Məhkəmə qərarları › İş №e-2(060)-24/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-24/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-24/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində 04 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında cavabdehin tikdiyi tikintinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 iddiaçının razılığı ilə əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində ümumi sahəsi 245.1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsini 3836 manat dəyərındə satın alıb və uzun müddətdir həmin obyektə (yeməkxana) sahiblik edir. Obyektin texniki pasportu və şahədatnaməsi də var. Bir müddət Cavabdeh1 onun mülkiyyətində onun obyektin qarşısını kəsməklə tikili tikmiş və bu da onun iş fəaliyyətinə maneə törədir, binaya girişi-çıxışı məhdudlaşdırmışdır. Ümumiyyətlə həmin tikilinin tikilməsi ümumi bazarının fəaliyyətindən, təyinatından kənara çıxmaqdır. Cavabdeh şəxs orada avtomobil təmiri və qoyulması üçün bokslar tikmişdir. Onların isə bazara çıxışlarının qarşısını almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, müdafiə etdiyi şəxsə məxsus əmlak onun etibarnamə ilə istifadə etdiyi əmlakdır, Abdulbaqıyev Vaqif Şahbala oğluna məxsus əmlakın istifadəsinə heç bir məhdudiyyət törətmir. İddiaçıya məxsus əmlakın baş yola çıxışı vardır və onun qarşısını kəsən heç bir maneə yoxdur. Bundan başqa bildirir ki, həmin ərazidə heç bir tikinti işləri aparılmır, iddiaçının bu barədə göstərdikləri doğru deyil. İddiaçının iddia etdiyi kimi ona məxsus tikilinin qarşısında heç bir tikinti işləri aparılmır. İddiaçının mübahisələndirildiyi tikili cavabdehə məxsus deyil, yalnız etibarnamə əsasında cavabdeh tərəfindən idarə olunur, lakin cavabdeh mülkiyyətçi deyil. O, əmlakı mülkiyyətçinin göstərişi ilə hasara almışdır, amma bu hasara alma mülkiyyətçinin özünə məxsus ərazidə digər şəxslərin hüquqlarını pozmadan həyata keçirilib. Hesab edir ki, bu iddiada iddiaçının əsas məqsədi öz əmlakından istifadə etmək üçün özünə əlavə olaraq yol açmaqdır, halbuki iddiaçının əmlakının digər bir girişi də vardır. Cavabdehin idarə etdiyi qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus tikiliyə heç bir maneəçiliyi yoxdur, onun qarşısını kəsmir, girişçıxış yolunu bağlamamışdır, iddiaçının bu barədə göstərdikləri dorğu deyil. Məhkəmənin nəzərinə çatdırır ki, hazırki mülki işlə bağlı çoxsaylı məhkəmə araşdırmaları olub. Ekspert rəyinə əsasən də sözügedən ərazinin Hafiz Rzayevin mülkiyyətində olduğu təsdiqlənmişdir. Qanuni əsasla onun mülkiyyətinə verilmiş ərazidə tikililər inşa edilib. Obyektə baxış da keçirilib, uçuq-sökük vəziyyətdə olan və taxtalardan hazırlanmış tikilidir və tikiliyə arxa tərəfdən də yol olduğunu görmüşdülər. Hətta iddiaçıya sənəd üzərində olan sahədən də artıq torpaq sahəsi güzəşt edilmişdir. Ekspert köhnə sənədlərə istinad edərək rəy vermişdir. Belə ki, ekspert köhnə sənədə əsasən qapıdan keçmək üçün tikililərin sökülməli olduğunu hesab edib. Bildirir ki, torpaq və onun üzərindəki tikililər cavabdehin mülkiyyətindədir. Yaxın zamanda həmin tikiliyə çıxarış da alıcaqdır. Bu səbəbdən hesab edir ki, tikilinin sökülməsi cavabdehin mülkiyyət hüququnun pozulmasına gətirib çıxardacaq. X9 tərəfindən inşa edilmişdir, daha sonra torpaq sahəsini Cavabdeh1 verib. Torpaq sahəsi hazırda faktiki olaraq Cavabdeh1 istifadəsində, Hafiz Rzayevin isə mülkiyyətindədir. Nümayəndə göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən və məhkəmə bildirişinə imza etməklə) iş üzrə İddiaçı və cavabdeh X8 məhkəmə baxış iclasına gəlməmiş, iddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh2 gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı və 185.6-cı maddələrinə əsasən məhkəmə işə İddiaçı və cavabdeh X4 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində ümumi sahəsi 245.1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsini 3836 manat dəyərində pul ödəməklə satın almışdır və uzun müddətdir həmin obyektə (yeməkxana) sahiblik edir. Obyektin texniki pasportu və şahədatnaməsi də var. Bir müddət Cavabdeh1 onun mülkiyyətində olan obyektin qarşısını kəsməklə tikili tikmiş və bu da onun iş fəaliyyətinə maneə törədir, binaya girişi, çıxışı məhdudlaşdırmışdır. Hal-hazırda ona məxsus yeməkxana fəaliyyət göstərmir və o, də heç bir vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir, amma həmin yeməkxananı yenidən təmir edib istifadə etmək niyyətindədir. Ona məxsus tikilinin qarşısında bokslar tikilmişdir, bu səbəbdən də obyektin girişi tamam bağlanmışdır, ona məxsus tikilidən təyinatına uyğun istifadə edə bilmir. Onda olan məlumata əsasən mübahisə predmeti olan tikili Hafis adında şəxsə məxsusdur və o həmin tikilini Cavabdeh1 on illik müqavilə əsasında vermişdir. Qeyd olunan ərazidə yerləşən mübahisə predmeti olan tikilini cavabdeh qismində qeyd olunan Cavabdeh1 idarə edir. Sözügedən ərazidə olarkən Niyaz tikilinin ona məxsus olduğunu bildirmiş və bununla bağlı ona müəyyən sənədləri göstərmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil1 bildirmişdir ki, müdafiə etdiyi şəxsə məxsus yeməkxananın ətrafı, o cümlədən girişi tam olaraq bağlanmışdır və o, həmin yeməkxanadan təyinatına uyğun istifadə edə bilmir. Tikilinin sökülməsi üçün isə müraciət etdikləri zaman Cavabdeh1 onlara tikilinin ona məxsus olduğunu bildirmişdir. İddiaçıya məxsus obyektin şəhadətnaməsi və texniki pasportu var, həmin sənədlərdə obyektin ölçüsü 245 kv.m göstərilmişdir. Obyektin giriş-çıxışı bazara tərəfdir. Binanın ön hissəsi əvvəllər boş olub, arxa hissəsi isə dəmiryolu istiqamətindədir. Yeməkxanadan bazar camaatı istifadə edib. Nümayəndə ekspert rəyləri ilə razı olduğunu və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı yeməkxananın texniki göstəriciləri ilə bağlı İddiaçı adına texniki pasport tərtib edilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli 001050 qeydiyyat nöməli şəhadətnamədən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı yeməkxananı satış qiymətini ödəməklə satın alınmışdır. Həmin şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Bakı Quba yolunun 40-cı km-6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014cü il tarixdə qeydə alınmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı yeməkxana İddiaçı məxsusdur. Cavabdeh X5 məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km 6 saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində cavabdehlər tərəfindən tikililər inşa edilmiş və iddiaçı həmin tikililərin ona məxsus qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törətdiyini iddia edərək onların cavabdehlərin hesabına sökülməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da (elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən), məhkəmə hesab edir ki, onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, AR Mülki Məcəlləsinin 139-1.1.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş tikililər və hasar iddiaçının həmin qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törədir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 10/1968 nömrəli rəyi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km-də yerləşən 6 saylı qeyri-yaşayış sahələrinin bir-birinə qonşu sahələrdə yerləşdiyi və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinin sərhədlərinin bitişik vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan qeyri-yaşayış sahələrinin ölçüləri və sahəsi mülk materiallarına əlavə edilmiş texniki pasportlarda ətraflı göstərilmişdir (1-ci sual üzrə). Tədqiq olunan qeyri-yaşayış sahələrinin faktiki vəziyyəti üzrə baxış zamanı əldə edilmiş məlumatlarla həmin qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Abdullayev Vaqif Şahbala oğluna məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı qeyri-yaşayış sahəsinə X4 mülkiyyətində olan sahədən müdaxilə edilmədiyi müəyyən olunmuşdur (3-cü sual üzrə). Abdullayev Vaqif Şahbala oğluna məxsus 50 saylı qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti ilə həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport məlumatları müqayisə edilərkən, 50 saylı qeyri-yaşayış sahəsinə giriş-çıxışın texniki pasporta uyğun olduğu, lakin texniki pasport üzrə giriş-çıxışın qarşısının boş torpaq sahəsindən ibarət olduğu, faktiki vəziyyətdə isə həmin sahədə yeməkxananın divarından 2,0 metr və 4,2 metr aralı məsafədə cavabdeh tərəfindən 30,0 metr uzunluğunda sərhəd hasarı və tikililər inşa edildiyi, nəticədə yeməkxanaya giriş hissəsinin qarşısının bağlandığı müəyyən olunmuşdur. Qeyd olunur ki, 50 saylı yeməkxana tikilisinə giriş-çıxış üçün yaranmış maneənin aradan qaldırılması üçün həmin sahədə inşa edilmiş sərhəd hasarı və tikililər sökülməlidir (4-cü sual üzrə). İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/2602 nömrəli rəyindən isə görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdakı göstəricilərə uyğun inşa edildiyi müəyyən olunur (1-ci sual üzrə). Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh X5 məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km 6 saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində mövcud olan tikililərin xx.xx.2014-cü il tarixli texniki pasportdakı göstəricilərə uyğun inşa edilmədiyi müəyyən olunur. Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsi ilə qonşu olan hissəsində ümumi uzunluğu 23,5 metr, eni 7 metr olan, mişar daşından inşa edilmiş 4 ədəd tamamlanmış, 1 ədəd yarımçıq qeyri-yaşayış sahəsinin və 4 x 3.8 metr ölçüdə otaq tikilisinin inşa olunduğu, bu tikililərin 6 saylı qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş “Texniki Pasport”da öz əksini tapmadığı müəyyən olunur (2-ci sual üzrə). Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Əmlakın İnventarlaşdırıiması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli “Texniki Pasport”a əsasən, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin cavabdeh X5 məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-ci km 6 saylı qeyri-yaşayış binasına tərəf olan çıxışından başqa, tikilinin arxa fərəfində 4 nömrəli mətbəx tikilisindən çölə açılan giriş-çıxış qapısı olsa da, cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində iddiaçıya məxsus 50 saylı qeyri-yaşayış sahəsinin əsas girişinin bağlandığı müəyyən olunur (3-cü sual üzrə). Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Eyni zamanda mübahisəli əraziyə məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan ərazinin H.Z.Tağıyev qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə olduğu məlum olmuşdur. İddiaçıya məxsus əmlakın uzun müddətdir ki, istifadə olunmadığı, həmin istifadə olunmayan obyektin qarşısında isə təyinatı məhkəməyə məlum olmayan 4 obyektin tikildiyi, həmin obyektlərin ətrafında isə daş hasarın çəkildiyi, İddiaçı məxsus yeməkxana adlandırdığı obyektin isə həmin daş hasarın arxa tərəfində yerləşdiyi, obyektin giriş-çıxışının isə yalnız arxa hissəyə, yəni dəmiryol relslərinin yerləşdiyi əraziyə olduğu məhkəmə tərəfindən müşahidə edilmişdir. Sözügedən daş hasarla iddiaçıya məxsus obyekt arasında təxminən 3-4 metr məsafə olsa da, həmin daş hasarın obyektin qarşısını kəsdiyi, ön hissədən obyektə giriş-çıxışın qarşısının alındığı faktı aşkar olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyriyaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş hasar və digər tikililərin həmin qeyri-yaşayış sahəsinin əsas girişini bağladığı, 50 saylı yeməkxana tikilisinə girişçıxış üçün yaranmış maneənin aradan qaldırılması üçün həmin sahədə inşa edilmiş sərhəd hasarı və tikililərin sökülməli olması öz təsdiqini tapmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş tikililər cavabdeh X4 mülkiyyətində olan torpaq sahəsində olsa da, həm işdə iştirak edən şəxslərin, həm Cavabdeh1, həm də həmin cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarda mübahisəli ərazidəki tikililərin Cavabdeh1in istifadəsində olduğu, o cümlədən hasarın onun tərəfindən inşa edildiyi bildirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi hər iki cavabdehə münasibətdə təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş hasar və digər tikililər cavabdehlər Cavabdeh1 və X8 tərəfindən onların hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 manat dövlət rusumu cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərcləri də cavabdehlər Cavabdeh1 və X5 aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən isə görünür ki, hazırki iş üzrə ekspertiza xərci 150 (50+100) manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş hasar və tikililər cavabdehlər Cavabdeh1 və X4 hesabına sökülsün. Cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar