Məhkəmə qərarları › İş №e-2(060)-2305/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2305/2025

07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2305/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 18.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “Volkswagen Passat” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili əmlaka sərəncam vermək hüququnu da ehtiva edən baş etibarnamə əsasında cavabdeh Telman Şükürovdan 16.000 manata almışdır. Digər Cavabdeh1 avtomobilin mülkiyyətçisidir. Cavabdeh Telman Şükürov avtomobili satarkən ona dair hər hansı mübahisənin olmadığını bildirmişdir. İddiaçı 16.000 manatı cavabdeh Telman Şükürova özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əsədov küçəsi, 47 saylı fərdi yaşayış evinin həyətində ailə üzvlərinin və qonşuların iştirakı ilə vermişdir. İddiaçı avtomobildə onu almazdan əvvəl və sonradan yaranmış nasazlıqlara görə 2.000 manat vəsait xərcləmişdir. Belə ki, avtomobilin akkumlyatoru təzələnmiş, motoru yağ buraxdığı üçün təmir etdirilmiş və digər detallar dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının mobil telefonuna SMS gəldi ki, xx.xx.2024-cü il tarixdə ona verilmiş etibarnaməyə xitam verilmişdir. Həmin vaxtdan avtomobili idarə edə bilmir, avtomobil iddiaçıdan tələb edilir. İddiaçı, Cavabdeh1 avtomobili alması barədə məlumat versə də, buna görə onun məsuliyyət daşımadığını bildirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ilə X17 arasında mənzil mübahisəsi olmuş, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mənzilə dair razılaşdırılmış məbləğin 15.000 manatını avtomobillə əvəzləşdirmiş, nəticəyə əsasən mənzilə ödəmiş olduğu 110000 manatın Cavabdeh1 qaytarılması qərara alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilmədiyini görən Cavabdeh1 Baş X30 İdarəsinə müraciət edərək avtomobilin üzərinə məhdudiyyət qoydurmuşdur. İddiaçı şübhə edir ki, cavabdehlər əlbir olub iddiaçıya qədər avtomobili etibarnamə əsasında bir neçə şəxsə satmış ola bilərlər. Beləliklə cavabdehlərin hərəkətləri nəticəsində avtomobilin alış qiyməti və sonradan çəkilmiş əlavə xərclər nəzərə alınmaqla iddiaçıya ümumilikdə 18.000 manat maddi ziyan dəymişdir. Cavabdeh1 iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçını və cavabdeh Telman Şükürovu tanımır. O, avtomobili 15.000 manatın əvəzi olaraq X11 vermişdir. Belə ki, Afaq İsayeva ilə aralarında ilkin alqı-satqı müqaviləsi bağlanmış, X28 Rəhimliyə 110.000 manata fərdi yaşayış evini satmış, həmin məbləğin 15.000 manat hissəsinin əvəzinə mübahisəli avtomobil Afaq İsayevaya verilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Afaq İsayevaya ödənilmiş 110.000 manat məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir. Həmin məbləğin 15.000 manatının əvəzi olaraq avtomobil verildiyi üçün Cavabdeh1 avtomobili geri almaq üçün ona dair verdiyi etibarnaməni ləğv etmişdir. Lakin İddiaçı avtomobili Cavabdeh1 verməkdən imtina etmişdir. İddiaçı avtomobilə görə Cavabdeh1 hər hansı ödəniş etməmişdir. Cavabdeh1 iddiaya cavab verməli şəxs deyil. Cavabdeh Telman Şükürovun iddiaya yazılı etirazı isə belə əsaslandırılmışdır ki, usta kimi fəaliyyət göstərir. Azər adlı şəxs ona mübahisəli avtomobili satmaq istədiyini bildirmişdir. Cavabdeh Telman Şükürov dəyərini ödəməklə avtomobili həmin şəxsdən etibarnamə əsasında almışdır. Bir müddət avtomobili idarə etdikdən sonra satmaq qərarına gəlmişdir. Cavabdeh Telman Şükürov iddiaçı ilə razılığa gələrək avtomobilin satışına görə 16.000 manat pul istəmişdir. İddiaçı razılaşaraq cavabdeh Telman Şükürova 100 manat beh vermişdir. Daha sonra cavabdeh Telman Şükürov avtomobili dostu ilə iddiaçının yaşadığı mənzilə aparıb ona təhvil vermişdir. İddiaçı da avtomobil üçün nəzərdə tutulan məbləğin bir hissəsini, behlə birlikdə 15.700 manatını cavabdeh Telman Şükürova ödəmişdir. İddiaçı qalan məbləği sonra verəcəyini bildirmişdir. Sonradan baş vermiş hadisələrlə bağlı cavabdeh Telman Şükürovun hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçıya cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Telman Şükürov iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, ona avtomobilüçün 15.700 manat pul verilmişdir. O, avtomobili 17.000 manata satsa da usta xərclərini sonradan çıxmış və avtomobili 15.700 manata satmışdır. X1 almışdır. Sonuncu isə avtomobili X15 almışdır. O, iddiaçıdan aldığı pulu Azər Mansurova vermişdir, özünə pul çatmamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbi iki hissədən ibarətdir – mübahisəli avtomobil alışı üçün ödənilmiş 16.000 manatın qaytarılması və vurulmuş maddi ziyanın əvəzi olaraq 2.000 manatın ödənilməsi. İddiaçı öz iddiasının hüquqi əsasını göstərməmişdir. İşdə olan Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi kimi Cavabdeh1 “Volkswagen Passat” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X13 etibar etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi kimi Cavabdeh1 “Volkswagen Passat” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X14 etibar etmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh1 adından X18 “Volkswagen Passat” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Şükürlü Telmana etibar etmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh1 adından Şükürlü Telman “Volkswagen Passat” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı etibar etmişdir. Mübahisəli avtomobilin Cavabdeh1 mülkiyyətində olması, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında cavabdeh Telman Şükürlü tərəfindən iddiaçıya satılması işin mübahisəsiz hallarıdır. Həmin hallar iş materialları ilə də öz təsdiqini tapmaqdadır. Mübahisənin həlli üçün əhəmiyyət kəsb etdiyi üçün iddiaçı əqd üzrə verdiklərini geri tələb etdiyindən Məhkəmə ilk növbədə avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh Şükürlü Telman və iddiaçı arasında əldə edilmiş razılaşmanın etibarlılığına qiymət verməyi lazım bilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı"nın 2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınan əmlak növü kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsəsən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, avtomobilin rəsmi reyestrdə qeydə alınmalı daşınar əşya kimi alqı-satqısı şərtləri qanunvericiliklə müəyyən edilmişdir. Avtomobilin etibarnamə əsasında və ya şifahi formada alqı-satqısı Azərbycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 337.3-cü maddələrinin tələbləri baxımından əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, 16.000 manat pulun qaytarılması tələbinin hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsidir. Həmin maddəyə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddiaçı əqdin tərəfi olaraq avtomobilin dəyəri kimi ödədiyi məbləği tələb etmək üçün subyektiv hüquqa malikdir. Cavabdeh1 əqdin tərəfi olmadığı üçün 16.000 manat pulun qaytarılması iddiasına cavab verməli şəxs deyil. İddia tələbi müzakirə edilən hissədə Cavabdeh1 münasibətdə əsassızdır. Cavabdeh Telman Şükürov əqdin tərəfi kimi həmin iddiaya cavab verməli olan şəxsdir və əqd üzrə ödənilmiş pulun qaytarılması ondan tələb edilə bilər. Məhkəmə cavabdeh Telman Şükürovun vəsatəti əsasında onun məhkəmə baxışında verdiyi izahatı nəzərə alaraq X18 və X20 şahid qismində dindirmişdir. X6 ifadəsində bildirmişdir ki, avtomobili ona Zaur İsayev vermişdir. Avtomobil 1-2 gün onda qalmışdır. Telman Şükürova avtomobili 13.000-14.000 manata satmışdır. X9 ifadəsində bildirmişdir ki, Cavabdeh1 ilə birgə ev tikintisi ilə məşğul olublar. Onun qardaşı Cavabdeh1 ilə 100.000 manatlıq borc müqaviləsi bağlamışdır. Sonradan razılaşma pozulmuş və aralarında mübahisə yaranmışdır. Cavabdeh1 onun qardaşına qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək pulun ödənilməsini tələb etmiş və iddiası təmin edilmişdir. Binəqədi Rayon Məhkəməsində olan işdə 110.000 manat borc Afaqın üzərində qalmışdır. Avtomobili etibarnamə əsasında Afaqın adına keçirdiyi üçün və sonradan Azərə satıldığından baş etibarnaməni ləğv etdirmişdir. Cavabdeh Telman Şükürovun əqd üzrə pulu aldıqdan sonra başqa şəxsə verməsi, pulun ona çatmaması dəlilləri iddiaçının ona qarşı tələbinin aradan qalxması üçün əsas təşkil etmir. İddiaçı bildirir ki, cavabdeh Telman Şükürova 16.000 manat vermişdir. Cavabdeh Telman Şükürov isə iddiaçıdan 15.700 manat aldığını etiraf edir. İddiaçı, cavabdeh Telman Şükürova 16.000 manat verdiyini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, 16.000 manat pulun qaytarılması tələbi qismən təmin edilməli, cavabdeh Telman Şükürovdan 15.700 manat məbləğində pul alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçının 2-ci tələbi avtomobilin təmirinə görə çəkilmiş xərcin əvəzi olaraq 2.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədədir. Bu tələbin hüquqi əsasları hər iki cavabdehə qarşı ayrı-ayrılıqda dəyərləndirmə aparılaraq müəyyən edilməlidir. Belə ki, zərərin səbəbi Cavabdeh1 mülkiyyətçi kimi əmlakında yaxşılaşdırmalar aparılan şəxs olmaqla hərəkətsizliyindən, cavabdeh Telman Şükürovun isə əmlakı satmaq iradəsini həyata keçirən şəxs olmaqla təqsirli hərəkətində ifadə oluna bilər. İlk öncə Cavabdeh1 münasibətdə qeyd edilməlidir ki, ona qarşı irəli sürülən tələbin hüquqi əsası əsassız varlanma kimi nəzərdən keçirilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında izah edilmişdir ki, “əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər”. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İddiaçı bildirir ki, avtomobilin akkumlyatoru təzələnmiş, motoru yağ buraxdığı üçün təmir etdirilmiş və digər detallar dəyişdirilmişdir. Avtomobilin akkumlyatoru fərdi müəyyən əşya olduğu üçün əvəzedilən əşya sayılmır. Avtomobildən ayrılıb götürülə bilər. Avtomobil iddiaçının faktiki sahibliyində olduğundan akkumlyatorun təzələnməsinə görə çəkilmiş xərcin əvəzi tələbi özlüyündə əsassızdır. Motorun yağ buraxdığı üçün təmir edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmin xərcin əvəzinin ödənilməsi tələbi sübuta yetirilmədiyi üçün əsassızdır. İddiaçı digər detalların dəyişdirildiyini bildirsə də, konkret olaraq hansı detalların dəyişdirildiyini bildirməmiş, ayrılıqda hər bir detal üçün və ümumilikdə detalların dəyişdirilməsinə nə qədər vəsait sərf etdiyini qeyd etməmiş, bu tələbi təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Müzakirə edilən hissədə də tələb sübuta yetirilmədiyi üçün əsassız hesab edilməlidir. Beləliklə, vurulmuş 2.000 manat ziyanın əvəzinin ödənilməsi tələbi Cavabdeh1 münasibətdə əsassız olduğu üçün rədd edilməlidir. Həmin tələbin əsaslılığını cavabdeh Telman Şükürova münasibətdə araşdıran Məhkəmə bildirir ki, bu hissədə tələbin hüquqi əsası kimi mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəlik nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında izah edilmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.” Məhkəmə hesab edir ki, hazırki iş üzrə qeyd edilən Plenum qərarında göstərilən ilk iki şərt mövcuddur. Cavabdeh Telman Şükürov avtomobili etibarnamə əsasında iddiaçıya satmaqla təqsirli olaraq hüquqa zidd əməl törətmişdir. Lakin törədilmiş əməl nəticəsində ona 2.000 manat maddi zərər dəydiyini bildirən iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, vurulmuş 2.000 manat ziyanın əvəzinin ödənilməsi tələbi cavabdeh Telman Şükürova münasibətdə də sübuta yetməməsi əsası ilə rədd edilməlidir. Beləliklə, Məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq 18.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli, 15.700 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 144 manat cavabdeh Şükürov Telmandan tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbi qismən təmin edilsin. 15.700 (on beş min yeddi yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 144 (yüz qırx dörd) manat cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar