Məhkəmə qərarları › İş №e-2(060)-1911/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1911/2025

10.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1911/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “əsas borca faizlərin hesablanması və ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “əsas borca faizlərin hesablanması və ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 25-3/14SU əlavə kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən icra edilməməsi və lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq, iddiaçı "xxxx" KB ASC “kreditin, kredit faizlərinin və cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və X3 iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 25-2/14SU saylıəlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 41643,25 ABŞ dolları, faiz borcu üzrə 5000,51 ABŞ dolları, cərimə borcu üzrə 81,29 ABŞ dolları, cəmi 46725,05 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 78462,61 ABŞ dolları, faiz borcu üzrə 10146,17 ABŞ dolları, cərimə borcu üzrə 69,75 ABŞ dolları, cəmi 88678,53 ABŞ dolları məbləğində borcun müştərək qaydada tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiymətinin 175000 manat məbləğində müəyyən edilməklə hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 4/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin likvid dəyərinin 778.000 manat müəyyən edilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. AR Ali Məhkəmənin 2(102)- 1827/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məlum qətnamələrin çıxarılmasına baxmayaraq, Cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilməmiş, ödənişlər aparılmamışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 25-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-171/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 46725,05 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 15760,79 ABŞ dolları faiz borcunun, 25-3/14SU saylı əlavə kredit müqaviləsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-171/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş 88678,53 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 29695,91 ABŞ dolları faiz borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 322 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 15/14SU saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə ******* manat məbləğində əlavə kredit müqavilələri bağlanılmaqla kredit ayrılmışdır.

7. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 19 faiz ödəmək şərtilə 57500 ABŞ dolları məbləğində kredit verilmişdir.

8. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 19 faiz ödəmək şərtilə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-171/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh və X3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 25-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 41643,25 ABŞ dolları, faiz borcu üzrə 5000,51 ABŞ dolları, cərimə borcu üzrə 81,29 ABŞ dolları, cəmi 46725,05 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 25- 3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 78462,61 ABŞ dolları, faiz borcu üzrə 10146,17 ABŞ dolları, cərimə borcu üzrə 69,75 ABŞ dolları, cəmi 88678,53 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiyməti 175000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (əhaliyə məişət xidməti və ticarət obyekti) hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh və X5 xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 25-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 46725,05 ABŞ dolları borcu, xx.xx.2015-ci il tarixli 25-3/14SU saylı əlavə kredft müqaviləsi üzrə 88678,53 ABŞ dolları, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat, cəmi 60 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayətinin təmin edilməsi, cavabdehin apellyasiya şikayəti təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsi qismən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiyməti və tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin likvid dəyərinin 778.000 manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 240 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT 8İK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 800 manat S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin hesabına keçirilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1827/2024 saylı qərarına əsasən, kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(105)-4/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 25-3/14SU saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 % hesablanmış faiz borcu 29695,91 USD təşkil edir, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 39,99 USD məbləğdə edilmişdir.

13. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5 % hesablanmış faiz borcu 15760,79 USD təşkil edir, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 2070 USD məbləğdə edilmişdir.

14. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 25-2/14SU saylı əlavə kredit müqaviləsinə əsasən 15760,79 ABŞ dolları, 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən 29695,91 ABŞ dolları borcunun olduğu bildirilmiş, borcun 5 təqvim günü müddətində qaytarılması, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

15. Məhkəmə sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş icra işindən görünür ki, xx.xx.2024-cü il tarixli qərara əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır.

16. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh və X6 tələbi könüllü icra etmək üçün vaxt verilmişdir.

17. İş materiallarına əlavə edilmiş "xxxx" KB ASC-nin Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 41.2-ci maddəsinə, “İpoteka haqqında” Qanununun 61-ci maddəsinə əsasən adı çəkilən əmlakların tərəflərindən seçilmiş ixtisaslaşdırılmış təşkilata hərrac vasitəsilə satışının təşkil edilməsi üçün göndərilməsi xahiş edilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Həmin Məcəllənin 445.4-ci maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

24. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

25. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

26. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

27. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

28. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

29. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

31. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, əmlakı ipoteka ilə yüklü edilmiş, hərraca çıxarılması qət edilmiş, icra sənədi icra mərhələsindədir. Cavabdehə məxsus əmlak ipoteka ilə yüklü edildiyindən onun hüquqları məhdudlaşmaqla yanaşı maddi məsuliyyətdən də azad edir.

32. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-171/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən hər iki tərəf (iddiaçı və cavabdeh) apellyasiya şikayətləri vermiş, nəticədə xx.xx.2024-cü il tarixdə icra sənədi icraya yönəldilmişdir.

33. Bununla bağlı məhkəmə qeyd edir ki, Bankın özü tərəfindən işin müddətinin uzadılması, sonradan bu uzadılma dövrü üçün illik beş faiz tələb etməsi qanunaziddir və bu hal haqsız qazanc kimi qiymətləndirilə bilər.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən mülki hüququn həyata keçirilməsi dürüstlük və haqlılıq prinsiplərinə əsaslanmalıdır.

35. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən faiz əsas borca yox, ümumi məbləğə tətbiq olunmuşdur ki, bu hal da qanunaziddir.

36. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “əsas borca faizlərin hesablanması və ödənilməsi tələbi”nə dair iddiası rədd edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 342-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “əsas borca faizlərin hesablanması və ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar