Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-28/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 8.927,38 (səkkiz min doqquz yüz iyirmi yeddi manat 38 qəpik) manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109,27 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 26.07- xx.xx.2021-ci il tarixləri aralığında müxtəlif onlayn əməliyyatlar aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, mobil operatorlara müvafiq ödənişlər etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 8.927,38 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət edilən zaman iddia ərizəsində qeyd edilmişdir ki, bankın texniki səhvindən cavabdeh apardığı əməliyyatlar nəticəsində banka maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh istifadəsində olan xx.xx.2021-ci il tarixli debet kart müqaviləsi əsasında verilmiş kartdan müəyyən əməliyyatlar aparmış, istifadə etdiyi məbləğin bir qismini ATM-dən məxaric etmiş, mobil operatorlara ödənişlər etmiş, kart hesabından digər hesablara onlayn qaydada ödəniş etmiş, yəni onlayn qaydada alış-veriş etmişdir. Bu əməliyyatlar nəticəsində banka 8.927,38 AZN maddi ziyan dəymişdir. (Kart hesabından çıxarış iş materiallarına əlavə edilmişdir.) Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli e2(060)-1520/2023 saylı qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sualar ekspert Ramil Rüstəmzadə tərəfindən araşdırılmış, müvafiq rəy verilərək Sumqayıt şəhər Məhkəməsinə qaytarılmışdır. Ekspertiza rəyi ilə razı deyillər, bununla bağlı bildirmişlər ki, ekspert yalnız karta mədaxil və məxaric edilmə ilə bağlı rəy vermişdir, kart hesabından onlayn qaydada alış-veriş məbləğləri ilə bağlı heç bir rəqəm qeyd edilməmişdir. Cavabdeh tərəfindən onlayn qaydada alış-veriş məbləğlərini nəzərə almadan ekspert Ramil Rüstəmzadə debet kart hesabından köçürmənin olmadığını bildirmişdir. Onlayn qaydada alış-veriş köçürmənin bir hissəsi hesab edilir, yəni alış-veriş də hansısa bir hesaba köçürülür. Bundan başqa ekspert mobil operatorlara pul vəsaitinin köçürülməsinin olub-olmaması ilə bağlı da rəydə qeydiyyat aparmamışdır. Hansı operator vasitəsi ilə hansı nömrənin balansına pulun köçürülməsi barədə məlumatlar lazım olduğu halda onlar tərəfindən təqdim edilməsi mümkündür. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixi əhatə edən kart hesabından çıxarışa nəzər yetirilsə, buradan da xüsusi bilik tələb olunmadan müəyyən etmək olar ki, kart hesabına 21.941,34 manat mədaxil, 31.218,72 manat isə məxaric edilmişdir. Cavabdehin özünün kartda 350 manat vəsaiti olduğundan bu əməliyyatlar nəticəsində banka 8.927,38 AZN maddi ziyan dəymişdir. Bununla da subut olunur ki, debet kartdan artıq vəsait istifadə edilmişdir. Ekspert rəydə qeyd etmişdir ki, bank tərəfindən müştəriyə 15.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqavilə kredit müqaviləsi deyil, debet kart müqaviləsidir, cavabdehə heç bir kredit xətti verilməmiş, müqavilədə qeyd edilmişdir ki, 15.000 manat məbləğində kredit xətti açıla bilər. Bu müqavilə kredit müqaviləsi deyil, ona görə də məhkəmədə əssasız varlanma nəticəsində dəymiş ziyan tələb edilir. Belə olduğu halda, nə qədər maddi ziyan vurulduğunu müəyyən etmək üçün təkrar ekspertizanın keçirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsini, ekspert qarşısında aşağıda kimi suallar qoyulmasını xahiş etmişlər. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli hesab və ödəniş kartına dair debet kart müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, cavabdehə məxsus kart üzrə nə qədər əməliyyatlar aparılmış, aparılmış əməliyatlar nəticəsində kart hesabına nə qədər vəsait mədaxil və nə qədər vəsait məxaric (ödənişin növündən asılı olmayaraq) edilmişdir? İş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsassız varlanması nəticəsində banka nə qədər borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını, iddia ərizəsinin tam əsaslı və qanuni olmasını, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini, ekspert rəyini və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Hesab və ödəniş kartına dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh bank hesabı açmağı, həmin hesabla bağlı ödəniş kartı təqdim etməyi, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə kart vasitəsilə əməliyyatların aparılmasına dair Cavabdeh sərəncamlarını yerinə yetirməyi, Cavabdeh isə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank Cavabdeh AZN valyutasında hesab açmış, kartın son istifadə tarixi xx.xx.2024- cü il müəyyən edilmişdir. Kartın növü “MC Standard PayPass PİN Set” olmuşdur. Cavabdeh İddiaçı ASC-də olan 540408******0095 nömrəli “MC Standard PayPass PİN Set” növlü ödəniş kartı (AZN valyutalı) üzrə hesabdan xx.xx.2021- xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2021-ci ilə ilkin qalıq 350.00 manat olduğu halda xx.xx.2021-ci il tarixdə 77.50 manat və sonrakı gün müxtəlif məbləğlərdə əməliyyatlar həyata keçirilmiş, xx.xx.2023-cü il tarixə balans “-8,927.38 manat” olmuşdur. xx.xx.2022-ci il tarixli 16/687 nömrəli bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh borcun qaytarılması ilə əlaqədar xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 109.27 (bir yüz doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı ASC 05 oktyabr 2023-cü il tarixli, 15/10424 nömrəli məlumat ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, bildirmişlər ki, İddiaçı ASC olaraq Cavabdeh qarşı “pul vəsaitinin tutulması” tələbinə dair qaldırdıqları iddia üzrə cavabdehin kart üzrə çıxarışını ekspertizaya göndərmək üçün təqdim etmişlər. Belə ki, yaranan borc kredit əsasında deyil, Cavabdehlə bağlanmış plastik kartdan istifadəni nəzərdə tutan müqavilə əsasında onun kartına səhvən mədaxil edilmiş pul vəsaiti hesabına yaranmışdır. İddiaçı ASC yuxarıda adı çəkilən məlumat ilə birlikdə ödəniş kartı üzrə çıxarış təqdim etmiş və həmin çıxarışdan görünür ki, Cavabdeh AZN valyutasında, MC Standard PayPass PİN Set növündə kart verilmiş, 8,927.38 manat balans ayrılmış, çıxarış isə xx.xx.2021-xx.xx.2023-cü illəri əhatə etmişdir. Dövr üzrə məxaric 31,218.72 manat, dövr üzrə mədaxil isə 21,941.34 manat göstərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertiza qarşısında “1. İddiaçı ASC-yə məxsus ******************** nömrəli plastik kart hesabından xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında istifadə zamanı Cavabdeh onlayn əməliyyatlar aparması nəticəsində məbləğin bir qismi ATM-dən məxaric edilmişdirmi? 2. Cavabdeh mobil operatorlara müvafiq ödənişlər etmişdirmi? Əgər kart hesabından digər kart hesablarına köçürmələr etmişdirsə həmin məbləğ nə qədər təşkil edir? məzmununda suallar qoyulmuşdur, ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspert rəyi təqdim olunduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 9/3736 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 14 aprel 2021-ci il tarixli plastik karta dair müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC arasındakı çatışmazlıq suallar üzrə aşağıdakı kimi müəyyən edilmişdir: Birinci sual üzrə, iş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2021ci il tarixli plastik karta dair müqaviləsinə əsasən 15.000,00 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 14 aprel 2021-ci il tarixli plasik karta dair müqaviləsində qeyd olunan şərtləri əsas götürməklə, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 36,00 manat, xx.xx.2021-ci il tarixdə 100,00 manat, xx.xx.2021-ci il tarixdə 49,00 manat, xx.xx.2021-ci il tarixdə 110,00 manat, xx.xx.2021-ci il tarixdə 92,00 manat, xx.xx.2021-ci il tarixdə 4.266,29 manat, xx.xx.2021-ci il tarixdə 261,59 manat, xx.xx.2021-ci il tarixdə 1.663,49 manat, xx.xx.2021-ci il tarixdə 505,00 manat, xx.xx.2021-ci il tarixdə 76,00 manat məbləğində İddiaçı ASC-dən ******************** nömrəli plastik kart hesabından ümumillikdə 7.159,37 manat məbləğində məxaric edilməsi müəyyən edilir. İkinci sual üzrə, iş materiallarında olan tərəflər arasında bağlanmış 14 aprel 2021-ci il tarixli plasik karta dair müqaviləsində qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 550,00 manat, xx.xx.2021-ci il tarixdə 60,00 manat, xx.xx.2021-ci il tarixdə 400,00 manat, xx.xx.2021-ci il tarixdə 200,00 manat, xx.xx.2021-ci il tarixdə 80,00 manat, xx.xx.2021-ci il tarixdə 205,00 manat, xx.xx.2021-ci il tarixdə 500,00 manat, xx.xx.2021-ci il tarixdə 700,00 manat, xx.xx.2021ci il tarixdə 530,00 manat, xx.xx.2021-ci il tarixdə 960,00 manat, xx.xx.2021-ci il tarixdə 1.200,00 manat, xx.xx.2021-ci il tarixdə 40,00 manat, xx.xx.2021-ci il tarixdə 48,00 manat məbləğində İddiaçı ASC-dən ******************** nömrəli plastik kart hesabından ümumillikdə 5.473,00 manat məbləğində online mədaxil edilməsi müəyyən edilmişdir. İş materiallarında olan bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 14 aprel 2021-ci il tarixli plasik karta dair müqaviləsində qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh tərəfindən ******************** nömrəli plastik kart hesabından digər kart hesablarına köçürmə edilməsi müəyyən edilməmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edərək sualların dairəsini təqdim etmiş və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsini, ekspert qarşısında aşağıda kimi suallar qoyulmasını xahiş etmişlər. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli hesab və ödəniş kartına dair debet kart müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, cavabdehə məxsus kart üzrə nə qədər əməliyyatlar aparılmış, aparılmış əməliyatlar nəticəsində kart hesabına nə qədər vəsait mədaxil və nə qədər vəsait məxaric (ödənişin növündən asılı olmayaraq) edilmişdir? İş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsassız varlanması nəticəsində banka nə qədər borcu qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertiza qarşısında “1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli hesab və ödəniş kartına dair debet kart müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, Cavabdeh məxsus kart üzrə nə qədər əməliyyatlar aparılmış, aparılmış əməliyatlar nəticəsində kart hesabına nə qədər vəsait mədaxil və nə qədər vəsait məxaric (ödənişin növündən asılı olmayaraq) edilmişdir? 2. Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli müqavilə üzrə banka nə qədər borcu qalmışdır? məzmununda suallar qoyulmuşdur, ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspert rəyi təqdim olunduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli 9/8245 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 056R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə sualda qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə olan borcu 9.482,81 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcun 9.428,81 manat və faiz borcunun isə 0 manat olması müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı cavabdehə manat valyutasında bank hesabı açaraq, həmin hesaba bağlı son istifadə tarixi xx.xx.2024-cü il olan 540408******0095 nömrəli “MC Standard PayPass PİN Set” növlü ödəniş kartı təqdim etmişdir. xx.xx.2021-ci ildə həmin kartın balansı 350 manat olduğu halda, xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə iddiaçı tərəfindən müəyyən məbləğdə əməliyyatlar həyata keçirilmiş, nəticədə kartın balansında 8,927.38 manat məbləğində mənfi qalıq yaranmışdır. Məsələ ilə əlaqədar xx.xx.2022-ci ildə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin məbləği geri ödəməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin bankın hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 8927.38 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109.27 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadla isə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, cavabdehin İddiaçı ASC-dən ******************** nömrəli plastik kart hesabından ümumillikdə 7.159,37 manat məbləğində məxaric etməsi, İddiaçı ASC-dən ******************** nömrəli plastik kart hesabından ümumillikdə 5.473,00 manat məbləğində online mədaxil etməsi, Cavabdeh tərəfindən ******************** nömrəli plastik kart hesabından digər kart hesablarına köçürmə edilməməsi müəyyən edilmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, əlavə ekspertiza keçirilməsini və ekspert qarşısında sualların qoyulmasını xahiş etmiş, bununla da Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə ekspertiza keçirilmiş və yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə olan borcu 9.482,81 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin ona məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, mötəbər sübutlarla, yəni hesabdan çıxarış və ekspert rəyi ilə təsdiq edildiyindən, tələb bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin məbləğinə münasibətdə qeyd edir ki, sonuncu keçirilmiş eskpert rəyi ilə cavabdehin iddiaçıya əsassız varlanma nəticəsində olan borcu 9.482,81 manat məbləğində müəyyən edilmiş, iddiaçı isə iddia tələbində 8.927.38 manat tələb etmişdir. O səbəbdən məhkəmə iddia tələbinin təmin edilməsində heç bir maneçilik görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960-cı maddəsinə görə, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8927.38 (səkkiz min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 109.27 (bir yüz doqquz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə; iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 200 (iki yüz) manat məbləğində pul isə tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8927.38 (səkkiz min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 109.27 (bir yüz doqquz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 (iki yüz yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-28/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-28/2024
10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver