Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2618/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi ilə, İddiaçı cavabdeh X3 qarşı “arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Məhdud Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı iddia qaldıraraq, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının X1 verdiyi xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00103 nömrəli arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, iddiaçı “STP Global Cable» Açıq Səhmdar Cəmiyyəti Sumqayıt 1 saylı Mediasiya Təşkilatının X1 verdiyi xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00103 nömrəli arayışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Qeyd olunan arayışın etibarsız hesab edilməsinin əsası kimi arayışda qeyd edilmiş xx.xx.2025-ci il, 17:30 tarixində ilkin mediasiya sessiyasında İddiaçı MMC, VÖEN ********** nümayəndəsi iştirak etsə də, mediasiya təklifini göndərmiş tərəfin özünün iştirak etmədiyini, arayışda qeyd edilmiş xx.xx.2025, 15:45 tarixindəki mediasiya sessiyasının İddiaçı MMC ilə razılaşdırılmadığı və ya ona bu barədə hər hansı bildirişin verilmədiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş etibarsızlığı tələb edilən mediasiya arayışından görünür ki, həmin arayış X6 ilə İddiaçı Məhdud Səhmdar Cəmiyyəti arasında əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət edilməmişdən əvvəl başlanmış mediasiya prosesi zamanı verilmişdir. Həmin arayış Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi səbəbindən verilmişdir. Həmin arayışda mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf kimi “STP Global Cable» Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. Həmin normaya görə tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən arayış hüquqi vəziyyəti əks etdirən sənəd olmaqla (tərəflərin mediasiya sessiyasında iştirak edib-etməməsi halını özündə əks etdirməklə) hüquqmüəyyənedici sənəd və ya əqd deyildir. Başqa sözlə desək həmin arayış tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmədiyini və bunun nəticəsində mediasiya prosesinin davam etdirilmədiyini təsdiq edir və tərəfin ziyanına və xeyrinə ola biləcək hər hansı hüquqi nəticəyə səbəb olmur. O da qeyd olunmalıdır ki, mediasiya prosesinin məqsədi hər hansı münasibət iştirakçıları arasında yaranmış mübahisənin məhkəməyədək danışıqlar yolu ilə həllinə nail olunmasından ibarətdir. Məhkəmə qeyd edir ki, mediasiya prosesi zamanı məlumatlandırılmamasına istinad etməklə həmin proseslə bağlı verilmiş arayışın etibarlılığını mübahisələndirən tərəf həmin mediasiya prosesinin predmeti olmuş mübahisə ilə bağlı məhkəmədə iddia qaldırılacağı təqdirdə mübahisəni öz aralarında və ya mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla həll etmək imkanından məhrum olmur. Belə ki, MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə iddiaçıya sözügedən mübahisə məhkəmə müstəvisinə gələcəyi halda barışıq yolu ilə mübahisəni həll etmək və ya iddiaya etirazı olacağı təqdirdə müvafiq əsasları irəli sürmək hüququna malik olmasını izah etməklə hazırki iddianın təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X3 qarşı “arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2618/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2618/2025
10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver