Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2300/2023 07.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh19 iştirakı ilə, iddiaçı X1 Cavabdeh1 və qeyrilərinə qarşı əmlak və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh5, Cavabdeh6, Cavabdeh13, Cavabdeh22 Tofiq oğluna, Cavabdeh14, Cavabdeh15, Cavabdeh7, Cavabdeh17 Bəhrəm oğluna və Cavabdeh16 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi, “BMW X-5 MİNİK markalı, ** DM *** dövlət qeydiyyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı, “VAZ 21214 MİNİK” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh3 ilə Cavabdeh9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh9 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** DU *** olaraq dəyişdirilib), Cavabdeh4 ilə Cavabdeh10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** BH *** olaraq dəyişdirilib) alqı-satqı, “KİA CADENZA MİNİK" markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı, ’’HYUNDAİ SONATA MİNİK" markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı- satqı, “DAEWOO NEXİA MİNİK" markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh12 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı, “BMW 3281 MİNİK" markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** LY *** olaraq dəyişdirilib) alqı-satqı müqaviləsi, “HYUNDAİ SONATA MİNİK" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh22 Tofiq oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, “HYUNDAİ VERACRUZ MİNİK" markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Cavabdeh11 ilə Cavabdeh14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, “VAZ 21213 MİNİK" markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “MAZDA 3 MİNİK" markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “MERCEDES BENZ S350 MİNİK” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı 5O DD 020 olaraq dəyişdirilib) alqı-satqı müqaviləsi, “VAZ 21214 MİNİK" markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, “VOLKSWAGEN PASSAT MİNİK” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Cavabdeh7 ilə Cavabdeh11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli (satıldıqdan sonra dövlət qeydiyyat nişanı ** EA *** olaraq dəyişdirilib), Cavabdeh11 ilə Cavabdeh16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi, “VAZ 21213 MİNİK” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh17 Bəhrəm oğlu arasında bağlanmış xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və avtomobillər üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə Cavabdeh1 payının müəyyən edilməsini xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2018-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsində 2934 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Belə ki, cavabdeh birlikdə yaşadıqları dövrüdə daim ona qarşı şiddət göstərmiş, dəfələrlə onun fiziki və mənəvi zorakılıqlarına məruz qalmışdır. Hətta sağlamlığına xəsarət yetirdiyi üçün onun barəsində AR CM-nin 128-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Cavabdeh Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin örədilməsində təqsirli bilinib 01 il 03 ay müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, hazırda 16 saylı cəzaçəkmə müəssində cəza çəkir. Cavabdehlə birgə nikah dövründə bir çox daşınmaz əmlaklar əldə edilmişdir. Lakin o həmin əmlakların bir çoxunu özgəninkiləşdirmək üçün iddiaçıya təzyiq göstərərək etibarnamə almış və onları bağışlama müqaviləsi əsasında anası Nazilə Xıdırovaya bağılamışdır. İddiaçı tərəfindən bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Buna, yəni bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair məhkəmə mübahisəsi hazırda davam etməkdədir. Hazırda isə birgə nikah dövründə əldə olunmuş digər əmlakların aralarında bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, 25 nömrəli vəkil sorğusuna göndərilən xx.xx.2022-ci il tarixli, **********49 nömrəli cavab məktubundan da göründüyü kimi, hazırda cavabdehin mülkiyyətində birgə nikah dövründə əldə edilmiş ünvan 1, 65 saylı mənzil vardır. ünvan 1, 65 saylı mənzil hazırda cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, 23335-1222 saylı cavab məktubundan da göründüyü kimi birgə nikah dövründə cavabdeh tərəfindən alınmış və iddiaçının razılığı olmadan alqı-satqı prossesini həyata keçirən avtomobillərin dəqiq siyahısı müəyyən edilmişdir. Həmin avtomobillərə aiddir: “BMW X-5 MİNİK” markalı, ** DM *** dövlət qeydiyyal nişanlı; "VAZ21214 MİNİK” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı; "KİA CADENZA MİNİK” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; "HYUNDAİ SONATA MİNİK" markalı, ** SK *** dövlət qeydiyyat nişanlı; “DAEWOO NEXİA MİNİK” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, “BMW 328İ MİNİK” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı; «HYUNDAİ SONATA MİNİK” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ VERACRUZ MİNİK” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı; "VAZ21214 MİNİK" markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; MAZDA 3 MİNİK” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı; “MERCEDES BENZ S350 MİNİK” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı; "VAZ 21214 MİNİK" markalı, ** NL *** dövlət qeydiyyat nişanlı; "VOLKSWAGEN PASSAT MİNİK” markalı, ** BS *** dövlət qeydiyyt nişanlı avtomobil. Qeyd olunan avtomobillərin iddiaçının razılığı olmadan alqı-satqısı həyata keçirilmiş, onların özgəninkiləşdirilməsi barədə cavabdeh tərəfindən ona heç bir məlumat verilməmişdir. Siyahıda qeyd edilmiş avtomobillər iddiaçının razılığı olmadan satıldığı üçün onlara dair alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsinin vəsatəti əsasında Cavabdeh18, Cavabdeh19, Cavabdeh20 və Cavabdeh21 iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Cavabdeh X3 tərəfindən məhkəməyə xx.xx.2023-cü ildə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh 07 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, avtomobilin dəyərini tamamilə ödəmişdir. Avtomobilin dəyərini ödədikdən sonra dövlət qeydiyyat nişanı **-VM-*** olan “Hyundai Sonata” minik markalı avtomobilə mülkiyyəti təsdiq edən sənəd almışdır. Avtomobili alqı-satqı müqaviləsinə əsasən alarkən o qanunvericiliyin tələbinə əməl etməklə müvafiq sənədləri təqdim etməklə avtomobili alqısatqı etmişlər. Cavabdeh avtomobili alqı-satqı edərkən qanunvericliyin tələblərini pozmadan vicdanlı şəkildə mülkiyyəti əldə etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdehlər X3, məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Cavabdeh17 Bəhrəm oğlu və Cavabdeh18 məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd etmişlər. Məhkəmə baxışı iclası barədə məlumatlandırılmış cavabdehlərdən Cavabdeh19 istisna olmaqla, digərləri məhkəmə baxışı iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh19 bildirdi ki, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda onun mülkiyyətində və istifadəsindədir. Həmin avtomobili 2 il əvvəl Sumqayıt şəhərində avtomobil salonundan almışır. O, Cavabdeh1 və Cavabdeh18 tanımır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh13 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “BMW 3281 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O, Cavabdeh1 tanımır. Avtomobili internetdə elan saytı vasitəsi ilə görüb almışdır. O, avtomobili təxminən 27000-28000 manata almışdır. Alqısatqını da DYP-də etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh16 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “VOLKSWAGEN Passat minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili maşın satan bir şəxsdən almışdır. Maşını satan adamda etibarnamə olub. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh15 nümayəndəsi, oğlu X5 bildirmişdir ki, iddia tələbini qəbul etmir. “Mazda 3 minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili anasının ona verdiyi etibarnamə əsasında Natəvan adlı qadınla alqı-satqı əsasında özü 9000 manata almışdır. Hazırda avtomobili satmışdır. Bildiyi qədəri ilə Natəvan adlı qadının Cavabdeh1 borcu olub. Qeyd edilənlərə əsasən nümayəndə iddianın Cavabdeh15 aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh5 bildirmişdir ki, sözügedən avtomobili qardaşı alıb. Ona verdiyi etibarnamənin vaxtının bitməsinə az qalmış avtomobili öz adına keçirmişdir. Təxminən 2 il olar ki, avtomobili başqa şəxsə satmışdır. O, İlqarə adlı şəxsi tanımır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh18 bildirmişdir ki, **-SK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobili qardaşı Renat Cavabdeh1 alıb və etibarnamə əsasında onun adına keçirib. Ondan sonra avtomobilin nömrəsini dəyişmişdir. **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə satmışdır. Həmin şəxsi tanımır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh19 bildirmişdir ki, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ondadır. Həmin avtomobili 2 il əvvəl Sumqayıt şəhərində avtomobil salonundan almışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh17 bildirmişdir ki, **-NL-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtomobil barədə məlumatı yoxdur. “**-DU-***” dövlət qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtomobili tanımadığı şəxsdən ümumi etibarnamə əsasında almışdır. 1-2 ay sonra isə avtomobili öz adına keçirmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1986-cı ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh8 xx.xx.1981-ci ildə, ünvan 3 ünvanında qeydiyyatdadrır. Cavabdeh13 xx.xx.2000-ci ildə, Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. Cavabdeh16 xx.xx.1983-cü ildə anadan olmuşdur. Cavabdeh5 xx.xx.1967-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 6 ünvanında qeydiyyatdadır. Cavabdeh6 xx.xx.1976-cı ildə anadan olmuşdur. Cavabdeh18 xx.xx.1997ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, Sumqayıt şəhəri, 3-cü məhəllə, 68 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh1 adına ünvan 1, 65 saylı mənzil xx.xx.2021-ci il tarixində, ********** qeydiyyat nömrəsinə əsasən qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli arayışa əsasən iddiaçı və Cavabdeh1 nikahı haqqında xx.xx.2018-ci il tarixində, 2934 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Xıdırov, arvada Zeynalova soyadları verilmişdir. AE seriyalı, 083764 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW X-5 MİNİK” markalı, 50DM089 dövlət qeydiyyyat nişanlı avtomobil Cavabdeh8 mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VOLKSWAGEN PASSAT SEDAN” markalı, 50EA145 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh16 mülkiyyətindədir. AD seriyalı, 876606 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 328İ MİNİK” markalı, 99LY413 dövlət qeydiyyyat nişanlı avtomobil Cavabdeh13 mülkiyyətindədir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1, 65 saylı mənzil Sumqayıt şəhər 3 saylı Notariat ofisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli, 4Ə-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsindən sorğu əsasında əldə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışlarına əsasən “BMW X-5 MİNİK” markalı, 50DM089 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixfə Cavabdeh1, xx.xx.2020-ci il tarixdə Cavabdeh2, xx.xx.2021-ci il tarixində Cavabdeh8 mülkiyyətinə keçmişdir. “VAZ21214 MİNİK” markalı, 90RJ090 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində Cavabdeh1, xx.xx.2020-ci il tarixində Cavabdeh3, xx.xx.2020-ci ildə Cavabdeh9, xx.xx.2021-ci il tarixində Cavabdeh4, xx.xx.2021-ci ildə Cavabdeh10 mülkiyyətinə keçmişdir. “KİA CADENZA MİNİK" markalı, 10NL009 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Cavabdeh1, xx.xx.2021-ci il tarixində isə Cavabdeh11 mülkiyyətinə keçmişdir. ’’HYUNDAİ SONATA MİNİK" markalı, 99SK924 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh18, xx.xx.2021-ci ildə isə Cavabdeh19 mülkiyyətinə keçmişdir. “DAEWOO NEXİA MİNİK” markalı, 99KV701 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh12, xx.xx.2021-ci ildə Cavabdeh5 Rafiq oğlunun, xx.xx.2022-ci ildə Cavabdeh6 mülkiyyətinə keçmişdir. “BMW 3281 MİNİK” markalı, 90DR090 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh13 mülkiyyətinə keçmişdir. “HYUNDA SONATA MİNİK" markalı, 99VM152 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh22 mülkiyyətinə keçmişdir. “HYUNDAİ VERACRUZ MİNİK" markalı, 90TD914 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh11, xx.xx.2022-ci ildə Cavabdeh14 mülkiyyətinə keçmişdir. “VAZ21213 MİNİK" markalı, 10NL009 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh17 mülkiyyətinə keçmişdir. “MAZDA 3 MİNİK” markalı, 50CH983 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh15 mülkiyyətinə keçmişdir. “MERCEDES BENZ S350 MİNİK” markalı, 99MJ308 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh11 mülkiyyətinə keçmişdir. “VAZ21214 MİNİK" markalı, 99RK196 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə Cavabdeh1, xx.xx.2019-cu ildə Cavabdeh20, xx.xx.2021-ci ildə Cavabdeh21 mülkiyyətinə keçmişdir. “VOLKSWAGEN PASSAT MİNİK” markalı, 42BS515 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildə Cavabdeh1, xx.xx.2020-ci ildə Cavabdeh7, xx.xx.2020-ci ildə Cavabdeh11, xx.xx.2021-ci ildə Cavabdeh16 mülkiyyətinə keçmişdir. “VAZ21213 MİNİK” markalı, 50DU990 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə Cavabdeh1, xx.xx.2021-ci ildə Cavabdeh17 mülkiyyətinə keçmişdir. Məhkəmə iş materiallarını və iddia ərizələrinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində də nəzərdə tutulmuşdur. Həmin Məcəllədə göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1.). Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Qeyd edilməlidir ki, ər-arvadın ümumi birgə mülkiyyəti yaranmasının kökündə əmlakın ər-arvadın birgə nikahları dövründə, onların birgə təsərrüfat aparmaları nəticəsində əldə etmələri dayanır. İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.2018-ci il tarixində bağlanmış, ünvan 1, 65 saylı mənzil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bu səbəbdən həmin əmlak iddiaçı ilə Cavabdeh1 birgə mülkiyyəti olmaqla, əmlak üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilməlidir. Tərəflərin birgə nikahları dövründə əldə edilmiş avtomobillərin özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarsızlığı tələbinə dair məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında vicdanlı alıcının hüquqlarının müdafiəsi ilə bağlı hüquqi mövqelər ifadə olunmuşdur. Məsələn: Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Məhkəmə iclaslarında iştirak etmiş cavabdehlərin bildirdikləri, həmçinin iş üzrə digər sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahları dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş avtomobillərin bəziləri sonradan yenidən özgəninkiləşdirilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər həmin avtomobilləri müxtəlif şəxslərdən dəyərini ödəməklə aldıqlarını bildirmişlər. Cavabdehlərin bir çoxu Cavabdeh1 tanımadıqlarını qeyd etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilələrin etibarsız hesab edilməsi vicdanlı alıcı olan cavabdehlərin hüquqlarının pozulmasına səbəb ola bilər. İddiaçının nümayəndəsi məhkəməyə qeyd edilən məsələnin əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia avtomobillərin özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1-da yerləşən 65 saylı mənzil üzərində ½ hissədə iddiaçı X1 (İddiaçı), ½ hissədə Cavabdeh1 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh1 tutularaq iddiaçı X2 (İddiaçı) verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2300/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2300/2023
07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver