Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2979/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 cavabdeh “Kristal Abşeron“ MTK-nə qarşı müqaviləyə xitam verilməklə mənzilin geri qaytarılması və ya mənzilin əsaslı təmiri, şərəf və ləyaqətin müdafiəsi, təkzib verilməsi, maddi və mənəvi zərərin ödənilməsi, işgüzar nüfuzun zədələnməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı1 MMC-nin işgüzar nüfuzuna və İddiaçı3 şərəf və ləyaqətinə xələl gətirən məlumatlar yazmaqla ziyan vurduğuna görə 100 000 (yüz min) manat məbləğində maddi və mənəvi ziyanın, həmçinin ödənilmiş dövlət rüsumunun hər iki iddiaçıya - İddiaçı1 MMC və İddiaçı3 bərabər qaydada (50 000 manat və 50 000 manat olmaqla) ödənilməsi öhdəliyinin cavabdehin (“Kristal Abşeron“ MTK-nın) üzərinə qoyulması, iddiaçılar İddiaçı1 MMC, İddiaçı3 və İddiaçı2 barəsində həqiqəti əks etdirməyən və yalan məlumatların - İddiaçı3 və İddiaçı2 “yaxın münasibətdə olduğu” ifadəsinin və AR-nın DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə etdiyi müraciətdə “Kristal Abşeron“ MTK-nı şantaj etdiyi, hədə-qorxu gələrək hansısa layihələrin ona verilməsini, bu olmayacağı təqdirdə isə onları biyabr etməklə hədələmək barədə qeyd edilən ifadələrin təkzib olunması barədə məktub verilməsi, rəsmi olaraq üzr istənilməsi barədə öhdəliyin cavabdehin (“Kristal Abşeron“ MTK-nın) üzərinə qoyulması, İddiaçı2 ilə cavabdeh arasında bağlanan müqavilə öhdəliklərini lazımı qaydada və tam icra edərək mənzili tam və istifadəyə yararlı vəziyyətdə təhvil vermədiyi üçün evin əsaslı təmir edilməsi və ya həmin müqaviləyə xitam verilməklə, İddiaçı2 tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 4, mənzil 159 saylı mənzil üçün ödədiyi bütün vəsaitin və əlavə olaraq ödənilmiş vəsaitin ödəniş tarixindən hesablanmaqla illik 5 faizi miqdarında (Mərkəzi Bankın illik infilyasiya faiz dərəcəsinə uyğun olaraq) əlavə vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin (“Kristal Abşeron“ MTK-nın) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 tərəfindən iddia ərizəsinin forma və məzmun tələblərinə əməl olunmamış, həmçinin bir-biri ilə əlaqəli olmayan tələblər bir icraatda birləşdirilmişdir. İddiaçı tərəfindən verilən tələblərə baxılması və araşdırılması müstəqil olaraq verilməli, iddia ərizəsinin tərtibatında hansı hüquqlarının pozulması göstərilməklə, tələbə cavab verməli olan şəxslərin dairəsi göstərilməklə, onlara qarşı yönələn tələb göstərilməli, iddiaçılar cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə məhkəməyə müraciət etməlidir. Hazırkı iş üzrə məhkəmə qanunvericiliyin aşağıdakı normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə geri qaytarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, verilmiş iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün olmamaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əməl etdikdən sonra iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığı üçün İddiaçı2 xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı2 qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 cavabdeh “Kristal Abşeron“ MTK-a qarşı müqaviləyə xitam verilməklə mənzilin geri qaytarılması və ya mənzilin əsaslı təmiri, şərəf və ləyaqətin müdafiəsi, təkzib verilməsi, maddi və mənəvi zərərin ödənilməsi, işgüzar nüfuzun zədələnməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı2 xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı2 qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilərlər. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2979/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2979/2024
09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver