Məhkəmə qərarları › İş №e-2(060)-335/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-335/2024

14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-335/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X17 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "Sumqayıt Tibb Mərkəzi" X11rşı ölüm haqqında tibb şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Sumqayıt Tibb Mərkəzi" X11rşı ölüm haqqında tibb şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Tibb Mərkəzi” X17 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş **********27 saylı “Ölüm haqqında tibbi Şəhadətnamədə “Ölümün səbəbi” qrafasında müvafiq dəyişiklik edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəziyyəti pisləşən zaman tərəfindən cavabdeh Sumqayıt şəhər Təcili Tibbi Yardım X9 Şəxsinə zəng edilərək tibbi yardım istənmişdir. Həkim briqadası gələnədək mərhum əri artıq vəfat etmişdi. Bundan sonra qanunamüvafiq olaraq, cavabdeh təşkilat digər cavabdeh Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzinə 1347 saylı arayış təqdim etmişdir. Həmin arayışda guya mərhum ərinin uzun müddətdir ki, ürək çatışmamazlığından əziyyət çəkdiyi qeyd edilmişdir. Bu arayış əsasında da Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzi tərəfindən “Ölüm haqqında Tibbi Şəhadətnamə” tərtib etmişdir. Həmin Şəhadətnamədə də mərhum ərinin ölüm səbəbi guya 8 il ərzində müşayiət olunan ürək çatışmamazlığı kimi qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında digər cavabdeh Sumqayıt “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin verdiyi “Ölüm haqda Şəhadətnamədə”də ölüm səbəbi ürəyin hipertenziv xəstəliyi göstərilmişdir. Bildirir ki, onun mərhum əri hərbçi olmuş və yalnız Sərhəd Xidmətinin xəstəxanasında qeydiyyatda olmuşdur. Yuxarıda adları çəkilən cavabdeh tibb idarələrində qeydiyyatda olmamış və tibbi kartı mövcud deyil. Hərbçi kimi hər ildə iki dəfə tam müayinədən Sərhəd Xidmətinin xəstəxanasında keçmişdir. Onun tibbi kartından görünür ki, mərhum ərində hər hansı bir ürək çatışmamazlığı olmamışdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh təşkilatlara tərəfindən müraciət edilərək müvafiq dəyişikliyin edilməsini xahiş etmişdir. Belə ki, cavan yaşda belə ani ölümün baş verməsi yalnız tromboemboliyadan ola bilərdi. Lakin Sumqayıt şəhər təcili tibbi yardım X9 Şəxsi tərəfindən onun müraciətinə yazılı cavab olaraq bildirilmişdir ki, guya hansısa qohumu tərəfindən həkim briqadasında ərinin uzun illərdir ki, ürək çatışmamazlığından əziyyət çəkdiyi bildirilmişdir. Cavabdeh Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzi öz məktubunda isə 1-ci cavabdehin arayışına əsaslandığını demişdir. Hesab edir ki, cavabdehin törətdikləri qanunsuzluqdur və müvafiq sənədlərdə düzəliş edilməlidir. Bildirir ki, ilkin olaraq, tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Adıçəkilən iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmçinin qərardadda bildirilmişdir ki, cavabdeh Sumqayıt Tibb Mərkəzi 2 nömrəli ailə Sağlamlıq Mərkəzi inzibati orqan hesab edilmədiyi üçün hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X17 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə bildirdi ki, iş üzrə verilmiş ekspert rəyini həkimlərlə müzakirə ediblər. Həqiqətən də mərhumun ürəyində problemlər olub, lakin ekspert rəyində mərhumun heç bir ürək xəstəliyinin olmaması qeyd edilib. Adətən ani ölümlər ürəklə əlaqədar olur. Mərhum 2020-ci ilə qədər həkim müayinələrindən keçib, mərhumun varikoz problemləri olub, həmçinin mərhumun çəkisi 130 kq olub. Bu kimi hallar ürək xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd edir ki, mərhum 2020-ci ildən etibarən ev şəraitində müalicə alıb. Son 4 il barəsində kitabçada hər hansı məlumat yoxdur. Çünkü mərhumun yoldaşı həkimdir və onu evdə müalicə edib. Onlarda olan məlumata görə mərhumun ürəyinin sola doğru böyüməsi, həmçinin təzyiq problemi olub. Bir halı da məhkəmənin nəzərinə çatdırır ki, həkim heyəti şəxsin ölüm səbəbini bilmədikdə ölüm səbəbi kimi heç nə qeyd etmirlər. Qəfil ölüm hadisəsi baş verdikdə təcili tibbi yardım briqadası evə çağırılır, daha sonra polisə məlumat verilir, polis əməkdaşları gələnə kimi həkim müvafiq sənədləri tərtib edir, lakin ölüm səbəbini qeyd etmir. Onların vətəndaşa qarşı heç bir qərəzli mövqeləri yoxdur. Ölüm səbəbi mərhumun qohumlarının sözləri əsasında qeyd edilib. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının həyat yoldaşı xx.xx.2022-ci il tarixində vəfat edib. Mərhumun vəziyyəti pisləşən zaman təcili tibbi yardım çağırılsa da, tibbi heyət gələnə kimi o, vəfat etmişdir. Ölüm faktı müəyyən edilərək cavabdeh quruma arayış təqdim edilmişdir. Mərhumun guya 8 ildir ki, ürək çatışmazlığından əziyyət çəkdiyi qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnamədə də ölüm səbəbi kimi qeyd olunan hal bildirilmişdir. Mərhum 20 ildən çox sərhəd qoşunlarında xidmət etmişdir. Mərhum zabit olduğu üçün ildə iki dəfə müayinədən keçmişdir. Həmçinin bildirir ki, mərhumun cavabdeh qurumda tibbi kartı olmayıb, cavabdeh şəhadətnamədə yaxın qohumunun verdiyi məlumata əsasən ölüm səbəbinin elə qeyd olunduğunu bildirir. Mərhumun ipoteka ilə verilmiş evi var. Şəxsin ölümündən sonra ipoteka müqaviləsinin şərtinə əsasən müqavilə ləğv olunur. Amma müqavilədə olan digər bəndə əsasən mərhum uzun sürən xroniki xəstəlikdən sonra ölürsə, müqavilə üzrə öhdəliklər vərəsəyə keçir. Bu baxımdan ölüm səbəbinin dəqiq qeyd olunması iddiaçı üçün vacibdir. Hazırda ölüm səbəbinin naməlum qeyd olunmasını istəyirlər. Mərhum 8 il ürək xəstəliyindən əziyyət çəkməyib. Əziyyət çəkmiş olsaydı belə, cavabdeh qurum bunu bilə bilməzdi. Çünki onun tibbi kartı cavabdeh qurumda olmayıb. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 ifadəsində bildirmişdir ki, mərhumun tibbi kartasına əsasən onun səhhətində təzyiqlə bağlı problemləri olub və buna görə dəfələrlə müalicə alıb. Qardaşı mərhumun xəstəliyi ilə bağlı arayış almaq üçün dəfələrlə müraciət edib. Bundan başqa tibbi kartaya əsasən mərhumda metobolik sindrom var idi və bədən çəki indeksi qırx idi. Hər iki ətrafında varikoz genişlənmələr olmaqla qaraciyərində də piylənmə olmuşdur. Ürəyində sola genişlənmə olub ki, bu da təzyiqlə birbaşa əlaqədərdir. Belə ki, şəxs dəfələrlə bu kimi sağlamlıq problemlərinə görə hospitala müraciət edib. Tibbi rəydə qeyd edilən sözlər mərhumun qardaşının dedikləri əsasında yazılmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, mərhumun həyat yoldaşı həkim olduğu üçün şəxs evdə müalicə almışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, mərhumun həyat yoldaşı onun sinif yoldaşı olub. İddiaçı onu hadisə günü çağırmış, o, evə gəldikdə mərhumun artıq vəfat etdiyini görmüşdür. Mərhumun həyat yoldaşı həkim idi. Hadisə bağlı soruşduqda yoldaşının gün ərzində narahat olduğunu bildirmişdir. Qeyd edir ki, ölümlə bağlı verilmiş rəy hadisə günü mərhumun yanında olan şəxslərin dedikləri əsasında yazılmışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının 8746 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, mərhum polkovnik-leytenant X6 2000-ci ilin iyun ayından 2022-ci il iyun ayının 26-dək (vəfat edənədək) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olduğu zaman Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında tibbi qeydiyyatda olmuşdur. Tibbi qeydiyyatda olduğu dövrdə nizamnaməyə uyğun olaraq hər il tibbi dispanser müayinəsindən keçmiş və müayinələr zamanı şəkərli diabet, onkoloji və xroniki ürək-damar xəstəlikləri aşkar olunmamışdır. İşdə olan Sumqayıt Şəhər Təcili X7 İddiaçı ünvanladığı 1715 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həkim Mehparə Əzimovanın deməsinə görə xx.xx.2022-ci il tarixdə sinif yoldaşı gün ərzində ona tez-tez zəng edərək yoldaşının narahat olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:30-da ünvan 2 ünvanında yaşayan 1977-ci il təvəllüdlü X6 adına “Pisdir“ səbəbi ilə 27 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1977-ci il təvəllüdlü X2 meyitini aşkar etmişdir. Evdə olan qohumlarının deməsinə görə mərhum uzun müddət ürəyindən narahat olduğunu bildirmişlər. Bu səbəbdən həkim kartada mərhumun “Ürəyin işemik xəstəliyi”dən əziyyət çəkdiyini qeyd etmişdir. Həkimin kartada yazdığı “Ürəyin işemik xəstəliyi“ni dəyişmək mümkün deyil. İş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X2 bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal kimi “sol mədəcik çatmamazlığı” qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi” X18 2 Nömrəli Ailə Sağlamlıq Mərkəzinin İddiaçı ünvanladığı 794 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü mərhum X6 üçün xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 2 nömrəli ASM tərəfindən verilən “Ölüm haqqında tibbi şəhadətnaməsi” Sumqayıt şəhər Təcili X7 xx.xx.2022-ci il tarixli 1347 nömrəli arayışına əsasən verilmişdir. İşdə olan AZ-İİ 285635 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 iyun 2022-ci il tarixdə Sumqayıt şəhərində ürəyin hipertenziv xəstəliyi səbəbi ilə ölmüşdür və bu barədə ölüm haqıqnda akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 333 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının 1819 nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, X6 xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixədək müalicədə olmuşdur. K.Məhərrəmova qaraciyər piy distrofiyası, xroniki xolestrin kəskinləşməsi diaqnozu qoyulmuşdur. İşdə olan “Sumqayıt Şəhər Təcili X13” X15 İlham Məhərrəmova ünvanladığı 1347 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həyat yoldaşının deməsinə görə mərhum “Ürəyin işemik xəstəliyi” diaqnozu ilə əziyyət çəkmiş, dəfərlərlə müalicə almışdır. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 26 iyun 2022-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Sumqayıt şəhər Təcili X7 həkimi tibbi kartada hadisə baş verən günü mərhum K.Məhərrəmovun evdə olan qohumlarının deməsinə əsasən “Ürəyin işemik xəstəliyi”ndən əziyyət çəkdiyini qeyd etmiş, bu məlumata əsasən "Sumqayıt Tibb Mərkəzi" X18 2 nömrəli ailə Sağlamlıq Mərkəzi tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilmişdir. Hazırda iddiaçı sözügedən “Ölüm haqqında tibbi şəhadətnamə”də mərhumun ölüm səbəbinin səhv yazıldığını bildirərək, “Ölümün səbəbi” qrafasında müvafiq dəyişiklik edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir (1.1). Həmin Qaydanın 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir (4.2). Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir (4.3). Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır (4.7). “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.8-ci bəndinin mübahisəli hüquq münasibətləri yaranan vaxt (xx.xx.2022-ci il) qüvvədə olan redaksiyasına əsasən şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir. Mübahisələndirilən ölüm haqqında tibbi şəhadətnamənin məzmunundan görünür ki, bilavasitə ölüm səbəbi kimi İ50.1 saylı koda, əvvəlcə mövcud olan ölüm səbəbləri qrafasında isə İ11.0 saylı koda istinad edilmişdir. “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1(XBT-10)”nın İ11.0 saylı kodu Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər bölməsində yer almaqla [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyini ehtiva edir. İ50.1 saylı kod isə Ürək çatmamazlığı bölməsində yer almaqla Sol mədəcik çatmamazlığı xəstəliyini ehtiva edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamədə ölüm səbəbi "Sumqayıt Tibb Mərkəzi” X17 “Təcili X13”nın 1347 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən qeyd edilmiş, həmin arayışda isə mərhumun “Ürəyin işemik xəstəliyi” diaqnozundan əziyyət çəkməsinin mərhumun həyat yoldaşının deməsinə görə müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə ölüm haqqında tibbi şəhadətnamədə sözügedən xəstəliklərin ölüm səbəbi kimi qeyd edilməsinin hər hansı tibbi əsası olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X6 2000-ci ilin iyun ayından 2022-ci il iyun ayının 26-dək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, bununla əlaqədar Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında tibbi qeydiyyatda olmuşdur. Həm iddiaçı, həm də cavabdeh tərəfin istinad etdiyi halların yoxlanılması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tibb ekspertizası və təkrar məhkəmə tibb ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8” X15 xx.xx.2024-cü il tarixli, 536/KEŞ saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. 3400 saylı Hərbi Hissədə Kamil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə qədər “Kəskin respirator virus infeksiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Eyni zamanda xx.xx.2011-ci il tarixdə onda “Qaraciyərin piy distrofıyası. Öd kisəsinin polipi. Pəncənin varikoz genişlənməsi”, xx.xx.2014-cü il tarixdə “Öd kisəsinin öd daşı xəstəliyi. Xroniki daşlı xolesistitin kəskinləşməsi”, xx.xx.2018-ci ii tarixdə isə “Hər ikı aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliklərinin olduğu müəyyən edilmişdir. 2 . 3400 saylı Hərbi Hissədə Kamil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun ürəyin hər hansı bir xəstəliyindən əziyyət çəkdiyi qeyd edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8” X15 xx.xx.2024-cü il tarixli, 729/KEŞ saylı ekspert rəyindən isə görünür ki, 1977-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 3400 saylı Hərbi Hissədə Kamil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə onun ürəyin hər hansı bir xəstəliyindən əziyyət çəkdiyi qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Göründüyü kimi, mərhum X2 ürəyin hər hansı bir xəstəliyindən əziyyət çəkməsi ekspert tədqiqi zamanı da təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, “Sumqayıt Tibb Mərkəzi” X17 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********27 saylı “Ölüm haqqında tibbi Şəhadətnamə”də qeyd edilən “Ölüm səbəbi” dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Sumqayıt Tibb Mərkəzi” X17 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********27 saylı “Ölüm haqqında tibbi Şəhadətnamə”də qeyd edilən “Ölüm səbəbi” dəyişdirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar