Məhkəmə qərarları › İş №e-2(060)-3028/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3028/2021

01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3028/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində tərtib olunmuş inzibati protokolun ləğv olunması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokolun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. (25.1.). İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokolun ləğv olunması xahiş edir. Göründüyü kimi hazırkı iş inzibati xətalara dair işlərə aiddir ki, bu halda iddiaçı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində mübahisələndirməli idi. Lakin, iddiaçı belə etməyərək mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırkı hal isə işə baxılmasını qeyri-mümkün edir. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya inzibati xətalara dair işlər üzrə icraa çərçivəsindı məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv olunması barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar