Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2505/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 653,03 manat vəsaitin, o cümlədən, iddiaçı "xxxx" ASC-nin dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 30,4 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 62,58 manat həcmində hesablanmış faiz Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq – “Sedent”) proqram təminatında baş vermiş xəta səbəbilə sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin (bundan sonra – “borclular”) bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışdırlar. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə sedent tərəfindən sessionara güzəşt edilmişdir. Borclular həmin müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan “X4 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan da göründüyü üzrə **********534635 nömrəli bank kartının sahibi əsassız varlanaraq 653,03 manat məbləğində pul vəsaiti əldə etmişdir. “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatlara əsasən **********534635 nömrəli kartın sahibi Cavabdehdır (cavabdeh) və müvafiq MAPS arayışına əsasən onun rəsmi qeydiyyat ünvanı ünvan 1ИВИ Банк” АО) tərəfindən "xxxx" MMC-yə (“Банк «МБА-МОСКВА” OOO) göndərilən 11-2023-314754/1ПБ nömrəli, xx.xx.2023-cü il tarixli “İnformasiya məktubu”nda qeyd edilmişdir ki, “KİVİ Bank” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Granat” pul köçürmələri xidmətinin işində problemlərin olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMC-nin müraciətinə cavab olaraq, QİWİ Cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılmış, müştərilər tərəfindən əməliyyatın ləğv edilməsini təsdiq edən və buna görə də “Granat” pul köçürmələri xidməti tərəfindən “300” kodunun və əməliyyat səhvi haqqında “Texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir. Ödənişi həyata keçirmək üçün sizə xidmət edən banka müraciət etməyinizi xahiş edirik” məzmununda mətnin yer aldığı məktubun göndərildiyi köçürmələr üzrə müvafiq reyestri (əlavə 1) təqdim edirik”. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025 tarixli, 6-2- 41/2-5110/2025 nömrəli bildirişdə qeyd edilmişdir ki, Cavabdeh 653,03 manat məbləği həcmində əsassız pul vəsaiti əldə etmiş, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilmiş, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarması borcludan xahiş edilmişdir. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini "xxxx" müvafiq müddət ərzində ASC-yə qaytarmamışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 13 mart 2023cü il tarixdə kartına pul köçmüşdür. Həmin müddətdən 2 il keçmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı "xxxx" ASC (sessionar) ilə Bank "xxxx" MMC (hüququ ötürən) arasında bağlanmış xx.xx.2025-ci il tarixli Tələbin ötürülməsi (sessiya) müqaviləsindən görünür ki, hüququ ötürən sessionara ötürür, sessionar isə hüququ ötürənin proqram təminatının nasazlığı səbəbindən borclular tərəfindən əsassız olaraq alınmış və nəticədə hüququ ötürənin pul vəsaitlərinin qanunla müəyyən edilmiş əsaslar olmadan borcluların bank kartlarına köçürülmüş 55696,23 Azərbaycan manatı, 1739,41 ABŞ dolları və 1204,39 avro məbləğində pul vəsaitlərinin borclulardan mülkiyyətinə alınması tələbini qəbul edir.
6. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə əsassız olaraq (texniki xəta nəticəsində) köçürülmüş 653,03 manat məbləğində vəsaiti bu bildirişi aldığı tarixdən etibarən 3 gün ərzində "xxxx" ASC-yə qaytarılması təkilf olunmuş, qeyd edilən müddət ərzində vəsait qaytarılmadığı halda "xxxx" ASC tərəfindən pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. “Granat” Pul Köçürmə Xidməti (GranatPay) vasitəsilə edilən köçürmələrin reyestrindən çıxarışdan görünür ki, **********534635 nömrəli bank kartının sahibi əsassız varlanaraq 653,03 manat məbləğində pul vəsaiti əldə etmişdir.
8. “KİVİ Bank” SC (“КИВИ Банк” АО) tərəfindən "xxxx" MMC-yə (“Банк «МБА- МОСКВА” OOO) göndərilən 11-2023-314754/1ПБ nömrəli, xx.xx.2023-cü il tarixli “İnformasiya məktubu” ndan görünür ki, “KİVİ Bank” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Granat” pul köçürmələri xidmətinin işində problemlərin olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMCnin müraciətinə cavab olaraq, QİWİ Cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılmış, müştərilər tərəfindən əməliyyatın ləğv edilməsini təsdiq edən və buna görə də “Granat” pul köçürmələri xidməti tərəfindən “300” kodunun və əməliyyat səhvi haqqında “Texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. - 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
12. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" MMC-nin (Sedent) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin bank kartlarına köçürülüb və nəticə olaraq borclular əsassız olaraq varlanıblar. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (Sessionar) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin 1.1-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilib. Borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilib, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan “X4 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən çıxarışdan da göründüyü üzrə **********534635 nömrəli bank kartının sahibi əsassız varlanaraq 653,03 məbləğində pul vəsaiti əldə edib.
13. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdehə məxsus **********534635 nömrəli bank kart hesabına 653,03 manat məbləğində pul vəsati köçürülmüş, nəticədə cavabdeh əsassız varlanmışdır. İddiaçının təkliflərinə baxmayaraq, cavabdeh əsassız olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmamışdır.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh kartına pul köçürüldüyünü təsdiq etmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
16. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 653,03 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (Mülki Məcəllənin 445.2, 445.7. maddələri).
18. Qanunun mənasına görə borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir ki, bu da borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməsidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən pul vəsaitinin icrası gecikdirildiyindən və bu gecikmə işdə olan sənədlərlə öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsaslıdır.
19. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 653,03 manat əsas borc, 62,58 manat faiz borcu olmaqla, cəmi 715 (yeddi yüz on beş ) manat, 61 (altmış bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, 40 (qırx) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 653,03 manat əsas borc, 62,58 manat faiz borcu olmaqla, cəmi 715 (yeddi yüz on beş ) manat, 61 (altmış bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, 40 (qırx) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva