Məhkəmə qərarları › İş №e-2(060)-2256/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2256/2022

23.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2256/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-vəkil Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi,Cavabdeh əsassız olaraq iddiaçıdan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul vəsaitinin, hazırki iddia ərizəsinə görə 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat vəkilə(nümayəndəyə)çəkilmiş xərcin əvəzinin tutularaq İddiaçı ödənilməsi (qaytarılması) barədə qətnamə qət edilməsi, cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh yaxın qohumdurlar. Belə ki, iddiaçı cavabdehin doğma bacısı, cavabdeh isə iddiaçının doğma qardaşıdır. İddiaçının hazırda bu iddiasının cavabdehə qarşı qaldırmasının əsas səbəbi odur ki, cavabdeh vaxtilə iddiaçıdan sonuncunun ərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə ona köməklik etmək məqsədilə, yəni iddiaçının ərinə məhkəmə tərəfindən təyin ediləcək cəzasının 5 il müddətinə qədər endiriləcəyini vəd edib 2019-cu ilin noyabr və dekabr aylarında üç dəfəyə (8000+10000+25000 olmaqla) cəmisi 43000 manat pulunu almış, lakin sonradan müəyyən edilmişdir ki, cavabdeh iddiaçını aldatmışdır. Belə ki, baş vermiş bu hadisə ilə bağlı istər Bakı şəhəri Yasamal rayon Pİ-də, istərsə də həmin rayon məhkəməsində müvafiq cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıdan aldığı pul vəsaitləri nəticə etibarı ilə sonunda cavabdehin özündədir. Həmin iş üzrə məhkəmə hökmünün surəti iddiaya əlavə edilir və həmin hökmdə bütün işin halları geniş şəkildə açıqlanmışdır. Odur ki, həmin hadisələrin necə baş verməsini təkrar olaraq iddia ərizəsində qeyd etməmişlər. Lakin bildirilir ki, cavabdeh tərəfindən hazırki vaxta kimi iddiaçıdan aldadıb aldığı 43000 manat puldan yalnız hissəhissə olaraq cəmi bu vaxta kimi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29925 (iyirmi doqquzmin doqquz yüziyirmi beş) manat hissəsini cavabdeh bu günə kimi çoxsaylı bəhanə gətirərək iddiaçıya qaytarmamışdır. Belə ki, cavabdeh iddiaçı qarşısında hər dəfə belə bir bəhanə gətirir ki, iddiaçıdan vaxtilə aldıqları pul vəsaitini başqa şəxsə vermişdir ona görə ki, həmin şəxs iddiaçının ərinin məhkəmə məsələsini həll etsin. Lakin həmin şəxs yuxarıda qeyd edilən işləri vaxtında görmədiyindən və aldığı pullarıda vaxtında qaytarmadığından cavabdeh həmin kəsir qalmış pul vəsaitini iddiaçıya qaytara bilmir. Ona görə də, cavabdeh hazırda göstərilən əsaslara görə hesab edir ki, iddiaçıdan aldığı pul vəsaitləri onun tərəfindən başqa şəxsə, daha dəqiq desək Əlibala adlı şəxsə verildiyinə və həmin şəxs də aldığı pulların qaytarılmasını gecikdirməsinə görə cavabdehin heç bir təqsiri və günahı yoxdur. Lakin iddiaçı tərəf olaraq hesab edirlər ki, cavabdehin hazırki iddiaçını vaxtilə aldadaraq cəm şəkildə şəxsən aldığı pul vəsaitlərinə görə məhz birbaşa cavabdehin özü iddiaçı qarşısında və əlbəttəki qanun qarşısında məsuliyyət daşıyır. Bildirilmişdir ki, iddiaçı cavabdehdən hazırda pulunu tələb etdiyi qaydada, cavabdehin də özü əgər həqiqətən də bu işə görə başqa şəxsə pul vermişsə, o da ayrıca həmin şəxsə (şəxslərə) qarşı reqres qaydada iddia tələbini irəli sürə bilər. Hesab edir ki, məhz cavabdehin bu əməlləri nəticəsində hazırda cavabdehin şəxsən özü əsassız varlanmış şəxs sayılır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkil Nümayəndə2 iddia tələbini müdafiə etdi. Bildirdi ki, cavabdeh vaxtilə iddiaçıdan onun ərinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə ona köməklik etmək məqsədilə məhkəmə tərəfindən təyin ediləcək cəzasının 5 il müddətinə qədər endiriləcəyini vəd etmişdir. 2019cu ilin noyabr və dekabr aylarında üç dəfəyə, cəmi 43000 manat pulunu almış, lakin sonradan müəyyən edilmişdir ki,cavabdeh iddiaçını aldatmışdır. Belə ki, baş vermiş bu hadisə ilə bağlı istər Bakı şəhəri Yasamal rayon Pİ-də, istərsə də həmin rayon məhkəməsində müvafiq cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıdan aldığı pul vəsaitləri nəticə etibarı ilə sonunda cavabdehin özündədir. Cavabdeh tərəfindən hazırki vaxta kimi iddiaçıdan aldadıb aldığı 43000 manat puldan yalnız hissəhissə olaraq cəmi bu vaxta kimi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29925 manat hissəsini cavabdeh bu günə kimi bir bəhanə gətirərək iddiaçıya qaytarmamışdır. Belə ki, cavabdeh iddiaçı qarşısında hər dəfə belə bir bəhanə gətirir ki, iddiaçıdan vaxtilə aldıqları pul vəsaitini başqa şəxsə vermişdir, ona görə ki, həmin şəxs iddiaçının ərinin məhkəmə məsələsini həll etsin. Lakin həmin şəxs qeyd edilən işləri vaxtında görmədiyindən və aldığı pullarıda vaxtında qaytarmadığından cavabdeh həmin kəsir qalmış pul vəsaitini iddiaçıya qaytara bilmir. Ona görə də, cavabdeh hazırda göstərilən əsaslara görə hesab edir ki, iddiaçıdan aldığı pul vəsaitləri onun tərəfindən başqa şəxsə, daha dəqiq desək Əlibala adlı şəxsə verildiyinə və həmin şəxs də aldığı pulların qaytarılmasını gecikdirməsinə görə cavabdehin heç bir təqsiri və günahı yoxdur. Lakin iddiaçı tərəf olaraq hesab edirlər ki, cavabdehin hazırki iddiaçını vaxtilə aldadaraq cəm şəkildə şəxsən aldığı pul vəsaitlərinə görə məhz birbaşa cavabdehin özü iddiaçı qarşısında və əlbəttə ki, qanun qarşısında məsuliyyət daşıyır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. Məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab verərək bildirdi ki, əri Elman barəsində açılan cinayət işi ilə bağlı cəzanın yüngülləşdirilməsi üçün pulu qardaşı Əspana vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində pulu Əspandan, Bakı Apellyasiya Məhkəməsində isə pulu Əlibaladan tələb etmişdir. Məhkəmə iclasında cavabeh Cavabdeh iddia tələbini qəbul etmədi. Yazılı etiraz təqdim edərək bildirdi ki, cavabdeh Restaim restoranında mühasib işləmişdir. Adilə ona zəng vurub əri Elmanın barəsində açılan cinayət işi üzrə cəzasının yüngülləşdirilməsi məqsədilə ona köməklik etməsini istəmişdir. Cavabdeh bacısı Adiləyə Elmanın qohuməqrəbası olduğunu, onlardan kömək istəməsini bildirmişdir. Cavabdeh də, xahiş edənin bacısı olduğu üçün onun sözündən çıxmamış, adam axtarmağa başlamışdır. Cavabdeh bir müddət sonra isə lazım olan pulu Hüseyn X20 adlı şəxsə vermiş, Əlibala da ondan 43000 manat pul almasını və təqsirləndirilən şəxs, iddiaçının əri X6 məlum cinayət işinin yekunlaşmasını öhdəsinə götürməsini bildirməklə əlyazmaya imza çəkmişdir, həmin əlyazma da məhkəməyə təqdim edilmişdir. Müəyyən müddət sonra cavabdeh Əlibala adlı şəxsin onu aldatdığını görüb Yasamal rayon Polis İdarəsinə ərizə vermişdir. Bundan sonra Əlibalanı çağırıb izahatını almışlar. Adilə müstəntiqdən narazı qalaraq işin başqa müstəntiqə verilməsini tələb etmişdir. Bundan sonra Yasamal rayon Polis İdarəsində, Sumqayıt şəhər Polis İdarəsində və Prokurorluğunda dindirildiyini, iddiaçının pulunun onun tərəfindən mənimsəmədiyi, aldandığı məlum olmuşdur. Bundan sonra şahid qismində tanınmaqla işin Yasamal Rayon Məhkəməsinə göndərildiyini bildirdi. Qeyd etdi ki, X14 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bunun nəzərə almasını, iddia tələbinin rədd edilməsini xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2256/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi-vəkil Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin cinayət işi üzrə hökm çıxardığını qeyd etmiş, mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Həmçinin ərizəyə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü əlavə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2256/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsi-vəkili və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, işin materiallarında olan : - İş materiallarına əlavə edilmiş əlyazmada əks olunmuşdur ki, X3 Əspan Xurşud oğlundan 43000 manat pul almış, xx.xx.2020-ci il tarixində həmin pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. X6 məlum işinin yekunlaşmasını öhdəsinə götürmüşdür. Cavabdehin dediyinə görə həmin əlyazmadakı imza X14 məxsusdur. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-38/2022 saylı hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 02 gün müddət (1 gün həbsdə və ya ev dustaqlığında olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X10 üzərinə Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri (Abşeron yarımadası) hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, X14 qarşı verilmiş ittihamdakı onun təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, X7 7000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs X11 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə, X14 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru apellyasiya protesti vermişdir. Protestdə qeyd edilmişdir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü zərərçəkmiş şəxslər X11, İddiaçı və X8 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilərək Əlibala Ağayevin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılaraq ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun həddə cəza təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci tarixli hökmü ilə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, Hökm edilmişdir; - X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15 tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilsin və cinayət işi üzrə yeni hökm çıxarılsın. - X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X10 27 iyul 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Əlibala Ağayevin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Qeyd edilən hökmdən görünür ki, məhkum edilmiş şəxs X17 dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, protestdə prokuror onun zərərçəkmiş İddiaçı qızna xeyli miqdarda ziyan vurmaqda təkrar dələduzluq etməyi epizodunun sübuta yetirilməməsi barədə məhkəmənin qənaətinin qanunsuz olduğunu qeyd etmiş və həmin epizod üzrə onun dələduzluq əməlinin zərərçəkmiş İddiaçı və qardaşı şahid Cavabdeh ilə üzləşdirilmədə sübuta yetirildiyini bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, İddiaçı qardaşı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız olaraq ondan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29.925 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı sözügedən epizod üzrə qeyd edilən pul vəsaitlərini qardaşı Cavabdeh vermiş və qaytarmadığı üçün məhkəməyə verərək ondan pulunu tələb edir. Bu iddia İddiaçı Ədpan Mahmudov vasitəsilə ona pul verməsini təkzib edir. Həmçinin hökmdə də qeyd olunduğu kimi, İddiaçı izahatında onu tanımadığını, ona pul vermədiyini bildirmişdir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs İddiaçı dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15 tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini bildirərək, ona dəymiş ziyanın bu günə kimi Əlibala Ağayev tərəfindən ödənilmədiyini qeyd edərək, apellyasiya protestinin təmin edilməsini, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün zərərçəkmiş şəxs kimi ona, X11 və X8 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilməsini, Əlibala Ağayevin ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərdi ki, Əlibalanı tanıyır. Adilə bacısıdır. 20 il onunla yaşayıb. Bacısı yalan ifadə verib. Mühasib işləyirdi. Bacısının yoldaşının tutulduğunu bilirdi. Bir gün zəng edərək onu Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırmışdır. O, da getmişdir. Bacısı demişdir ki, vəkili var. Demişdir ki, prokuror razılıq vermir və ona kömək etsin. O, da Səyyara zəng eləmişdir. Ona demişdir ki, kömək lazımdır. O, həmin günü zəng etmişdir ki, “ittiham aktını gətir baxaq və bir söz deyək”. 2 gündən sonra Cavid parkına gəlmiş və Əlibalanı onunla tanış etmişdir. Əlibala demişdir ki, “danışmışam kömək edəcəm. Bunlar 20.000 manat istədilər”. O, demişdir ki, bir az aşağı etsin. Demişdir və 18.000 manata razılaşmışlar. O, Adiləyə zəng edib demiş, Adilə razılaşmışdır. Adilə 18.000 manatı ona Cavid parkında Səyyarın yanında vermişdir. O, da Səyyarın yanında həmin pulu Əlibalaya vermişdir. Cavid Parkında pulu Əlibalaya verəndən sonra hamı dağılışmış və hərə öz işinin dalınca getmişdir. Bir həftə sonra bacısı onu yenə zənglə Ağır Cinayətlər Məhkəməsinə çağırmışdır. O da getmişdir. Adilə ona demişdir ki, vəkili hakimlə dil tapa bilmir. Ondan xahiş eləmişdir ki, hakimlə də danışılsın. O, bunlarla yenidən əlaqə saxlayanda 25.000 manat pul istəmişlər. Bacısına demişdir və bacısı bu məbləğlə razılaşmışdır. Bacısı 25.000 manat pulu 2 hissəyə ona vermişdir. O da X20 ilə görüşüb 25.000 manat pulu ona vermişdir. Əlibala demişdir ki, “narahat olma iş yüz faiz həll olunub”. O da arxayın qayıtmışdır. Əlaqə saxlayanda demişdir ki, hər şey yaxşıdır. Demişlər ki, 3 ya da 5 il iş kəsiləcək. 23 məhkəmə iclası olmuşdur. Bir gün Adilə ona zəng edib demişdir ki, 11 il iş kəsildi. Ürəyi pis olmuş və əsəbləşmişdir. O, Səyyar və Əlibala ilə görüşmüşdür. Görmüşdür ki, fırladırlar. O, Əlibaladan Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Əlibaladan qol kağızı almışdır. Şikayət edəndən sonra öyrənmişdir ki, Əlibalanın atasının adına olmaqla çayxanası var. O, sənədlərə baxmış, qərara gəlmişdir ki, çayxananı özəlləşdirər, kredit götürülər. Lakin Adilənin vəziyyəti lap pisləşmiş, ona görə də Adiləyə pul qaytarmağa başlamışdır. 43.000 manat Əlibaladadır. 15.300 manatı Əlibaladan alıb Adiləyə vermişdir. 7.000 manat, 6.000 manat, 15.000 manat öz pulunu vermişdir. Əvəzində Əlibaladan çayxananı götürmüşdür. Adiləyə 5-6 min manat borc qalıb. Şahid Cavabdeh suallara cavab olaraq göstərdi ki, onun pulu qaytarmağının səbəbi odur ki, Adilə onu məhkəməyə verib və ona deyir ki, “səni tanıyıram”. Ona görə təxminən 35- 38.000 manat pulu Adiləyə qaytarmışdır. Öz evlərində vermişdir. Verdiyi pulun əvəzində çayxananı götürmüşdür. Öz adına sənədləşdirmə mərhələsindədir. 6-7 min Adiləyə borcu qalıb. Əlibalanın ona 30 min borcu qalıb. Əvəzində çayxananı verib. Adilədən 18.000 pulu alanda pulu Səyyarın dostu Əlibalaya verməyini Adiləyə demişdir. Adilə demişdir ki, ancaq onu tanıyır. Ona görə Pulu ondan tələb edir. Pulu tam verə bilmədiyinə görə çayxananı əvəzində götürüb. Ona görə notarial ərizə vermişdir ki, Əlibaladan şikayəti yoxdur. Səyyarı tanıyır. Sistemdə işləmiş adam idi. Əlibalanı tanımırdı. Səyyar tanıyırdı onu. Əlibala demişdir ki, prokuror razı salındı. Əlibala demişdir ki, hakimə pul veriləcək. İş materiallarında olan Cavabdeh tərtib etdiyi xx.xx.2020-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Əlibala Ağayevdən 500 manat pul alıb. İş materiallarında Əlibala Ağayev tərəfindən imzalanmış iltizamdan görünür ki, “mən X4 və Nurlan Mərdanov qardaşlarının Cavabdeh verdiyi 43 min manat pulu 10 gün ərzində qaytarmağa söz verirəm. Həmin 43.000 manat pulu atasına kömək etmək məqsədilə almışam. 10 gün ərzində qaytarmadığım halda cinayət məsuliyyətinə cəlb olunmağıma razıyam”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadələrində bildirmişdir ki, qardaşı Əspana pulları verməsinə baxmayaraq sonradan ona məlum olmuşdur ki, həmin pulları X23 vermiş, Əlibala da İddiaçı övladları Nurlan və Mehman Mərdanovların yanında pulları Əspandan aldığını təsdiq etmiş və öz şəxsiyyət vəsiqəsinin surətinin arxasında 43.000 manat pulunu aldığını və həmin pulu 15 may 2020-ci il tarixdə qaytaracağını öz xətti ilə yazaraq imzası ilə təsdiq etmişdir. Bundan başqa Əlibala Ağayev təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh vasitəsilə tanıdığı sonuncunun bacısı İddiaçı işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla İddiaçım aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8.000 (səkkiz min) manat, 2019-cu ilin noyabr ayının sonlarında 10.000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25.000 (iyirmi beş min) manat olmaqla sonuncunun Cavabdeh vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43.000 (qırx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadissəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 43000 manat vermişdir, ondan ötrü ki sonuncu iddiaçının ərinin barəsində olan cinayət işi üzrə müəyyən köməlik göstərsin. Cavabdeh isə öz növbəsində həmin vəsaiti yuxarıda qeyd edilən məqsəd üçün X14 vermişdir. Cavabdeh bir müddət sonra Əlibala Ağayevin onları aldatdığını başa düşərək sonuncunun barəsində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra Əlibala Ağayevin barəsində cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismndə tanınmış, Cavabdeh isə zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavabdeh vasitəsilə sonuncunun bacısı İddiaçı 43000 (qırx üç min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu ilə əlaqədar hissədə irəli sürülmüş ittiham epizodu üzrə X10 əməlində cinayət tərkibi olmadığından, törədilən əməlin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib və ona zərər çəkmiş şəxs olan İddiaçı ilə bağlı ittiham epizodu üzrə bəraət verilmişdir. Qeyd edilən hökmdən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə İddiaçı qarşı X10 etdiyi əməllər sübuta yetirilərək Yasamal rayon Məhkəməsinin hökmü ləğv edilərək yeni hökm çıxarılmış və X17 həmin hissədə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı İddiaçı ona dəymiş zərəri X9 tələb etdiyini qeyd etmişdir, bununla yanaşı sübut olunmuşdur ki, İddiaçı pulunu Əlibala Ağayev ələ keçirmişdir. İddia tələbinin cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə hissəsinə qiymət verərək Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi qərarlarına” əsasən, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş; Cavabdeh əməlində Cinayət Məcəlləsinin 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş, həmçinin Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddia tələbinin 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat vəkilə(nümayəndəyə) çəkilmiş xərcin əvəzinin tutularaq İddiaçı ödənilməsi (qaytarılması) hissəsinə Məhkəmə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən qeyd edilən xərclər cavabdehdən tutula bilməz. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh əsassız olaraq iddiaçıdan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul vəsaitinin, hazırki iddia ərizəsinə görə 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat vəkilə(nümayəndəyə) çəkilmiş xərcin əvəzinin tutularaq İddiaçı ödənilməsi (qaytarılması) barədə qətnamə qət edilməsi, cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh əsassız olaraq iddiaçıdan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul vəsaitinin, hazırki iddia ərizəsinə görə 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat vəkilə (nümayəndəyə) çəkilmiş xərcin əvəzinin tutularaq İddiaçı ödənilməsi (qaytarılması) barədə qətnamə qət edilməsi, cavabdehin hərəkətində CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar