Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2907/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “X3” markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobilə görə onun sahibinə vurulmuş zərər üçün 45.412,79 (qırx beş min dörd yüz on iki manat yetmiş doqquz qəpik) manat , mənəvi zərər üçün 25.000 (iyirmi beş min) manat və məhkəməyə ödənilən dövlət rüsumu 377 (üç yüz yetmiş yeddi) manat, ümumilikdə 70.789,79 (yetmiş min yeddi yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat pul vəsaitinin İddiaçı1 xeyrinə və mənəvi zərər üçün 25.000 (iyirmi beş min) manat isə İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması və mülki işə təqdim edilən sənədlərin əsillərinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 377 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə, İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 377 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı maddi və mənəvi zərərin tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 377 (üç yüz yetmiş yeddi) manat İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2907/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2907/2025
08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver