntülərdir. Hansı ki, güya Cavabdeh qaval daşı nağaradan istifadə etməklə onun hüquqlarını pozmuşdur. Video-görüntülərdəki hazır səhnədir. Cavabdeh onu qura bilməz. Dövlət tərəfindən formula 1 yarışının açlışında dəvət edilmişdir. Hazır qurulmuş səhnədə qaval daşı nağaradan istifadə etmişdir. Ekspert deyir ki, həmin qaval daşı nağara naturada onlara təqdim edilməyənə kimi onu müəyyən edə bilməyəcəkdirlər. Etiraz ərizəsində də bildirmişlər ki, qaval daşı nağaradan İddiaçı qədər xalq sənətkarları istifadə etmişlər. Cavabdeh deyə bilər ki, onu İddiaçı deyil, Sadıq Zərbəliyevin ifasında görmüşdür. Bu o demək deyil ki, İddiaçı ideyasından istifadə etməklə Cavabdeh özünə qaval daşı nağara hazırlamışdır. Cavabdeh bu prosessin gedişində nəinki ifanı həyata keçirə bilmir, həm də İddiaçı rəsmi və qeyri-rəsmi yollarla cavabdehin bu gün fəaliyyət göstərməsinin qarşısını alır. Gənc kadrların irəli getməsinə mane olur. Ona görə də bu iddianın da həmin kateqoriyadan olan iddia olduğunu hesab edirlər. Ona görə də hesab edirlər ki, iddia tələbi təmin edilə bilməz. İddiaçı ilə cavabdeh vaxtı ilə bir komanda daxilində işləmişlər. Demək olar ki, Cavabdeh onun şagirdi olmuşdur. Bu yerə qədər gəlib çıxmasında iddiaçının müəyyən qədər rolu olmuşdur. Artıq özü müstəqil fəaliyyət göstərir. Bu da İddiaçı qıcıqlandırır. Bu gün dövlət tədbirlərinin bir çoxuna iddiaçını deyil, cavabdehi dəvət edirlər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X7 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Əqli Mülkiyyət Agentliyi ölkədə əqli mülkiyyət siyasətini həyata keçirən publik hüquqi şəxsdir. Əsas dövlət orqanı kimi Mərkəzi İcra Hakimiyyətinin səlahiyyətlərinə malikdir. İddiaçı Şirinov X3 müraciət edərək, “Qavaldaş nağara” adlı əsəri tətbiqi sənət əsəri kimi qeydiyyata aldırmış və çertyoj və ona əlavə olunan sənədlər də Agentlik tərəfindən qeydə alınmışdır. Həmçinin Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun müvafiq müddəalarına əsasən əgər mübahisələndirilən hal məhkəmə tərəfindən təsdiq olunmayıbsa müəlliflik hüququ şəhadətnaməsi müəlliflik hüququ prezumspiyası kimi tanınır. Şəxsin müəlliflik hüquqlarını təsdiq edən və ona məxsus olmasını təsdiq edən sənədir. Hazırki iddia ərizəsi və ona əlavə olunan məlumatlardan görünür ki, iddiaçının iddia etdiyinə görə cavabdeh onun əsərinə oxşar olan əsərdən müxtəlif tədbirlərdə istifadə etmiş və ondan gəlir əldə etmişdir. Tətbiqi sənət əsərində göstərilən çetryojlarda olana uyğun olaraq hər hansı bir əsərin yaradılaraq ondan istifadə edilməsi, ondan gəlir götürülməsi Müəlliflik və əlaqəli hüquqlar haqqında qanunun 15-ci maddəsinə əsasən iddiaçıya məxsusdur. Ona görə də iddiaçı hal-hazırki halda cavabdeh tərəfindən hüquqlarının pozulduğu məhkəmə tərəfindən təsdiq olunduğu halda həm maddi həm də mənəvi zərərə görə pul məbləği tələb etmək və onun əsərinə oxşar olan əsərdən istifadəni qadağan etmək hüquqlarına malikdir. Konstutsiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə belə zərər anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlər – şərəf və ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ və sair hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi sarsıntı bilavasitə zərər vuranın hərəkətlərindən sonra zərəkçəkmişin şüuruna təsir göstərir. O da əmlak zərəri ilə birlikdə və ya əmlak zərəri vurulmadığı hallarda müstəqil şəkildə kompensasiya edilir. Həmçinin oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarındada qeyd olunmuşdur. Müəlliflik hüququ pozuntusunun vurulduğu zərərin miqdarına görə də İnzibati Xətalar Məcəlləsində müvafiq inzibati xəta müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165-ci maddəsində müvafiq cinayət tərkibi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş şəhadətnamə nəzərə alınmalıdır. “Qavaldaş nağara” adlı əsərdən hansı ki, çertyoj iş materiallarına əlavə olunmuşdur və oradan müəyyən olunur ki, həmin əsərə tam oxşardan və onun mahiyyətinə dəyişiklik edilmədən əsas elementləri saxlanılmaqla istifadəsi müəlliflik hüquqlarının pozuntusu və həmin əsərlər də pirat məhsullar hesab olunur. Onlarda çertyojlar saxlanılır. Çünki məhsulun yaradılmasını təşkil edən əsas mənbə çertyojdur. 2021-ci il tarixdən həmin orqanda işləyir. Həmin sahə üzrə fəlsəfə doktorluğunda üç ildir ki, tədqiqat aparır. Məhkəmə zəruri görsə, onların orqanı mütəxəssis rəyi də təqdim edə bilər. “Qavaldaş nağara” tətbiqi sənət əsəri kimi qeydiyyata alınmış çağrı alətidir. Əgər eyni formada olan alətdirsə və çalğı aləti deyilsə və immitasiya üçün nəzərdə tutulmuşdursa, müəlliflik hüququnun pozuntusu vardır. Bu müvafiq hüquq normalarını bildirə bilər. İlkin baxdqıqda bunlar oxşardır. Yuxarıdan yəni üst hissəsindən baxdıqda istifadə olunmuş təsəvvürünü yaradır. Şəxsi məqsədlər üçün istifadə Müəlliflik və əlaqəli hüquqlar haqqında qanuna əsasən istisna hal kimi nəzərdə tutulmuşdur. Orada qeyd olunmuşdur ki, şəxsi məqsədlər üçün istifadə müəllifin razılığı olmadan ümumi qonorar istifadə olunmaq şərti ilə bir nüsxə istifadə oluna bilər. Lakin gəlir əldə etmək məqsədi heç bir halda olmamalıdır. Çertyoj ilə bağlı eskpertizadan müəyyən olunmuşdur ki, heç bir zaman belə bir çertyojun və sənədin qeydiyyata alınması ilə bağlı müraciət olmamışdır. Eyni zamanda dövlət varidatında belə bir əsər qorunmur. Onlar çertyoju qoruyurlar. Müəlliflik hüququ haqqında şəhadətnamənin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunur. Əqli Mülkiyyət Agentliyinin bazası əsasında qeydiyyat aparılır. Bu isə özlüyündə iki yerə - qeydiyyat olunmuş və dövlət varidatı hesab olunmuş əsərlər. Halhazırda çertyoja müəlliflik hüququ İddiaçı məxsusdur. O zamana kimi ki, bu məsələnin mübahisələndirilməsi və İddiaçı həmin əsərin sahibi olmaması barədə məhkəmə qərarı çıxarılmışdır. Həmin vaxta kimi həmin əsərə həm əmlak həm də qeyri-əmlak hüquqları iddiaçıya məxsusdur. Çertoyjun müəlliflik hüquqlarını pozmaqla qeydiyyata alınmasını iddia edən şəxs ya agentliyə, ya da məhkəməyə başqa bir şəxsin onun müəlliflik hüquqlarını pozmaqla əsəri qeydiyyata aldığı barədə müraciət etməlidir. İlkin baxışda onların eyni olması təsəvvürü yaranır. Lakin bu fərqli də ola bilər. Ona görə də dəqiq mövqe ifadə edə bilmir. Çertyoju agentliyin mütəxəssisinə təqdim etməlidilər ki, dəqiq rəy verə bilsin. Subyektiv hüququ olan şəxs məhkəməyə müraciət etməlidir ki, bununda nəticəsində müəlliflik hüququ qüvvədə olmasın. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 844,90 (səkkiz yüz qırx dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 11313 nömrəli əsərin qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, əsərin adı – “Qavaldaş nağara”, obyektiv forması – çertyoj (izahla birlikdə), növü tətbiqi sənət əsəri (nağara zərb alətinin təkmilləşdirilməsinə dair) açıqlanması 2012-ci il, Azərbaycan, qeydiyyat nömrəsi – 12/C-10851-19, qeydiyyat tarixi – xx.xx.2019-cu il, müstəsna müəlliflik hüququnun sahibi İddiaçı, sirafişin nömrəsi isə Q-767- 8-dir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” səlahiyyətlər əsasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müstəsna müəlliflik hüququnun sahibi İddiaçı “Qavaldaş nağara” əsərini qeydiyyatdan keçirmiş və bu şəhadətnaməni vermişdir. Adı “Qavaldaş nağara”-dır. Yaradılış tarixi 2012ci ildir. Qavaldaşdan fərqi materialının daş deyil, ebonit olmasıdır. Fərqli səs effektlərinə malikdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik, pirat nüsxəsinin təşkil edib-etməsini və aralarındakı fərqin müəyyənləşdirilməsi barədə QD-423 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Ağadadaş Qurbanov, 51 ünvanda ekspertizaya təqdim edilmiş Qavaldaşı nağara ilə AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara ilə eynilik təşkil etmir və pirat nüsxəsi deyildir. AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsus Qavaldaşı nağaranın materialı ebonitdir, əl ilə ifa olunur, fərqli səs effektlərinə malik olduğu halda bu alətdən tamamilə fərqli olaraq Cavabdeh tərəfindən ekspertizaya təqdim edilmiş və özünə məxsus olan Qavaldaşı nağaranın materialı penoplastdır, heç bir səsə malik deyil, sadəcə maketdir, səhnədə butafor kimi istifadə olunur və musiqi aləti deyil, o cümlədən, həndəsi ölçüləri fərqlidir və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müəlliflik hüququ pozulmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(105)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-16(060)-286/2023 nömrəli və bununla bağlı 23 oktyabr 2023-cü il tarixli, e-16(060)-286/2023 nömrəli qərardadlarının ləğv olunması, ərizəçi İddiaçı "müvəqqəti təminat tədbirinin tətbiq edilməsi" barədə ərizəsinin təmin olunması, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnaməyə əsasən 12/S10851-19 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “Qavaldaş nağara” adlı tətbiqi sənət əsərini təkrarlayan qaval daşı musiqi alətindən Cavabdeh tərəfindən istifadə və ifa olunması iddiaçı Natiq Bahadur oğlunun Şirinovun Cavabdeh qarşı «pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə minənə qədər qadağan olunması, qərardadın dərhal qanuni qüvvəsini alması, qərardadın dərhal icra olunması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-müəllifşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ekspert qarşısında AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağara X8 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşlarının nüsxəsini, birbaşa və ya dolayısı yolla surətini təşkil edirmi? və AR Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı adına verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən Qavaldaşı nağaranın X8 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşları ilə xüsusi, ümumi və fərqləndirici əlamətləri hansılardır? sualları qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli, 5/1773-6/6574 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat zamanı İddiaçı təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən üç ədəd qavaldaş nağaralarla xarici həndəsi xüsusiyyətlərində və ölçülərində eynilik təşkil etmirlər. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5793/2023 nömrəli mülki iş üzrə 2023-cü il 20 noyabr tarixli qərardadında ekspert qarşısında qoyulmuş aidiyyəti suallara dair mütəxəssis rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iddiaçıya məxsus müəlliflik hüququ obyekti ilə cavabdehin qanunsuz olaraq istifadə edildiyi iddia edilən alətin arasında müqayisəli təhlil Agentlikdə qeydiyyata alınmış çertyojlar vasitəsilə və ya ilk dəfə iddiaçının 2012-ci ildə kütləvi bildirişini həyata keçirdiyi video görüntülərinin texniki parametrlərinin tədqiqi aparılmadan mütəxəssis yanaşması sərgilənərək ilkin təəssürat baxımından cavabdeh tərəfindən istifadə olunan obyektlə iddiaçının yaradıcıllıq fəaliyyətinin nəticəsi hesab olunan tətbiqi sənət əsərinin müqayisəli təhlili vizual olaraq iddiaçıya məxsus tətbiqi sənət əsəri ilə oxşar olduğunu deməyə əsas verir. Bu isə özü-özlüyündə müəllifin (iddiaçının) Qanunun 14-cü və 15-ci maddələrində müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ekspertiza qarşısında qoyulmuş sualla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüquq obyekti Agentlikdə iddiaçının adına tətbiqi sənət əsəri kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınmış əsərin obyektiv forması izahla birlikdə olan çertyojdur. Qanunun 4-cü maddəsinə əsasən “tətbiqi sənət əsəri” dedikdə əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri başa düşülür. Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun obyektlərindən biri də tətbiqi sənət əsəridir. Göründüyü kimi, əsərin obyektiv forması çertyojdur. Başqa şəxslər tərəfindən müəllifdən razılıq alınmadan qeyd olunan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan hazırlansa belə müəlliflik hüquq pozuntusu ilə nəticələnəcəkdir. Nəzərə almaq lazımdır ki, müəlliflik hüququ obyekti əqli fəaliyyətin nəticəsi olaraq obyektif formada ifadə olunur. Qeyd olunan çertyojda əks olunan sxemlər müəllifin əqli fəaliyyətinin nəticəsi olduğu nəzərə alınaraq, başqa şəxlər tərəfindən bunun istifadəsi müəlliflik hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirlər ki, müəllifin razılığı və icazəsi olmadan çertyojlarda əks olunmuş sxemlərdən istifadə edilərək fərqli ölçülərdə alətin yaradılması müəlliflik hüququ pozuntusu ilə nəticələnəcəkdir. Çünki qeyd etdikləri kimi, burada həmin çertyojlarda əks olunmuş təsvirlər (sxemlər) müəllifin yaradıcıllıq fəaliyyətinin nəticəsidir. Bundan əlavə olaraq, Qanunun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əsərdən istifadəyə müstəsna hüquqlar dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləməyi (yenidən işləmək hüququ) həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir. Odur ki, müəllifin yaratdığı formanın oxşar və ya eyni olaraq başqa ölçüdə istifadəsi müəlliflik hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. 5-ci və 6-cı suallara aid cavablarda təqdim edilmiş əsaslandırma məhz bu sual üçün də keçərlidir. Başqa şəxs tərəfindən müəllifin razılığı və icazəsi olmadan ona çertyojlardakı əksini tapmış müəlliflik hüququ obyektlərinin qanunsuz olaraq istifadə etdiyi alətdə ümumilikdə səs effektinin olubolmaması halı ilə əlaqələndirilə bilməz. Burada tətbiqi sənət əsərin obyektiv formasında əksini tapmış çertyojlardan qanunsuz istifadə edilməsi müəlliflik hüququ pozuntusunun olduğunu demək üçün kifayətdir. 5-7-ci suallara verilən cavablarda təqdim edilmiş cavablarda göstərilmiş əsaslandırma bu sual üçün də nəzərə alınmalıdır. Musiqi alətinin ifa tərzinin fərqli olması müəlliflik hüququ obyekti kimi iddiaçının adına qeydiyyata alınmış əsərdən qanunsuz istifadə halını aradan qaldırmır. İlk olaraq “özünə məxsus olan qavaldaşı nağaradan” sözləri dəqiqləşdirilməlidir. Belə ki, “özünə məxsus olan” dedikdə o başa düşülür ki, həmin “qavaldaşı nağara” heç bir şəxsin hüquqlarını pozmadan qanunvericiliyə uyğun qaydada yaradılmış orijinal müəlliflik hüququ obyekti (tətbiqi sənət əsəri-musiqi aləti) olsun. Əqli Mülkiyyət Agentliyində iddiaçıdan başqa cavabdehin iştirak etdiyi tədbirlədə müəlliflik hüququ obyektindən qanunsuz istifadə olunması ilə bağlı iddia qaldırılması və ya hər hansı hüquqi müdafiə vasitələrindən istifadə olunması barədə məlumat yoxdur. Sualda “abidə kimi qorunan qavaldaşlarının nüsxəsindən” sözlərinə aydınlıq gətirildikdən sonra cavablandırıla bilər. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ünvanlanmış vəsatətdən görünür ki, mülki iş üzrə təkrar məhkəmə-müəllifşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixdə iş üzrə icraat dayandırılaraq məhkəmə-müəllifşünaslıq ekspertizası təyin edilmişdir və 5 gün ərzində tərəflərə bununla bağlı sualların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixdə təyin olunmuş ekspertiza ilə bağlı suallar Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən isə həmin suallar məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhz bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 5973/2023 saylı qərardadı imzalanaraq elektron məhkəmə sistemində yerləşdirilmişdir. Həmin qərardadının nəticə hissəsində onun tərəfindən xx.xx.2023-cü il tarixli vəsatətdə verilmiş suallardan biri öz əksini tapmadığı üçün məhkəməyə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrlə müraciət edilərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-5973/2023 saylı qərardadına düzəlişin edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə iş üzrə icraatın dayandırıldığı üçün vəsatətdə qeyd olunanların iş üzrə icraat təzələndikdən sonra müzakirə olunacağı bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin rəydən də göründüyü kimi, ekspert tərəfindən yalnız 9 və 11-ci suallar üzrə təhqiqatın nəticəsi müəyyən edilmişdir və o, öz rəyinə hazırki işdə iddiaçı tərəfindən maraqlı şəxs qismində iştirak edən və bu işdə birbaşa iddiaçının maraqlarına uyğun hərəkətlər edən, iddia tələbinin hər vasitə ilə təmin olunmasına can atan və həmçinin bu işdə öz xüsusi marağı olan qurumun - Əqli Mülkiyyət Agentliyinin baş hüquqşünası İqbal Əsgərov tərəfindən ehtimallar və fərziyələr əsasında verilmiş xx.xx.2024-cü il tarixli bir mütəxəssis rəyini əlavə etmişdir. İlk öncə qeyd edirlər ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi bir çox suallar üzrə təhqiqat aparılmadığı üçün natamamdır, qərəzlidir və sanki qarşı tərəfin sifarişi əsasında və maraqlarına uyğun bir şəkildə tərtib edilmişdir. Halbuki, AR MPM-nin 101.6-cı maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Bundan əlavə, rəydən və rəyə əlavə edilmiş aktlardan da görünür ki, rəy tərtib edilərkən cavabdehin iştirakı da təmin olunmamışdır və ekspertlər tərəfindən onların iştirakı ilə heç bir baxış keçirilməmiş, təhqiqat və ölçü işləri aparılmamışdır. Halbuki, AR MPM-nin 99.1-ci maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Həmçinin, rəydə qeyd olunur ki, cavabdeh tərəfindən təhqiqat obyekti olan qavaldaşı nağaranın imitatoru ekspertizaya təqdim olunmamışdır. Qeyd edir ki, cavabdehin ekspertizada iştirak etməsi və onda olan qavaldaşının ekspertizaya təqdim olunması ilə bağlı ekspertlə dəfələrlə əlaqə saxlanılmış, ekspert gəlib ünvanda təhqiqat obyektinə baxış keçirilməsinin və fiziki-kimyəvi təhqiqat aparılmasının zəruri olduğu bildirsə də, sonradan cavabdehdə olan təhqiqat obyektinə heç bir baxış keçirməmişdir və təhqiqat işləri aparmamışdır və bu qərəzli hərəkətlərini isə rəydə qeyd olunan özünəməxsus tərzdə əsaslandırmağa çalışmışdır. Həmçinin qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-5973/2023 saylı qərardadının nəticə hissəsində onun tərəfindən verilmiş vəsatətdə olan suallardan biri öz əksini tapmamışdır. Belə ki, iş üzrə ekspertizanın təyin edilməsi ilə əlaqədar ekspertlər qarşısında digər suallarla yanaşı “Cavabdehə məxsus olan qavaldaşı nağara X8 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşlarının nüsxəsini, birbaşa və ya dolayısı yolla surətini təşkil edirmi? sualının da onun tərəfindən verilmiş vəsatətdə qeyd olunmasına baxmayaraq qərardadda məhz həmin sual qoyulmamış, bununla bağlı verilmiş vəsatətlərə də heç bir əhəmiyyət verilməmişdir. Lakin, iddiaçının təqdim etdiyi qavaldaşı ilə X8 və Bədii Qoruğunda yerləşən yalnız 3 qavaldaşı üzrə təhqiqat aparılmışdır. Halbuki, fotoşəklini vəsatətə əlavə etdiyi və X8 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşı üzrə ekspertlər tərəfindən qərəzli olaraq və bilərəkdən heç bir təhqiqat aparılmamışdır. Bu isə iş üzrə ekspertizanın birtərəfli, qeyriobyektiv və qərəzli aparıldığından dəlalət edir. Həmçinin məhkəmə təqdim edilmiş rəyə əsasən hazırda ekspert qarşısında əlavə sualın qoyulmasına da zərurət yaranmışdır. Belə ki, dəfələrlə məhkəmə hazırlıq iclaslarında bildirilmişdir ki, qavaldaşı nağaradan iddiaçıdan əvvəl ilk dəfə Azərbaycan radiosu üçün 1975-ci ildə qavaldaş haqqında hazırlanmış verilişdə Çingiz Mehdiyev bu aləti ifa etmişdir. 1978-ci ildə isə o, Azərbaycan televiziyası vasitəsilə qavaldaşı geniş tamaşaçı auditoriyasına təqdim etmişdir. Qavaldaşı daha sonralar Sadıq Zərbəliyev, Tahir Hüseynov, Cavanşir Qasımov, Eldəniz Hacağayev, Ələkbər Heydərəlioğlu, Sahib Bünyadzadə, Heydər Davulçu tərəfindən də səsləndirilibdir. Ona görə də ekspert qarşısında aşağıdakı suallarından da qoyulmasına zərurət yaranmışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi əsaslı deyil və həmin rəydə də şübhə doğuran məqamlar kifayət qədərdir. Ona görə də, iş üçün əhəmiyyətli olan bütün halların tam və obyektiv aydınlaşdırılması məqsədilə iş üzrə təkrar ekspertiza təyin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.3-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iş üzrə təkrar məhkəməmüəllifşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin ekspertlər qarşısında aşağıdakı sualların da qoyulmasını xahiş etmişdir. Cavabdeh məxsus olan qavaldaşı nağara X8 və Bədii Qoruğunda abidə kimi qorunan qavaldaşlarının (o cümlədən fotoşəkili vəsatətə əlavə olunan qavaldaşının) nüsxəsini, birbaşa və ya dolayısı yolla surətini təşkil edirmi? Cavabdeh məxsus olan qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəlioğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi? İddiaçı adına AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəlioğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi? Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatətin təmin edilməsi, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə əlavə məhkəmə-müəllifşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə işin baxılma müddətinin 2 ay uzadılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-5/827/24 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər. Hərhansı obyektlərin video görüntüləri əsasında oxşar və ya fərqli xüsusiyyətlərinin, ilkin təəsurat baxımından vizual olaraq oxşarlığının müəyyən edilməsi məhkəmə ekspertizasının həll etdiyi məsələyə aid olmadığı üçün ekspert qarşısında qoyulmuş “Cavabdeh məxsus olan qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəli oğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi?” və “İddiaçı adına AR Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş əsərin qeydiyyatı haqqında 11313 saylı şəhadətnamədə göstərilən qavaldaşının Çingiz Mehdiyevin, Sadıq Zərbəliyevin, Tahir Hüseynovun, Cavanşir Qasımovun, Eldəniz Hacağayevin, Ələkbər Heydərəlioğlunun, Sahib Bünyadzadənin, Heydər Davulçunun qavaldaşında ifası ilə bağlı video görüntülərində olan qavaldaşı ilə müqayisəli təhlili, video görüntülərin texniki parametirlərinin təqdiqi aparılmadan, ilkin təəsurat baxımından vizual olaraq oxşar olduğunu deməyə əsas verirmi?” sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi üçün məhkəmə baxış iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə baxılmasının 02 dekabr 2024-cü il tarixinə, saat 16:30-a təxirə salınması qərara alınmışdır. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin gəldiyi qənaəti işin araşdırılan halları və iş üzrə keçirilmiş ekspert rəylərinə əsaslanmışdır. Belə ki, iddiaçının qeyd etdiyi və tələbinin hüquqi əsasını təşkil edən hal iddiaçının müəlliflik hüquqlarının pozulması və bunun nəticəsində ona maddi və mənəvi zərər vurulmasıdır. İddiaçının müəlliflik hüququnun qorunduğu və qanunvericiliyin tələbinə əsasən əqli mülkiyyət hüquqları qorunan alət (çertiyoj) ilə cavabdehə məxsus olan, yəni onun istifadəsində olan qaval daşının maketi eynilik təşkil etmir. (Ekpert rəyləri- (1) tədqiqat zamanı İddiaçı təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən üç ədəd qavaldaş nağaralarla xarici həndəsi xüsusiyyətlərində və ölçülərində eynilik təşkil etmirlər. (2) Cavabdeh təqdim etdiyi qavaldaş nağarasının imitatoru (maketi) və Qobustan Milli Tarix-Bədii Qoruğunda yerləşən, o cümlədən cavabdehin göstərdiyi qavaldaşları xarici həndəsi xüsusiyyətlərinə və ölçülərinə görə eynilik təşkil etmirlər). Bundan əlavə iddiaçı tələbinin hüquqi əsasını yəni iddia etdiyi hal - beynəlxalq tədbirlərdə Cavabdeh tərəfindən ifa edilən qaval daşının onun istifadəsində olan qaval daşının olması sübut olunmayaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin qərardadına əsasən ekspert qarşısında qoyulmuş aidiyyəti suallara dair mütəxəssis rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iddiaçıya məxsus müəlliflik hüququ obyekti ilə cavabdehin qanunsuz olaraq istifadə etdiyi iddia edilən alətin arasında müqayisəli təhlil Agentlikdə qeydiyyata alınmış çertyojlar vasitəsilə və ya ilk dəfə iddiaçının 2012-ci ildə kütləvi bildirişini həyata keçirdiyi video görüntülərinin texniki parametrlərinin tədqiqi aparılmadan mütəxəssis yanaşması olmuşdur. Əqli Mülkiyyət Agentliyində iddiaçıdan başqa cavabdehin iştirak etdiyi tədbirlədə müəlliflik hüququ obyektindən qanunsuz istifadə olunması ilə bağlı iddia qaldırılması və ya hər hansı hüquqi müdafiə vasitələrindən istifadə olunması barədə məlumatın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Ağentliyinin mütəxxəsisləri tərəfindən verilən rəydə ekspertiza qarşısında qoyulmuş sualla əlaqədar olaraq iddiaçının müəllifi olduğu “Qavaldaş nağara” adlı müəlliflik hüquq obyekti Agentlikdə qeydiyyata alınmış əsərin obyektiv forması izahla birlikdə olan çertyojdur. Qanunun 4-cü maddəsinə əsasən “tətbiqi sənət əsəri” dedikdə əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri başa düşülür. Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun obyektlərindən biri də tətbiqi sənət əsəridir. Əsərin obyektiv forması çertyojdur.Mütəxxəsis rəyində başqa şəxslər tərəfindən müəllifdən razılıq alınmadan qeyd olunan çertyojda nəzərdə tutulan sxem və ya təsvirlərdən istifadə edilərək müəllifə məxsus tətbiqi sənət əsərinin hazırlandığı materialdan fərqli olan materialdan hazırlansa müəlliflik hüquq pozuntusu ilə nəticələnə bilər. Yəni əsərin obyektiv formasından (çertyojundan) istifadə edilməklə alətin hazırlandığı halda müəlliflik hüququnun pozuntusu iddiaçı tərəfindən sübut olunmamışdır. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında tədbirlərdə istifadə etdiyi aləti tədbirin təşkilatçıları tərəfindən təqdim edildiyini bildirmiş, iddiaçı tərəfindən isə cavabdehin irəli sürdüyü mülahizələrin əsassızlığı və araşdırılan işin halları ilə iddia tələbinin əsassız olması nəticəsinə gəlməyə imkan vermişdir. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəlmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Hazırki mübahisədə iddia tələbi öz təsdiqini tapmadığı üçün iddiaçının qeyd etdiyi hüquqi dəlillər onun müəliflik hüquqlarının pozulması ilə nəticələnmir. İddia tələbinin əsas hissəsi təmin olunmadığından, onunla birbaşa bağlı olan maddi və mənəvi zərər barədə iddia tələbi təmin edilməməli, keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərəf cəmiyyətin vətəndaşa münasibətini müəyyən edən şəxsiyyətin obyektiv, mənəvi və digər keyfiyyətlərinin sosial qiymətləndirilməsidir. Hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümum məcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 30.2-ci maddəsinə əsaəsn müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “müəllif” — əsərin yaradıcısı olan fiziki şəxs, ifaçı” — rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs, “tətbiqi sənət əsəri” — əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəridir. Həmin qanunun 6-cı maddəsinə əsasən dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar müəlliflik hüququnun obyektləridir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən ifaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ifaçının ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüququ vardır. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin 2-ci maddəsinə əsasən Müəllifhüquq qorunması öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (MM 1096.1 və 1096.2.). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarı 35. Bənd 3 Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və sair üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ekspertiza xərci 300+200=500 manat təşkil etdiyindən, ekspertiza xərci iddiaçıya aid edilməli, İddiaçı 500 manat tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 500 (beş yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar