Məhkəmə qərarları › İş №e-2(060)-2335/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2335/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2335/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “arayışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı iddia qaldıraraq, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının X1 verdiyi xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00103 nömrəli arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “arayışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. İddiaçı “STP Global Cable» Açıq Səhmdar Cəmiyyəti Sumqayıt 1 saylı Mediasiya Təşkilatının X1 verdiyi xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00103 nömrəli arayışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Qeyd olunan arayışın etibarsız hesab edilməsinin əsası kimi arayışda qeyd edilmiş xx.xx.2025-ci il, 17:30 tarixində ilkin mediasiya sessiyasında İddiaçı MMC, VÖEN ********** nümayəndəsi iştirak etsə də, mediasiya təklifini göndərmiş tərəfin özünün iştirak etmədiyini, arayışda qeyd edilmiş xx.xx.2025, 15:45 tarixindəki mediasiya sessiyasının İddiaçı MMC ilə razılaşdırılmadığı və ya ona bu barədə hər hansı bildirişin verilmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş etibarsızlığı tələb edilən mediasiya arayışından görünür ki, həmin arayış X6 ilə İddiaçı Məhdud Səhmdar Cəmiyyəti arasında əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət edilməmişdən əvvəl başlanmış mediasiya prosesi zamanı verilmişdir. Həmin arayış Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi səbəbindən verilmişdir. Arayışda mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf kimi “STP Global Cable» Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. Həmin normaya görə tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən arayış hüquqi vəziyyəti əks etdirən sənəd olmaqla (tərəflərin mediasiya sessiyasında iştirak edib-etməməsi halını özündə əks etdirməklə) hüquqmüəyyənedici sənəd və ya əqd deyildir. Başqa sözlə desək həmin arayış tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmədiyini və bunun nəticəsində mediasiya prosesinin davam etdirilmədiyini təsdiq edir və tərəfin ziyanına və xeyrinə ola biləcək hər hansı hüquqi nəticəyə səbəb olmur. O da qeyd olunmalıdır ki, mediasiya prosesinin məqsədi hər hansı münasibət iştirakçıları arasında yaranmış mübahisənin məhkəməyədək danışıqlar yolu ilə həllinə nail olunmasından ibarətdir. Məhkəmə qeyd edir ki, mediasiya prosesi zamanı məlumatlandırılmamasına istinad etməklə həmin proseslə bağlı verilmiş arayışın etibarlılığını mübahisələndirən tərəf həmin mediasiya prosesinin predmeti olmuş mübahisə ilə bağlı məhkəmədə iddia qaldırılacağı təqdirdə mübahisəni öz aralarında və ya mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla həll etmək imkanından məhrum olmur. Belə ki, MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə iddiaçıya sözügedən mübahisə məhkəmə müstəvisinə gələcəyi halda barışıq yolu ilə mübahisəni həll etmək və ya iddiaya etirazı olacağı təqdirdə müvafiq əsasları irəli sürmək hüququna malik olmasını izah etməklə hazırki mülki iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “arayışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı cavabdeh X3 qarşı “arayışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar