Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2757/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Siyəzən Rayon İcra və Probasiya Şöbəsi) “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 190 baş xırda buynuzlu heyvan qoyun-keçinin hazırkı günə bazar dəyəri olan 57000 (əlli yeddi min) manat, 19 baş iribuynuzlu heyvan mal qaranın hazırkı bazar dəyəri kimi 39900 (otuz doqquz min doqquz yüz) manat, ümumi olaraq 96900 (doxsan altı min doqquz yüz) manat pul vəsaitinin və ödənilmiş 381 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019 –cü il tarixli, 2(060)-8430/2019 saylı qətnaməsinə əsasən müxtəlif əmlakların bölünməsi həyata keçirilməklə yanaşı, birgə nikah dövründə əldə edilmiş 380 baş xırda buynuzlu heyvan qoyun – keçi, 38 baş iribuynuzlu mal-qara və inək-camışa dair ½ hissədə pay müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə İddiaçı verilməli olan 380 baş xırda buynuzlu heyvan qoyun – keçi, 38 baş iribuynuzlu mal-qara və inək-camışın ½hissəsi Siyəzən rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019 – cu il tarixli akt ilə saxlanılması məqsədilə borclu Cavabdeh təhvil verilmişdir. Borclu isə bu günə kimi tələbkara ona məhkəmə aktı ilə verilməli olan heyvanların dəyərini ödəyəcəyi barədə inandırmaqla heyvanları özündə saxlamış, lakin sonradan tələbkara məlum olmuşdur ki, borclu ona verilməli olan heyvanları şəxsi məqsədləri üçün istifadə etmişdir. Belə ki, borclu Cavabdeh Siyəzən rayon icra və Probasiya şöbəsinə vermiş olduğu xx.xx.2024 – cü il tarixli izahatdan görünür ki, məhkəmə qətnaməsi ilə bərabər bölünmüş və icra orqanının aktı ilə ona verilmiş 380 baş xırda buynuzlu heyvan qoyun – keçi, 38 baş iribuynuzlu malqara və inək-camışdan onun təsərrüfatında 100 baş xırda buynuzlu, 11 baş isə iribuynuzlu heyvanlar qalmaqdadır. Bu fakt tələbkara və icra qurumuna bəlli olduqdan sonra bununla əlaqədar Siyəzən rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən yerində müayinə keçirilən zaman xx.xx.2025 – ci il tarixli akt tərtib edilmiş və müəyyən edilmişdir ki, hazırda Xızı rayonu Dizəvar kəndində yerləşən ferma təsərrüfatında borcluya təhvil verilmiş heyvanlardan 57 baş xırda buynuzlu, 11 baş isə iribuynuzlu heyvanlar qalmaqdadır. Görünən odur ki, cavabdeh 6 il ərzində iddiaçıya verilməli olan heyvanları tamamilə, eyni zamanda özünə da aid heyvanların bir hissəsini şəxsi məqsədləri üçün istifadə etmiş, iddiaçını bu müddət ərzində guya ki, heyvanların dəyərini ona ödəyəcəyini inandırmaqla aldatmış, ona vermiş olduğu vədi icra etməmişdir. Beləliklə də nəticədə cavabdeh iddiaçıya aid olan əmlakı və əmlaka olan hüquqları ələ keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. "xxxx" MMC-nin xx.xx.2025 – ci il tarixli, 02-43/25 saylı mütəxəssis rəyinə əsasən, 190 baş xırda buynuzlu heyvan qoyunkeçinin hazırkı günə bazar dəyəri 57000 (əlli yeddi min) manat, 19 baş iribuynuzlu heyvan mal qaranın hazırkı bazar dəyəri isə 39900 (otuz doqquz min doqquz yüz) manat dəyərində müəyyən olunmuşdur. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, icra işinin materiallarından görünür ki, icra ümumi 2 istiqamətdə olmuşdur.Daşınmaz əmlakla bağlı hissədə əsas hissə icra olunmuşdur.Mal-qara hissəsində isə icra işində olan aktdan görünür ki, mal-qara cavabdehə təhvil verilmiş və cavabdeh qorunub-saxlanılması və digər məsələlərlə bağlı öhdəlik götürmüşdür.Lakin iddiaçıya təhvil verilməmişdir. 2 hissədə heyvana dəyər qiyməti qoyulmuşdur.Birinci hissədə heyvanların bazar qiyməti 97850 manat təşkil edir. 6-7 yaş nəzərə alınsa, 67460 manat təşkil edir.Heyvanların saxlanılması üçün verildikdə bugünə qədər də heyvandan kifayət qədər istifadə edilmişdir.Dişi heyvanlardan hər il 2-3 bala götürüb artırmışdırlar.2024-cü ilin dekabr ayında cavabdehin verdiyi izahatdan görünür ki,hazırda onun 100 baş kiçik buynuzlu, 11 baş böyük buynuzlu heyvan var.Onun üzərindən 1 ay 15 gün keçdikdən sonra yerində müayinə keçirilərkən məlum olmuşdur ki, 43 baş heyvan əksikdir. 43 baş heyvanı da öz məqsədləri üçün istifadə etmişdir.Cavabdeh heyvanların qaytarılmaması və dəyərinin ödənilməməsi üçün belə addımlar atmışdır.Hazırdada məhkəmə qərarı ilə müəyyən olunmuş heyvanların dəyərinin ödənilməsindən boyun qaçırır.Təqdim etdikləri mütəxəssis rəyində 96900 manat olduğu halda, qiymətləndiricinin rəyi ilə 97850 manat qiymətləndirilmişdir.Hesab edirlər ki, iddia tələbi əsaslıdır və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki,hazırki iddia ümumiyyətlə icraata qəbul edilməli deyildi.Tərəflər arasında bütün bu mübahisələr məhkəmədənkənar həll olunmuşdur.Məhkəmə qətnaməsində əmlaklar üzərində ½ hissədə pay müəyyən olunmuşdur.1/2 pay tanınmayıb və icra olunmamışdır.2024-cü ilin dekabr ayında bildirmişdir ki, qətnamədən indi xəbəri olmuşdur.İcra olunsaydı,2020-ci ildən 2024-cü ilə qədər 4 il ərzində işin içində icra sənədi vardırmı? 2020-ci ilin qətnaməsinin könüllü icrası barədə bildirişinin 2024-cü ilin dekabr ayında verilməli deyil.Hazırki işdə real bölgü həyata keçirilmişdir.Qətnamə icra üsulunun dəyişdirilməsi ilə bağlı icraya müraciət edərək, heyvanları tələb etməli və ya onun dəyərini tələb etməli idi.İcra vərəqəsinə xitam verilməmişdir.Bu iddia tamamilə əsassızıdır və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 190 baş xırda buynuzlu heyvan qoyun-keçinin 27 fevral 2025-ci il tarixinə bazar dəyəri 57.000 manat təşkil etmişdir. 19baş iribuynuzlu heyvan malqaranın 27 fevral 2025-ci il tarixinə 39.900 manat təşkil etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və nikah dövründə əldə edilmiş ümumi mülkiyyətdə olan əmlaklarına dair payların bərabər qaydada müəyyən edilməklə bölünməsi tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında olan 05 oktyabr 1972-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində 689 nömrə ilə qeyd olunmuş nikah qeydinin pozulması, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 60 saylı qeyri-yaşayış binası, ünvan 2paq sahəsi, Ağsu rayonu, Növcü kəndində 2,5651 ha, 3,0000 ha, 4,4487 ha, 1,6223 ha, 1,4989 ha və 0,0521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, "Nərgiz-5" kiçik müəssisəsi, "Nərgiz-5" kiçik müəssisəsinə məxsus Tuğ zavod qəsəbəsi, 0.091 ha torpaq sahəsi (Çıxarış N- 0106810, qeydiyyat tarixi xx.xx.2012-ci il), ünvan 3 ünvanında yerləşən mağazanın (Caspian Shop)-xx.xx.1997-ci il tarixli N076610 saylı qeydiyyat vəsiqəsi ilə, təsərrüfatı (xx.xx.2003-cü il tarixli 167699 saylı müqaviləyə əsasən), 380 baş xırda buynuzlu heyvanqoyun keçi, 38 baş iribuynuzlu mal-qara və inək-camışa dair 1/2 hissədə İddiaçı,1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 10 oktyabr 2025-ci il tarixli AECS MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 190 baş xırda buynuzlu qoyun-keçinin və 19 baş iribuynuzlu heyvan mal-qaranın 10 oktyabr 2025-ci il tarixinə orta bazar dəyərinin ümumi məbləği 97850 manat təşkil etmişdir. Sözügedən heyvanların 6-7 yaşı olduğu təqdirdə 10 oktyabr 2025-ci il tarixinə orta bazar dəyərinin ümumi məbləği 67450 manat təşkil etmişdir. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması,borclu Cavabdeh 10 gün müdətində icranı könüllü olaraq təmin edilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Siyəzən rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktuba cavabdan görünür ki,məhkəmə qərardadı əsasında məktubda qeyd olunan daşınmaz əmaklar üzərində həbsin götürülməsi barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Siyəzən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Allahverdiyev Oktay Səfərbəy oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin icra vərəqəsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini 13 yanvar 2020-ci il tarixdə almışdır. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu Cavabdeh 10 gün müdətində icranı könüllü olaraq təmin edilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. İcra işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin icra vərəqəsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın dərhal icra edilməsi, işə mahiyyəti üzrə baxılıb həll edilənədək iddiaçının cavabdehlə birgə nikahlarından dövründə əldə etdiyi Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 10-cu m/rayon, 60 saylı qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 8-ci m/rayon, 100 saylı mağazaya, Sumqayıt şəhəri, 8-ci m/ray, 100 saylı mağazanın üstündə çörək mağazasına, Sumqayıt şəhəri, 12-ci m/rayon, 100/82 saylı mağazaya, Ağsu rayonu, Növcü kəndində 2.5651 ha 3.0000 ha 4,4487 ha. 1.6223 ha. 1.4989 ha vi 0.0521 ha kond təsərrüfatı təyinatlı torpaq sahələri, «Nərgiz-5» kiçik müəssisəsı üçün ayrılımı Tuq zavod qəsəbəsi ərazisində yerləşən 2 ha və Sumqayıt stansiyası rayonunda yerləşən 2 ha torpaq sahəsinə, «Nərgiz-5» kiçik müəssisəsinə məxsus Tuğ zavod qəsəbəsi ərazisində yerləşə 0.001 ha torpaq sahəsinə, Bakı şəhəri, Nərimanov rayonu. 887-ci məhəllə. F.X.Xoyski pros, e 32 ünvanında yerləşən mağazanın (Caspian Shop), Siyəzən rayonu, Ərziküş kəndində yerləşə «Nərgiz» (kəndli) fermer təsərrüfatı, Siyəzən rayonu, Qaravulxana kəndində yerləşən Fermer təsərrüfatının, Siyəzən rayonu, Gülöyşə və Qaravulxana kəndi ərazilərində əkin üçün nəzərdə tutulan pay torpaqlarınıı, Siyəzən rayonu, Yanıq Ələz kəndində 4,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Sumqayıt şəhəri, Kotec məhəlləsində 1 ha torpaq sahəsinə. Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 4-cü m/rayon, 60 saylı qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. İcra işinin materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu Cavabdeh icranı dərhal təmin etməsi qərara alınmışdır. İcra işinin materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi bildirilmişdir. İcra işinin materiallarında 06 noyabr 2019-cu il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Siyəzən rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktuba cavabdan görünür ki, ünvan 7 sentyabr 2019 cu il tarixli icra vərəqəsi əsasında icra sənədində qeyd olunan daşınmaz əmlaklardar Cavabdeh məxsus Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 10-cl mikrorayonda yerləşən 60 saylı qeyri yaşayış binasının, Sumqayıt şəhəri, 8-c mikrorayonda yerləşən 100 saylı qeyri yaşayış sahəsinin (mağaza), Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 100/82 saylı qeyri yaşayış sahəsinin (mağaza), Siyəzən rayonu Yanıq Əlləz kəndində yerləşən 4.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ve Nərgiz-5 kiçik müəssisəsinə məxsus Sumqayıt şəhəri, "Tuğ zavodu qəsəbəsi" ərazisində yerləşən 0.091 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə daşınmaz əmlakıı dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. İcra sənədində qeyd olunan, 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiy əraziyə aid olan digər daşınmaz əmlaklar barədə dövlət reyestrində məlumat aşka olunmamışdır. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8430/2009 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Siyəzən rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, tələbkar İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, borclu Cavabdeh, iş üzrə hal şahidi X1 akt tərtib edərək, təsdiq etmişdirlər ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə 380 baş xırda buynuzlu heyvan qoyun-keçi,38 baş iribuynuzlu mal-qara ½ hissədə tələbkar və borclu arasında bölünməlidir.xx.xx.2025-ci il tarixdə sözügedən heyvanları baxış keçirib bölmək üçün Xızı rayonu, Dizəvar kəndində yerləşən fermada olmuşdurlar və baxış keçirilən zaman 11 baş iribuynuzlu mal-qara, 57 baş xırda buynuzlu qoyun keçinin qaldığı müəyyən edilmişdir. Məhkəmə gedişatı zamanı iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və nikah dövründə əldə edilmiş ümumi mülkiyyətdə olan əmlaklarına dair payların bərabər qaydada müəyyən edilməklə bölünməsi tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında olan 05 oktyabr 1972-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində 689 nömrə ilə qeyd olunmuş nikah qeydinin pozulması, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 60 saylı qeyri-yaşayış binası, ünvan 2paq sahəsi, Ağsu rayonu, Növcü kəndində 2,5651 ha, 3,0000 ha, 4,4487 ha, 1,6223 ha, 1,4989 ha və 0,0521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, "Nərgiz-5" kiçik müəssisəsi, "Nərgiz-5" kiçik müəssisəsinə məxsus Tuğ zavod qəsəbəsi, 0.091 ha torpaq sahəsi (Çıxarış N-0106810, qeydiyyat tarixi xx.xx.2012-ci il), ünvan 3 ünvanında yerləşən mağazanın (Caspian Shop)-xx.xx.1997-ci il tarixli N076610 saylı qeydiyyat vəsiqəsi ilə, təsərrüfatı (xx.xx.2003-cü il tarixli 167699 saylı müqaviləyə əsasən), 380 baş xırda buynuzlu heyvan-qoyun keçi, 38 baş iribuynuzlu mal-qara və inəkcamışa dair 1/2 hissədə İddiaçı,1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə İddiaçı verilməli olan 380 baş xırda buynuzlu heyvan qoyun – keçi, 38 baş iribuynuzlu mal-qara və inək-camışın ½-hissəsi Siyəzən rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019 – cu il tarixli akt ilə saxlanılması məqsədilə borclu Cavabdeh təhvil verilmişdir. Borclu isə bu günə kimi tələbkara ona məhkəmə aktı ilə verilməli olan heyvanların dəyərini ödəyəcəyi barədə inandırmaqla heyvanları özündə saxlamış, lakin sonradan tələbkara məlum olmuşdur ki, borclu ona verilməli olan heyvanları şəxsi məqsədləri üçün istifadə etmişdir. Bu hal icra qurumu tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır.Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, payların müəyyən edilməsi hissəsində tələblə bağlı məhkəmə aktının çıxarılması, mülki işin icraatına xitam verilməsi ilə bağlı cavabdeh tərəfin etirazının əsasını qanuni hesab etmir.Belə ki, məhkəmə aktının icra olunmaması, iddiaçının artıq mübahisəsiz olan payının dəyərini ödənilməsini tələb etmək hüququndan məhrum etmir(vurulmuş ziyanın tələbi ilə bağlı). Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 433.3. öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il qərarında qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkidövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı, ümumilikdə 96900 manat məbləğində xırda buynuzlu heyvanın cavabdehə verdiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsi ilə bərabər bölünmüş və icra orqanının aktı ilə iddiaçıya verilmiş 380 baş xırda buynuzlu heyvan qoyun – keçi, 38 baş iribuynuzlu mal-qara və inək-camışdan onun təsərrüfatında 100 baş xırda buynuzlu, 11 baş isə iribuynuzlu heyvanlar qalmaqdadır. Bu fakt tələbkara və icra qurumuna bəlli olduqdan sonra bununla əlaqədar Siyəzən rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən yerində müayinə keçirilən zaman xx.xx.2025–ci il tarixli akt tərtib edilmiş və müəyyən edilmişdir ki, hazırda Xızı rayonu Dizəvar kəndində yerləşən ferma təsərrüfatında borcluya təhvil verilmiş heyvanlardan 57 baş xırda buynuzlu, 11 baş isə iribuynuzlu heyvanlar qalmaqdadır. Cavabdeh iddiaçıya verilməli olan heyvanları şəxsi məqsədləri üçün istifadə etmişdir. 10 oktyabr 2025-ci il tarixli AECS MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən 190 baş xırda buynuzlu qoyunkeçinin və 19 baş iribuynuzlu heyvan mal-qaranın 6-7 yaşı olduğu təqdirdə 10 oktyabr 2025-ci il tarixinə orta bazar dəyərinin ümumi məbləği 67450 manat təşkil etmişdir.Odur ki, iddia tələbi qismən təmin edilməli, 67450 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 292.35 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, işdə olan ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil etmişdir.İddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri qismində 200 manat iddiaçıdan, 200 manat cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 67450 manat (altmış yeddi min dörd yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 292.35 (iki yüz doxsan iki manat otuz beş qəpik) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat və İddiaçı 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ74AİİB400600F**********112, Kapital Bank ASC-nin Mərkəz filialı, KOD 200026, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2XXXX, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2757/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2757/2025
19.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver