Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3164/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə Ərizəçi İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxslər xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9 ərizəçi İddiaçı qızlarıdır. Uzun müddətdir ki, ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkirlər və 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdirlər. Daima kənar şəxsin ciddi qulluq və müşahidəsinə ehtiyacları var. Xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmürlər, hərəkətlərinin nəticəsini dərk etmirlər, yaddaş və ağıl zəifliyi vardır. Ona görə də məhkəməyə müraciət edərək qızlarının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün də onlara qəyyum təyin edilməsini istəyir. Göstərilənlərə əsasən 1-ci qrup əlil olan, xx.xx.2001-ci il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Sonuncu məhkəmə iclası ilə bağlı ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə işə ərizəçinin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ № 069567 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 aprel 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X6, anası isə İddiaçıdır.
10. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ № 821292 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 avqust 2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X6, anası isə İddiaçıdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: kvadroplegik spastik serebral iflic, Kvadroplegik spastik serebral iflic. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik (İQ-22), nitq qüsuru ilə. Daima kənar şəxsin ciddi qulluq və müşahidəsinə ehtiyacı var.
12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: serebral iflic, uşaq serebral iflic, tetraparezlə xüsusi epileptik sindromlar, qıcolma tutmaları, orta dərəcəli əqli gerilik, əqli və fiziki inkişafdan geri qalma. Çəpgözlüyün digər formaları, OU-Müştərək çəpgözlük.
13. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 xx.xx.2024-cü il tarixli, 1998 №-li rəyindən görünür ki, X4 “Uşaqserebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” müəyyən edilir. Bunu anamnestik məlumatlar (erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Kvadroplegik serebral iflic. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağırdərəcəli əqli gerilik. (İQ-22) nitq qüsuru ilə. Daima kənarşəxsin ciddi qulluq və müşahidəsinə ehtiyacı var” diaqnozu ilə birinci dərəcəli əlil hesab edilməsi və s.), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatlan açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – xx.xx.2006-cı il təvəllüdlü X4 Uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. İİ – xx.xx.2006-cı il təvəllüdlü X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onlan şüurlu sürətdə idarə etmək iqtidanna malik deyil. İİİ– xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 xx.xx.2024-cü il tarixli, 1997 №-li rəyindən görünür ki, X2 “Uşaqserebral iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” müəyyən edilir. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (doğuş travması ilə doğulması, psixoüziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Serebraliflic”. Uşaq serebraliflici. Tetraparezlə xüsusiepileptik sindromlar. Qıcolma tutmalar. Orta dərəcəliəqligerilik. Əqli və fiziki inkşafdan geri qalma. Çəpgözlüyün digər forması. Müştərək çəpgözlülük” diaqnozu ilə birinci dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeyriadekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – xx.xx.2001-ci il təvəllüdlü X2 uşaq serebral iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntalan ilə müəyyən edilir. İİ – xx.xx.2001-ci il təvəllüdlü X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidanna malik deyil. İİİ– xx.xx.2001-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyillər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
19. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X8 və X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər. Hazırkı qətnamə X1 və X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva