Məhkəmə qərarları › İş №e-2(060)-322/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-322/2023

26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-322/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 21.000 (iyirmi bir min) manat pulun və 153 (yüz əlli üç) manat dövlət rüsumunun, ümumilikdə 21.153 (iyirmi bir min yüz əlli üç) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun inam və etibarından sui istifadə edərək Abşeron rayon ərazisində torpaq alqı-satqısı ilə məşgul olmasına inandıraraq aldatmaqla vahid niyyətlə əvvəlcə 13.000 manat və daha sonra isə 8000 manat olmaqla, ümumilikdə 21.000 manat ondan almış və geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulu qaytarmagını tələb etsə də, ona hər dəfə başqa vədlər verərək pulu qaytarmaqdan yayınmışdır. Məcbur qalıb pozulmuş hüquqlarını bərpa etmək üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Şikayətinin əsasında Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 1(060)-198/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdə zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Cavabdehin qanunda nəzərdə tutulmuş qaydada öhdəliyi yaranmışdır ki, ondan aldıgı pulu geri qaytarsın. İddiaçı A.M.Adilov və nümayəndəsi Vəkil iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 1(060)-198/2021 saylı hökmdən görünür ki, Cavabdeh İddiaçı inam və etibarından suiistifadə edib Abşeron rayon ərazisində torpaq alqı-satqısı ilə məşgul olmasına inandıraraq aldatmaqla vahid niyyətlə 19 sentyabr 2020-ci ildə saat 19 radələrində Sumqayıt şəhəri Corət qəsəbəsi ərazisində yerləşən «Qala» restoranın qarşısında 13.000 manat 26 sentyabr 2020-ci ildə saat 19-00 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində 8000 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş İddiaçı ümumilikdə 21.000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və ona 02 il 06 ay müddətinə azadlıqdan msəhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə prosesi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya qarşı dələduzluq etmiş, sonuncuya məxsus olan 21.000 manatı aldadaraq ondan almış və geri qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçıdan aldatma yolu ilə götürülmüş 21.000 manat pul, 153 (yüz əlli üç) manat dövlət rüsumu olmaqla, cəmi 21.153 (iyirmi bir min yüz əlli üç) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 21.000 (iyirmi bir min) manat pulun və 153 (yüz əlli üç) manat dövlət rüsumunun, ümumilikdə 21.153 (iyirmi bir min yüz əlli üç) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar