Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3210/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 İBAN hesabına köçürülmüş 700 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin cavabdeh X4 alınaraq, İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** LZ *** nörmə nişanlı nəqliyyat vasitəsinin sahibi X3 ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək, özünə məxsus nəqliyyat vasitəsinə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş 700 manat məbləğində pulun ödənilməsində problem yarandığını bildirmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən hadisə ilə bağlı xx.xx.2023-cü ill tarixli 72399 saylı ödəniş tapşırığı ilə dəymiş zərərlə əlaqədar 700 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin İddiaçı ASCdəki bank hesabına köçürülmüşdür. Həmin ödəniş tapşırığında olan rekvizitlərdən “B2. Vəsaiti alan – X3 İBAN – AZ57AİİB410100G**********104” qeyd edilən İBAN (hesab nömrəsi) X6 (bundan sonra Cavabdeh) məxsus olmuşdur. Bu səbəblə əməliyyat icra edilərkən, proqram təminatı avtomatik olaraq vəsaitin ödəniş tapşırığında qeyd edilən hesaba yönləndirmişdir. Nəticədə 700 manat vəsait xx.xx.2023-cü il tarixdə İBAN – AZ57AİİB410100G**********104 hesaba köçürülmüş və Əhəd Valeriy oğlu tərəfindən məxaric edilmişdir. Belə ki, sığorta ödənişi olaraq cavabdehin öz hesabına 300 manat vəsait, texniki səhv nəticəsində isə daha 700 manat gəlmişdir və cavabdeh xx.xx.2023-cü il tarixdə Bankın “Qubadlı” filialından həmin vəsaitlərdən 992 manat məxaric etmişdir. Bank tərəfindən Xatirə Əliməmmədovaya 700 manat vəsait xx.xx.2024-cü il tarixində ödənilmişdir. Cavabdeh texniki səhv nəticəsində əsassız olaraq aldığı vəsaiti Banka qaytarmaqdan yayındığı üçün, tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək təmin edilməsini və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək gələcək iclaslarda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı ASC tərəfindən sığorta ödənişi ilə əlaqədar olaraq ona artıq pul ödənilmişdir. Həmin vaxt o, ödənişin nə olması ilə bağlı olduğunu bilməmişdir. O, həmin pulu xərclədiyi üçün tam geri qaytara bilmir. Lakin o, həmin pulu hissə-hissə ödəməyə razıdır. Qətnamə çıxarılarkən qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutları hərtəfəli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı İddiaçı ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixli, 72399 nömrəli ödəniş tapşırığına əsasən nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 700 (yeddi yüz) manat məbləğində sığorta ödənişi faydalan şəxs X1 İddiaçı ASC-də olan bank hesabına köçürülməli olduğu halda, ödəniş tapşırığında vəsaiti alan tərəfin adı və hesab nömrəsi arasında yaranmış uyğunsuzluq nəticəsində sözügedən sığorta ödənişi məbləği X.Əliməmmədovanın bank hesabına köçürülməmişdir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, № 72399 nömrəli ödəniş tapşırığına əsasən nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 700 (yeddi yüz) manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 72399 saylı “Ödəniş tapşırığı”nın surətindən görünür ki, X2 hesabına 700 (yeddi yüz) manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 992 manat sığorta şirkətindən daxil olan vəsait məxaric edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. MM-nin 1091.1-ci maddısində deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hsabına əmlak əldə etsin. MM-nin 1091-ci maddəsinin 2-ci bəndi yazılır ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 439.4-cü maddəsində qeyd edilir ki, öhdəlikdən kənar ödənilmiş puləsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1092.1-ci maddəsi varlanmış şəxsə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalısı vəzifəsini qoymuşdur. MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh götürdüyü öhdəliyi könüllü şəkildə yerinə yetirmir, odur ki, məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X4 700 (yeddi yüz) manat məbləğində pul vəsaitin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3210/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3210/2024
03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver