Məhkəmə qərarları › İş №e-2(060)-3479/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3479/2025

22.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3479/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənilməsi barədə müvafiq arayışın verilməsi» tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənilməsi barədə müvafiq arayışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68,8 kv.m ümumi sahədən ibarət mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün kooperativin sədri M.A.Nəcəfovun imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 6 nömrəli maliyyə arayışını əsas götürməklə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və tərəfindən pay haqqının tam ödənilməsi barədə müvafiq arayışın cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdeh "xxxx" MƏNZİL TİKİNTİ KOOPERATİVİ ilə aralarında bağlanılmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 32000 (otuz iki min) manat iddiaçı tərəfindən KOOPERATİVƏ ödənilməklə ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68,8 kv.m ümumi sahədən ibarət mənzili dəyərini tam ödəməklə almışdır. Mənzilin təmirini 2014-cü ildə bitirmişdir və həmin vaxtdan hal-hazıradək onun sahibliyində və istifadəsindədir. Mənzili aldığı vaxtdan bütün kommunal ödənişlərini iddiaçı ödəyir. İşıq və qaz sayğacları da onun adınadır. Mənzilin dəyərini KOOPERATİVƏ tam ödəməyi kooperativin sədri X1 imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 6 nömrəli maliyyə arayışı ilə təsdiq olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68,8 kv.m ümumi sahədən ibarət mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2012-ci il tarixli müqavilə və kooperativin sədri M.A.Nəcəfovun imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 6 nömrəli maliyyə arayışını əsas götürməklə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və tərəfimdən pay haqqının tam ödənilməsi barədə müvafiq arayışı daşınmaz əmlakın dövlət reyestrini aparan müvafiq orqana təqdim edilməsi üçün 5 (beş) gün ərzində mənə təqdim etməyi pretenziya məktubuna əsasən kooperativdən tələb etmişdir. Lakin həmin məktuba heç bir cavab verilməmiş, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və tərəfindən pay haqqının tam ödənilməsi barədə müvafiq arayışı iddiaçıya təqdim etməmişdirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil yazılı izahat ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayış massivində yerləşən 74 nömrəli, 68.8 kv.m ümumi sahədən ibarət mənzil üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2021-ci il tarixli müqavilə və kooperativin sədri M.A.Nəcəfovun imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 6 nömrəli maliyyə arayışını əsas götürməklə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və iddiaçı tərəfindən pay haqqının tam ödənilməsi barədə müvafiq arayışın iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh RƏNDƏ-1" MƏNZİL TİKİNTİ KOOPERATİVİ-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatı onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MƏNZİL TİKİNTİ KOOPERATİVİ ilə iddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 32000 manat kooperativə ödəməklə ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68.8 kv.m ümumi sahədən ibarət mənzilin dəyərini tam ödəməklə iddiaçı mənzil almışdır.İddiaçı mənzilin təmirini 2014-cü ildə bitirmiş və həmin vaxtdan halhazıradək mənzil onun sahibliyində və istifadəsindədir. Mənzili aldığı vaxtdan bütün kommunal ödənişlərini iddiaçı ödəyir. İşıq və qaz sayğacları da iddiaçının adınadır.Mənzilin dəyərini kooperativə tam ödəməyi kooperativin sədri X1 imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 6 nömrəli arayış ilə təsdiq olunur.Odur ki, ünvan 1 ünvanında yaşayış massivində yerləşən 74 nömrəli, 68.8 kv.m ümumi sahədən ibarət mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2012-ci il tarixli müqavilə və kooperativin sədri M.A.Nəcəfovun imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 6 nömrəli maliyyə arayışını əsas götürməklə mənziltikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və tərəfindən pay haqqının tam ödənilməsi barədə müvafiq arayışı daşınmaz əmlakın dövlət reyestrini aparan müvafiq orqana təqdim edilməsi üçün 5 gün ərzində iddiaçıya təqdim etməyi pretenziya məktubuna əsasən tələb etmişdirlər.Lakin həmin məktuba heç bir cavab verilməmiş, mənzil-tikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və tərəfindən pay haqqının tam ödənilməsi barədə müvafiq arayışı iddiaçıya təqdim etməmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.Bu kooperativ üzvünün təsisçisindən başqa 4 nümayəndəsi var.Onlar yığışıb müzakirə eliyib, protokol verə bilərlər.Təzə tarixli protokol və maliyyə arayışı lazımdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -xx.xx.2012-ci il tarixli 6 saylı arayışdan görünür ki, İddiaçı müqavilə əsasında "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasında 68.8 kv.m qeyr-yaşayış sahəsinə üzv olmuş və mənzilin dəyərini tam ödəmişdir. -Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənilməsi barədə müvafiq arayışın verilməsi haqqında pretenziya məktubundan görünür ki, "xxxx" MƏNZİL TİKİNTİ KOOPERATİVİ ilə aralarında bağlanılmış xx.xx.2012-cİ il tarixli müqaviləyə əsasən 32000 (otuz iki min) manat İddiaçı tərəfindən KOOPERATİVƏ ödənilməklə ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68,8 kv.m ümumi sahədən ibarət mənzili dəyərini tam ödəməklə almışdır. Mənzilin təmirini 2014-cü ildə bitirmişdir və həmin vaxtdan hal-hazıradək İddiaçı sahibliyində və istifadəsindədir. Mənzili aldığı vaxtdan bütün kommunal ödənişlərini ödəyir. İşıq və qaz sayğacları da İddiaçı adınadır. Mənzilin dəyərini KOOPERATİVƏ tam ödəməyi kooperativin sədri X1 imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 6 nömrəli maliyyə arayışı ilə təsdiq olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına ərizəni imzalayan şəxs haqqında məlumat: keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68,8 kv.m ümumi sahədən ibarət mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2012-ci il tarixli müqavilə və kooperativin sədri M.A.Nəcəfovun imzası və kooperativin möhürü ilə təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 6 nömrəli maliyyə arayışını əsas götürməklə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və İddiaçı tərəfindən pay haqqının tam ödənilməsi barədə müvafiq arayışı daşınmaz əmlakın dövlət reyestrini aparan müvafiq orqana təqdim edilməsi üçün 5 (beş) gün ərzində ona təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilmişdir ki,aralarında danışıqlar yolu ilə razılaşma əldə olunmayacağı və məktuba 5 (beş) gün ərzində cavab verilməyəcəyi təqdirdə pozulmuş hüquqlarının bərpası və dəymiş zərərin ödənilməsi ilə bağlı tələblə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - İş materiallarında olan Azərişıq, Azərsu, Azəriqazın abunə haqqında saldolarından müəyyən edilir ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, H.Əliyev prospekti, Rəndə MTK ev 26, 74 nömrəli mənzil İddiaçı məxsusdur. -İş materiallarında olan Azərbaycan Respublikasınını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-9/2- 129799/2025 nömrəli müraciətə cavabından görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı Sumqayıt şəhəri, mənzil 19 olan Rəndə-1 MTK-nın (VÖEN **********) qanuni təmsilçisi sədri X2r və hal-hazırda fəaliyyəti aktivdir. "xxxx" MƏNZİL TİKİNTİ KOOPERATİVİ tərəfindən xx.xx.2005-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1930.68 manat vergi ödənilmişdir. - İş materiallarında olan AZ-İ seriyalı, 773725 nömrəli, 03 dekabr 2015-ci il tarixli Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 dekabr 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 12 ayının 5 günündə 703 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2018-ci ilin iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü pay yığımına hüquq olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Həmin Məcəllənin 113-cü maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tıkinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən görünür ki, "xxxx" mənzil-tikinti kooperativi ilə “Payçı” kimi İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" mənzil-tikinti kooperativi ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68.8 kv.m mənzili payçı kimi İddiaçı verməyi, İddiaçı isə mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öz öhdələrinə götürmüş, 6 nömrəli maliyyə arayışına əsasən İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilmişdir. Göründüyü kimi, İddiaçı "xxxx" mənzil-tikinti kooperativi ilə kooperativ binanın mənzil tikintisi haqqında xx.xx.2012-ci il tarixli müqavilələri payçı kimi bağlamışdır. Məhkəmə işin halları nəzərə alaraq hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68.8 kv.m mənzilə mülkiyyət hüququnu həmin mənzillərin dəyərinin tam ödənildiyi gündən əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68.8 kv.m mənzilin pay haqqını tam ödədiyi üçün ona həmin mənzillərə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarları verilməlidir. Bundan başqa, hüquqi şəxsin adından təsdiq edilmiş hər bir sənəd onun möhürü ilə təsdiq edilməli olduğundan və hüquqi şəxsin möhürü yalnız qanuni təmsilçidə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsdə saxlanılmalı olduğundan, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, üzərində "xxxx" mənzil-tikinti kooperativinin möhürü olan maliyyə arayışları tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə iddiaçının mənzilin dəyərini cavabdehə tam ödədiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 15 dekabr 2012-ci il tarixli, 6 nömrəli maliyyə arayışı əsas götürülməklə "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi ünvan 1 ünvanında yaşayış massivində 10-cu mərtəbədə yerləşən 74 nömrəli, 68.8 kv.m mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmaqla "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar