Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3014/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda 50% payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50 % payı müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda iddiaçının 50 % payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZİİ seriyalı, 139920 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən qardaşı X7 xx.xx.2021-ci il tarixdə şəkərli diabet səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir. Ölən qardaşı X3 vərəsəlik işi ilə əlaqədar vərəsələri onun övladları Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1dir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi iddiaçıya və qardaşına məxsus olmuşdur. Ancaq həmin əmlak Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qardaşının adına qeydiyyata alınmışdır. Aralarında heç vaxt mübahisə olmadığı üçün payların ayrılmasını lüzum görməmişlər. Bunu qardaşının övladları Cavabdeh2, Cavabdeh3 və onların anaları da bilir. Onlar məhkəmə zamanı qeyd etdiklərini təsdiq edəcəklər. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə mənim 50 % payım müəyyən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, yeni çıxarışın verilməli və çıxarışda mənim 50 % payım müəyyən edilməlidir. İddiaçının 50 % payı müəyyən edildikdən sonra qalan 50 % pay vərəsəlik üzrə vərəsələrə keçməlidir. İddiaçı məhkəmə iclasları barədə müvafiq qaydada xəbərdar olaraq məlumatlı olmasına baxmayaraq heç bir məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbini qəbul etməyərək bildirdi ki, alqı-satqı müqaviləsi və digər bütün sənədlər atasının adınadır. İddiaçının əmlakı atası ilə şərik alması barədə fikirləri tamamilə əsassızdır. Çünki belə bir tələb olduğu halda atası sağkən iddiaçı bu tələbi edə bilərdi. Lakin bütün bu söz-söhbət atası öldükdən sonra başlamışdır. İddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh6 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* №li çıxarışın surətindən görünür ki, **********72 reyestr nömrəli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən 0,12 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə, tam payla X5 məxsusdur. - ünvan 2 ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulan, xx.xx.2021-ci ildə ölən ünvan 3 ünvanında qeydiyyatda olmuş X3 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrin dairəsi müəyyən edilmişdir. Vərəsəsi qızı-Cavabdeh2, oğlu-Cavabdeh1 və oğlu X4, həmçinin müraciət etməmiş qızı Cavabdeh3 Markovnadır. - AZ-İİ № 139920 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixində şəkərli diabet səbəbilə ölmüşdür. - AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 Azərbaycan Respublikası DTXK-nin Sumqayıt şəhər şöbəsinin 08 aprel 2005-ci il tarixli Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1220B, KOD 30800118 olan şəhadətnaməsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli, 14/1124 №li arayışına əsasən X1 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağlar massivinə yerləşən 0,12 ha sahəsi olan 4965 №-li bağ sahəsini alıcı X3 mülkiyyətinə vermiş, X7 həmin əmlakı 12000 manata almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli Sumqayıt şəhəri, Novxanı bağlar massivinə yerləşən 0,12 ha sahəsi olan 4965 №-li bağ sahəsini X7 AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 12000 manat ödəməklə X2 almışdır. X7 xx.xx.2021-ci il tarixində şəkərli diabet səbəbilə ölmüşdür. X3 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Belə ki onun vərəsəsi qızı-Cavabdeh2, oğlu-Cavabdeh1 və oğlu X8, həmçinin müraciət etməmiş qızı Cavabdeh3 Markovna olduğu Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək qardaşı X3 sağlığında o bağ sahəsi alarkən ödənişin 50 %-nin tərəfindən edildiyini iddia edir. Buna görə də məhkəmədən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50 % payı müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda iddiaçının 50 % payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Göründüyü kimi iddiaçı iddiasının əsası kimi heç bir sübut əlavə etməmişdir. İş materiallarından müəyyən olunur ki, mübahisəli Sumqayıt şəhəri, Novxanı bağlar massivinə yerləşən 0,12 ha sahəsi olan 4965 №-li bağ sahəsi X7 tərəfindən AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 12000 manat ödəməklə X2 alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* №li çıxarışına əsasən **********72 reyestr nömrəli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən 0,12 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə, tam payla X5 məxsus olmuşdur. Odur ki, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50 % payı müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda iddiaçının 50 % payının müəyyən edilməsinə dair iddia tələbi rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50 % payı müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda iddiaçının 50 % payının müəyyən edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3014/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3014/2024
01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver