Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2364/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh su sayğaclarının oğurlanmasına görə dəymiş 2065,86 (iki min altmış beş manat, səksən altı qəpik) manat ziyan məbləğinin və 40,66 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 289/ 2022-saylı, 25.01.2022-ci il tarixli inzibati xəta haqqında Qərarı ilə hazırkı iş üzrə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunmuşdur. Eyni zamanda həmin inzibati iş üzrə Qərarda zərərçəkmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vurulmuş zərərin əvəzi olaraq mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Sözügedən məhkəmə qərarına əsasən İddiaçı ASC-yə məxsus, Sumqayıt şəhəri 6 və 9cu mkr ünvanlarda yerləşən bir sıra binaların pilləkən meydançasında quraşdırılmış 88,58 manat dəyərində - 17 ədəd və 80 manat dəyərində - 7 ədəd, ümumilikdə isə 2065, 86 manat məbləğində 24 ədəd su sərfiyyatını ölçən cihazların (sayğaclar) cavabeh tərəfindən oğurlanması sübuta yetirilmişdir. Beləliklə, cavabdehin təqsirlı əməli nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus əmlaka 2065,86 manat (iki min altmış beş manat səksən altı qəpik) məbləğində dəymiş ziyan məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2065,86 manat ziyan vurulmuşdur. Buna görə də dəymiş ziyan məbləği cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsinı dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədi. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinivə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 09.02.2022-ci il tarixli abonent kartından görünür ki, Arif Sanıyev ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən ev 35 mənzil 27-ə su sayğacı quraşdırılmış, sayğaca əsasən mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 513,94 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-289/2022 saylı, 25.01.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-591/2022 saylı, 23.02.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək ona 200 saat ictimai işlər tənbeh növü tətbiq olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Mexaniki D=15 mm-lik su sayğacı- 77,71 manat, Mexaniki D=20 mm-lik su sayğacı-88,58 manat dəyərindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-289/ 2022-saylı, 25.01.2022-ci il tarixli inzibati xəta haqqında Qərarı ilə hazırkı iş üzrə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunmuşdur. Eyni zamanda həmin inzibati iş üzrə Qərarda zərərçəkmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vurulmuş zərərin əvəzi olaraq mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Sözügedən məhkəmə qərarına əsasən İddiaçı ASC-yə məxsus, Sumqayıt şəhəri 6 və 9-cu mkr ünvanlarda yerləşən bir sıra binaların pilləkən meydançasında quraşdırılmış 88,58 manat dəyərində - 17 ədəd və 80 manat dəyərində - 7 ədəd, ümumilikdə isə 2065, 86 manat məbləğində 24 ədəd su sərfiyyatını ölçən cihazların (sayğaclar) cavabeh tərəfindən oğurlanması sübuta yetirilmişdir. Beləliklə, cavabdehin təqsirlı əməli nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus əmlaka 2065,86 manat (iki min altmış beş manat səksən altı qəpik) məbləğində dəymiş ziyan məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2065,86 manat ziyan vurulmuşdur. Buna görə də dəymiş ziyan məbləği cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası MPM-nin 82.4-cı maddəsinə əsasənməhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən “Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatımüəssisəsinin hesabına həyata keçirilir.” “Su təchizatı və tullantı suları haqqında” qanunun 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsiliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2065,86 manat ziyan vurulmuşdur. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş 2065,86 (iki min altmış beş manat, səkksən altı qəpik) manat ziyan məbləği tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 2065,86 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 40,66 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş 2065,86 (iki min altmış beş manat, səksən altı qəpik) manat ziyan məbləği və 40,66 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2364/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2364/2022
27.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver